23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/7/2015 Şuranın dəstəyi ilə növbədi təlim-seminar Abşeron rayonunun Xırdalan şəhərində keçirilb


PRESS RELİZ

 

Bakı  şəhəri                                                                                              09 iyul  2015-ci il

           

 

Şuranın dəstəyi ilə növbədi təlim-seminar

Abşeron rayonunun Xırdalan şəhərində keçirilb

 

 

Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.

Layihə çərçivəsində Korreksiyaedici təlim”, “Xüsusi psixologiya”, “Təhsildə sosial psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə”, “Sosial iş” və digər müvafiq ixtisaslar üzrə ali və orta ixtisas təhsili alan tələbələri, reabilitasiya mərkəzlərində və məktəbəqədər təhsil müəssisələrində çalışan reabilitoloqları, pedaqoji işçiləri, habelə hədəf qrupuna daxil olan uşaqların valideynlərini cəlb etməklə təlim və seminarlar keçirilir ki, bu da həmin qəbildən olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasına xidmət edir.

Bu günlərdə sözügedən layihənin icra planına uyğun olaraq Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu  (ARTPİ) ilə birgə Zəif eşidən və nitq məhdudiyyəti olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılması” mövzusunda təlim-seminar keçirilib.

Tədbirdə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin və “AAAF Park” yaşayış kompleksinə daxil olan “Zirvə” idman kompleksinin rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Abşeron Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Əhalinin sosial müdafiəsi mərkəzinin, Uşaq poliklinikasının, əlilliyi olan şəxsləri təmsil edən QHT və KİV-lərin, o cümlədən “İstedadlı Əlillər” İctimai Birliyinin Abşeron rayon filyalının, Arabaçı TV-nin nümayyəndələri, ARTPİ-nin İnklüziv təhsil şöbəsinin elmi işçiləri, məktəbəqədər təhsil müəssisələrinin, uşaq inkişaf mərkəzlərinin müdirləri, metodistləri, pedaqoji işçiləri, reabilitasiya mütəxəssisləri, həmçinin bu qəbildən olan uşaqların valideynləri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən layihənin kordinatoru Ramilə Rasimqızı və “AAAF Park” yaşayış kompleksinə daxil olan “Zirvə” idman kompleksinin direktor müavini Rəşad Əliyev ilk növbədə iştirakçıları salamlamış və bu kimi sosial layihələrin ölkəmizdə inklüziv cəmiyyət  quruculuğu prosesinin inkişafında mühüm rol oynadığını bildirmişlər.

Ramilə Rasimqızı öz çıxışında gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində, fiziki və əqli inkişafında reabilitasiya-inkişaf mərkəzlərinin və məktəbəqədər təhsil müəssisələrinin mühüm rol oynadığını, buna görə də bu məsələnin ölkə Prezidenti cənab İlham Əliyevlə bərabər Heydər Əliyev Fondunun pezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzində olduğunu vurğulayıb. Belə bir ümid ifadə olunub ki, görülən genişmiqyaslı işlər çox yaxın gələcəkdə öz müsbət nəticələri ilə hər birimizi sevindirəcəkdir.

Eyni zamanda birliyin sədri hər zaman təqdim olunan layihələrin aktuallığını və əhəmiyyətini nəzərə alıb dəstək göstərdiyinə görə Şuraya və bu layihənin icrasında İnklüziv təhsil şöbəsinin əməkdaşlarının bir könüllü kimi ekspert qismində yaxından iştirak etmələrinə şərait yaratdığı üçün ATPİ-yə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə xanım Hüseynova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Azimut” tədris mərkəzinin rəhbəri Zarnişan xanım Kazımova və başqaları müasir dövrdə fiziki məhdudiyyətli uşaqların inklüziv təhsilə cəlb edilməsinə mane olan amillər və onların aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat veriblər. Qeyd olunub ki, artıq bu məsələ dövlətin təhsil siyasətinin prioritet sahələrindən biri hesab olunduğuna görə ölkəmizin iştirakçısı olduğu BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq bu istiqamətdə zəruri addımların atılmasına başlanılıb.

Təlim-seminarda ARTPİ-nin İnklüziv təhsil şöbəsinin əməkdaşları – şöbə müdiri Lalə xanım İmanovanın “Məktəbəqədər təhsil müəssisələrində korreksiyaedici xidmətlərin mövcud vəziyəti”, aparıcı elmi işçi, psixoloq Günel xanım Əhmədovanın “Xüsusi qayğıya ehtiyacı olan usaqlara cəmiyyətin munasibəti”, böyük elmi işçi Fərid Süleymanovun “Məktəbəqədər yaşlı uşaqların inklüziv təhsili: mövcud vəziyyət, problemlər və həlli yolları”, aparıcı elmi işçi, p.ü.f.d  Dilarə xanım Dostuzadənin “Məktəbəqədər yaşlı uşaqların reabilitasiyasında və inklüziv təhsil imkanlarının artırılmasında müəllim-valideyn əməkdaşlığının rolu” mövzularında etdikləri təqdimat və çıxışlar maraqla qarşılanmışdır.

Daha sonra mövzu ətrafında müzakirələr aparılmış və bu qəbildən olan uşaqların ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrində digər həmyaşıdları ilə birgə təhsil almalarına maneə yaradan mövcud problemlərin tezliklə aradan qaldırılmasına nail olmaq məqsədilə aidiyyəti dövlət orqanlarına təqdim edilməsi üçün müvafiq təkliflər irəli sürülmüşdür.

Belə bir tədbirin “AAAF Park” yaşayış kompleksində  keçirilməsi yüksək qiymətləndirilmiş və əlilliyi olan şəxslərin inklüziv təhsil və digər sosial hüquqlarının səmərəli təminə nail olmaq  məqsədilə birgə müzakirələrin gələcəkdə də davam etdirilməsi qərara alınmışdır.

 

 

Mətbuat xidməti

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1648 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 23/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.