04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/9/2015 “Leykemiya ilə mübarizə” ictimai birliyi 22 sentyabr - Ümumdünya XML günü münasibətilə tədbir keçirtdi.


Press Reliz            

 

Bakı şəhəri                                                                          22 sentyabr  2015-ci il

 

22 sentyabr – Ümumdünya XML (Xroniki Miyeloblast Leykoz)günü!

 ilə bağlı

 “Bu gün, Birlikdə” adlı

mətbuat konfransı keçiriləcək!

          22 sentyabr - Ümumdünya XML günü 2008-ci ildə Pasiyent icması tərəfindən təyin edilmişdir. Bu günün məqsədi dünyanın hər yerindən olan geniş ictimaiyyət və siyasət xadimləri,  həmçinin tibb mütəxəssislərinin dəstəyinə olan  ehtiyacı  hər bir kəsin diqqətinə çatdırmaqdır.

          22 sentyabr 2015-ci il tarixində dünyanın bir icması bir həyat dəyişən gerçəklik - Xroniki Miyeloblast leykoz(XML) ilə keçən həyat  barədə məlumatlılığı artırmaq üçün  bir araya toplaşır. Ümumdünya XML Günündə bütün qitələrdə eyni vaxtlı tədbirlər keçirilir, nəşrlər buraxılır və toplantılar təşkil olunur. Bu fəaliyyətlər bütövlükdə, təxminən 80 ölkədən olan 100-dən çox pasient müdafiəçiləri qruplarından təşkil olunmuş və pasientlərin idarə etdikləri XML Müdafiəçilər Şəbəkəsi tərəfindən əlaqələndirilir.

            Xatırladaq ki, XML (xroniki miyeloblast leykoz) qan yaradıcı sistemin şiş xəstəliyidir. Bu xəstəliyə hər bir insan tutula bilər.

            XML günü  xroniki miyeloblast leykoz ilə yaşamağa məcbur olan bütün xəstələri ümid, qayğı və ən yaxşı müalicə üsulları birləşdirir.

            Ümumdünya XML günü üçün seçilmiş tarix rəmzi əhəmiyyət daşıyır. 9 və 22 xromosomlarda baş verən genetik dəyişikliklər Xroniki Miyeloblast Leykoza səbəb olur, bu da  leykositlərin sayının qeyri-normal artımı xarakterizə edilir. Təxminən 15 il əvvəl XML əksəriyyət üçün ölümcül xəstəlik hesab edilirdisə, artıq bu gün XML ölüm hökmü deyil. Müalicə və tibbi xidmət sahəsində əldə edilmiş nailiyyətlər XML-i pasientlər effektli müalicə edildikləri təqdirdə normal və uzun ömür yaşamaq şansına malikdirlər. Müasir dərman preparatlarının istifadəsi tam remissiyaya gətirib çıxarır, bunun sayəsində  sağalmış vətəndaşın  sağlam  insanla fərqi olmur.

            Azərbaycanda Beynəlxalq GİPAP (Glivek International Patient Assistance Proqram) proqramı çərçivəsində xəstələr Glivek® preparatları ilə təmənnasız təmin olunurlar və xəstələrin sayı 300 nəfərdən coxdur. Artiq 2014-cü ildən başlayaraq bu xəstələr üçün dövlətimiz tərəfindən lazımı olan laborator müayinələri ( PCR) və ikinci xətt üzrə dərmanların alınması həyata kecirilir.

            Mətbuat konfransının kecirilməsində əsas məqsəd XML-lə xəstə vətəndaşlarını bu günə olan bütün müalicə üsulları haqqında maarifləndirmək və bu sahə üzrə dövlət proqramının qəbul olunması vacibliyini bildirməkdi. Dövlət proqraminın qəbul edilməsi gələcəyin əminliyi deməkdir. 

Tədbir 22 sentyabr 2015-ci il saat 11-00-da Beynəlxalq Mətbuat Mərkəzi

Ünvan: Bakı şəhəri, Mətbuat pr. 23

  Əlaqə üçün : (012) 562-58-92; (050) 345 59 36; (055) 677 32 58.

“Leykemiya ilə mübarizə” İB –nin direktoru

Mehriban Bağırova               

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3101 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü