28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
01/07/2015 “İnkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqlarla korreksiya işinin təşkilində uşaq bağçalarının rolu: problemlər və perspektivlər”


PRESS RELİZ

 

Bakı  şəhəri                                                                                              02 iyul  2015-ci il

           

 

Şuranın dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində

 korreksiya işinin təşkili və inklüziv təhsil məsələləri

müzakirə olunmuşdur

 

Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun İnklüziv təhsil şöbəsi və “Buta” körpələr evi – uşaq bağçası ilə birgə həmin tərbiyə ocağının akt zalında aidiyyət dövlət qurumları, məktəbəqədər təhsil müəssisələri, reabilitasiya mərkəzləri, QHT və KİV nümayəndələrinin və valideynlərin iştirakı ilə İnkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqlarla korreksiya işinin təşkilində özəl uşaq bağçalarının rolu: problemlər və perspektivlər” mövzusunda təlim – seminar təşkil edilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri, layihə rəhbəri Ramilə Rasimqızı, “Buta” körpələr evi-uşaq bağçasının müdiri, psixoloq Günay Ağamalı və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) inklüziv təhsil şöbəsinin müdiri Lalə İmanova ilk öncə Azərbaycanda Bakı-2015 Birinci Avropa Oyunlarının uğurla keçməsi və idmançılarımızın yüksək nəticələr əldə etməsi münasibətilə iştirakçıları təbrik etmişlər. 

Çıxışlarda gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində, fiziki və əqli inkişafında məktəbəqədər təhsilin mühüm rol oynadığı, bu məsələnin ölkə Prezidenti cənab İlham Əliyevlə bərabər Heydər Əliyev Fondunun pezidenti Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzində olduğu, buna görə də adı çəkilən Fond tərəfindən 2014-cü ildən icra edilən  “Məktəbəqədər təhsi müəssisələrinin inkişafı” proqramının yaxın gələcəkdə müsbət nəticələr verəcəyinə böyük ümidlər bəslənildiyi vurğulanmışdır.

Ramilə Rasimqızı “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı çox vacib bir layihənin icrasına dəstək göstərdiyi üçün  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü  bildirmişdir.

Birliyin sədri qeyd etmişdir ki, adı çəkilən layihə çərçivəsində “Korreksiyaedici təlim”, “Xüsusi psixologiya”, “Təhsildə sosial psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə”, “Sosial iş” və digər müvafiq ixtisaslar üzrə ali və orta ixtisas təhsili alan tələbələri, reabilitasiya mərkəzlərində və məktəbəqədər təhsil müəssisələrində çalışan reabilitoloqları, pedaqoji işçiləri, habelə hədəf qrupuna daxil olan uşaqların valideynlərini cəlb etməklə təlim və seminarların həyata keçirilməsi bu qəbildən olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasına xidmət edir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və başqaları müasir dövrdə bu qəbildən olan şəxslərin, o cümlədən uşaqların inklüziv təhsilə cəlb edilməsi məsələsinin ölkəmizdə təhsil siyasətinin prioritet sahələrindən biri olduğunu qeyd etmiş və BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq bu istiqamətdə dövlətimiz tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbrlər barədə məlumat vermişlər.

Təlim-seminarda “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, BDU-nun professoru Mayis Əliyevin “İnkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqların və onların valideynlərinin sosial hüquqları: mövcud çətinliklər, səbəbləri və həlli yolları”, ARTPİ-nin İnklüziv təhsil şöbəsinin müdiri Lalə İmanovanın “Məktəbəqədər təhsil müəssisələrində surdopedaqoji, loqopedik və psixoloji xidmətlər: mövcud çətinliklər, səbəbləri  və həlli yolları”, aparıcı elmi işçisi Elmira Kərimovanın “Zəif eşidən və nitq məhdudiyyəti olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsili: mövcud çətinliklər, səbəbləri  və həlli yolları”, AMEA-nın disertantı, defektoloq-loqoped Şəfəq Məmmədovnın “Zəif eşidən və nitq məhdudiyyəti olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün erkən aşkarlama və müdaxilə proqramları: mövcud çətinliklər, səbəbləri  və həlli yolları” mövzuları üzrə təqdimatları, eləcə də tədbir iştirakçılarının mövzular ətrafında  apardıqları  müzkirələr maraqla qarşılanmışdır.

Tədbirdə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi adından bir qrup fəala təşəkkürnamələr təqdim edilmişdir.

Belə bir mühüm əhəmiyyət kəsb edən tədbirin “Buta” körpələr evi – uşaq bağçasında keçirilməsi yüksək qiymətləndirilmiş və inklüziv təhsilin qarşısında duran cari çətinliklərin aradan qaldırılması məqsədilə konkret addımların atılması üçün bu kimi müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

 

 

Mətbuat xidməti



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3566 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib