14 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/7/2015 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi regionlarda


  “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” layihəsinin icrasını regionlarda da uğurla davam etdirir.
 
Layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatının inzibati binasında “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisi ilə birgə “Zəif eşidən və nitq məhdudiyyəti olan məktəbəqədər yaşlı uşaqların xüsusi və inklüziv təhsilə cəlb edilməsi” mövzusunda Gəncə şəhərindən, Samux, Ağcabədi, Beyləqan və Bərdə rayonlarından dəvət olunmuş nümayəndələrin iştirakı ilə regional seminar keçirilib. 
 
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının, yerli icra hakimiyyətlərinin, təhsil şöbələrinin, əhalinin sosial müdafiəsi mərkəzlərinin, uşaq poliklinikalarının nümayəndələri, “Əlillərin Cəmiyyətə İnteqrasiyası”, “Gənclər üçün Təhsil Mərkəzi” və “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliklərinin ekspertləri, məktəbəqədər təhsil müəssisələrinin, uşaq inkişaf və günərzi qayğı mərkəzlərinin əməkdaşları, həmçinin valideynlər iştirak ediblər.
 
Seminarda çıxış edən layihənin rəhbəri Ramilə Rasimqızı qeyd edib ki, layihə çərçivəsində “Korreksiyaedici təlim”, “Xüsusi psixologiya”, “Təhsildə sosial psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə”, “Sosial iş” və digər müvafiq ixtisaslar üzrə ali və orta ixtisas təhsili alan tələbələri, reabilitasiya mərkəzlərində və məktəbəqədər təhsil müəssisələrində çalışan reabilitoloqları, pedaqoji işçiləri, habelə hədəf qrupuna daxil olan uşaqların valideynlərini cəlb etməklə təlim və seminarların keçirilməsi bu qəbildən olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək  məqsədi daşıyır. 
 
Tədbirdə çıxış edən “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisinin rəhbəri – İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin direktoru Radə Telmanqızı, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri – Beyləqan Günərzi Qayğı Mərkəzinin direktoru Zaur Quliyev və digər ekspertlərin “Azərbaycanda xüsusi və inklüziv təhsilin hüquqi bazası: mövcud vəziyyət və qarşıda duran vəzifələr”, “Regionlarda zəif eşidən və nitq məhdudiyyəti olan məktəbəqədər yaşlı uşaqların korreksiyası və reabilitasiyası”, “Regionlarda zəif eşidən və nitq məhdudiyyəti olan uşaqların xüsusi və inklüziv məktəbəqədər təhsili”, “Regionlarda inkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqlarla sosial işin təşkili” və s. mövzular üzrə təqdimatları, sözügedən sahələrdə mövcud vəziyyət, çətinliklər, onların səbəbləri və həlli yolları barədə fikir və təklifləri maraqla qarşılanıb. 
 
Gələcəyimiz olan uşaqların, o cümlədən fizki məhduduiyyətli məktəbəqədər yaşlı uşaqların korreksiyasında, reabilitasiyasında, təlim-tərbiyəsində, fiziki və əqli inkişafında reabilitasiya-inkişaf və günərzi qayğı mərkəzlərinin, xüsusi və ümumi təyintlı məktəbəqədər təhsil müəssisələrinin mühüm rol oynadığı qeyd edilb. 
 
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin nəzdində 2013-cü ildən Beyləqan Günərzi Qayğı Mərkəzinin, eyni zamanda “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisinin nəzdində 2014-cü ildən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin yaradılmasının region üçün faydalı olduğu vurğulanıb. Beyləqan rayonunda sosial ehtiyaclı məktəbəqədər və məktəb yaşlı uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, Ağcabədi və digər ətraf rayonlarda xüsusi qayğıya ehtiyacı olan uşaqların vahid bir mərkəzdə təhsilə cəlb olunmasına dəstək vermək məqsədinə xidmət edən hər iki mərkəzin səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. Bu kimi mərkəzlərin digər şəhər və rayonlarda da yaradılmasına böyük ehtiyac olduğu qeyd edilib. 
 
Təəssüf hissi ilə bildirilib ki, müasir standartlara uyğun maddi-texniki bazanın, tədris resurslarının və ixtisaslı kadrların (surdopedaq, loqoped, psoxoloq və s.) olmaması səbəbindən regionlarda da dövlət və ya özəl reabilitasiya-inkişaf mərkəzləri, xüsusi məktəbəqədər təhsil müəssisələri yoxdur, ümumi təyinatlı dövlət məktəbəqədər təhsil müəssisələrinə isə bu qəbildən olan uşaqların qəbulu həyata keçirilmir.
 
Təqdirəlayiq hal kimi qeyd olunub ki, inkişaf pozuntusu olan uşaqların təhsil və digər sosial hüquqlarının səmərəli müdafiəsi və təmini ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun pezidenti, millət vəkili Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu baxımdan belə bir inam ifadə olunub ki, son illər sözügedən sahədə dövlət səviyyəsində görülən genişmiqyaslı işlər çox yaxın gələcəkdə həm Paytaxt Bakıda, həm də regionlarda öz müsbət nəticələrini verərməklə çoxsaylı uşaqların və onların yaxınlarının sevincinə səbəb olacaq.  
 
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, bu qəbildən olan uşaqların  xüsusi təhsilinə və ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrində digər həmyaşıdları ilə birgə (inklüziv) təhsil almalarına maneə yaradan mövcud problemlərin tezliklə aradan qaldırılması məqsədilə aidiyyəti dövlət orqanlarına müvafiq təkliflər paketinin təqdim edilməsi məqsədəmüvafiq hesab edilib. 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2142 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”