23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/8/2015 “Autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimi”


qhtxeber.az//   “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” (ADPYM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimi” adlı layihəsinin icrasını uğurla davam etdirir.
 
qhtxeber.az-ın məlumatına görə, layihənin məqsədi autizm sindromlu uşaqların yaradıcılıq imkanları, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi, kompüterdən istifadə qaydalarının mənimsənilməsi, valideynlərin maarifləndirilməsi, layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunması missiyasından ibarətdir.
 
İctimai Birlik layihə çərçivəsində Müasir İnnovasiyalar Liseyində “Autizm nədir?” mövzusunda seminar keçirib. Seminarda Müasir İnnovasiyalar Liseyinin müəllim kollektivi, fəal gənclər, QHT üzvləri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə Müasir İnnovasiyalar Liseyin direktoru Serhat Kalmaz açıb, tədbir iştirakçılarını salamlayıb, mövzunun aktuallığından bəhs edib.
İctimai Birliyin sədri, layihə koordinatoru Çiçək Məmmədli çıxışında layihə barəsində geniş məlumat verib. Ç. Məmmədli autizm sindromlu uşaqlarda yaradıcılıq qabiliyyətinin aşkarlanması üçün istifadə edilən reabilitasiya üsullarından, ölkəmizdə bu sahədə görülən işlərdən, fəaliyyət göstərən təcrübəli mütəxəssislərin uğurlu nəticələrindən danışıb.
 
Müasir İnnovasiyalar Liseyinin direktor müavini Sevinc Əliyeva “Autik uşaqlarla davranış qaydaları” mövzusunda çıxış edib, bu uşaqların spesifik xüsusiyyətlərindən danışıb: “Autist uşaqlar digər uşaqlarla ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə parodoksaldır. Ən çox rast gəlinən təzahürü qarşısındakının gözünə baxmaqdan yayınmaq, ünsiyyətə qoşulmaqdan çəkinməkdir. Əslində onlarda ünsiyyətə girmək tələbatı var. Buna görə belə uşaqları ünsiyyətə daxil olmağa məcbur etmək, israrlı olmaq lazımdır”.
 
“Autizm nədir?” mövzusundakı təqdimatını tədbir iştirakçılarına təqdim edən “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”nin pedaqoq-psixoloqu Qumru Səlimova autizm sindromunda psixoloji və pedaqoji işin vacibliyini vurğulayıb.
 
Tibb Müəsissələrində İstehlakçı Hüqüqları Komissiyasının sədri, valideyn Əhməd Rəhmanov “Autizm sindromdur, yoxsa xəstəlik? Autizmin reabilitasiyası” mövzusundakı çıxışında autizm sindromunun tarixindən, etiologiya və epidemiologiyasından söhbət açıb, autizm sindromunun hərtərəfli reabilitasiya üsullarından istifadə edilərək müalicə olunmasının vacibliyini dilə gətirib.
 
Tədbirin sonunda geniş interaktiv müzakirələr keçirilib.
 
Esmira Rəhimova
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1689 dəfə oxunub




Flag Counter






» 23/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.