XƏBƏRLƏR




- 27/7/2015 Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə tədbirləri keçirilb
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President of UDPO participaded in the 4th Zero Project Conference 2015
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
PRESS RELİZ
Bakı şəhəri 27 iyul 2015-ci il
Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə
tədbirləri keçirilb
Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.
Bu günlərdə sözügedən layihənin icra planına uyğun olaraq Ağcabədi rayonunda “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisi ilə birgə “İnkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılmasında mütəxəssis – valideyn əməkdaşlığının rolu” mövzusunda təlim-seminar keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Qarabağ regional ofisin rəhbəri Radə Telmanqızı İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin məqsədi və göstərdiyi xidmətlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, rəhbərlik etdiyi Mərkəz 2014-cü ilin iyul ayından “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisinin nəzdində yaradılıb. Mərkəzin əsas məqsədi Ağcabədi və digər ətraf rayonlarda xüsusi qayğıya ehtiyacı olan uşaqların vahid bir mərkəzdə təhsilə cəlb olunmasını təmin etməkdən ibarətdir. Mərkəzdə uşaqlar üçün təmənnasız olaraq “Autizmin müasir metodlarla korreksiyası”, “Davranış pozuntuları”, “Fobiyalar (qorxular)” “Nitq inkşafının ləngiməsi” “Kəkələmə” və s. üzrə xidmətlər göstərilr. Bundan əlavə mərkəzdə uşaqlar rəsm, şahmat, musiqi, əl işləri və başqa imkanlardan da yararlanırlar.
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri, layihə rəhbəri Ramilə Rasimqızı isə öz çıxışında tədbir iştirakçılarını salamlayıb və gələcəyimiz olan uşaqların, o cümlədən inkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqların korreksiyasında, təlim-tərbiyəsində, fiziki və əqli inkişafında reabilitasiya-inkişaf və məktəbəqədər təhsil müəssisələrinin mühüm rol oynadığını bildirib. Bu baxımdan sözügedən mərkəzin fəaliyyəti ilə yaxından tanış olduğunu, müşahidələrinə və valideynlərin rəylərinə əsasən yarandığı qısa bir dövr ərzində səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu kimi mərkəzlərin digər şəhər və rayonlarda da yaradılmasına böyük ehtiyac olduğu qeyd olunub.
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” və “Gənclər üçün Təhsil Mərkəzi” ictimai birliklərinin ekspertlərinin, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində çalışan mütəxəssislərin və burada təhsilə cəlb olunmuş uşaqların valideynlərinin iştirakı ilə keçirilmiş həmin tədbirdə inklüziv təhsilin anlayışı, əhəmiyyəti, aktual problemləri və perspektivləri, inkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqların erkən aşkarlanması, qiymətləndirilməsi, reabilitasiya vasitələri, eşitmə cihazları və s. ilə təmin edilməsi qaydası, onların korreksiyası, reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması, bu sahədə valideyn-mütəxəssis əməkdaşlığının modelləri, mütəxəssis-valideyn əməkdaşlığında maneələr, və s. məsələlərlə bağlı ətraflı məlumatlar verilmişdir.
Mətbuat xidməti
Bu xəbər 1689 dəfə oxunub