XƏBƏRLƏR




- 19/6/2015 Əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi (“ƏST”İB) 19.06.2015 – ci il tarixdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi məqsədi ilə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində daha bir Təlim Seminarını uğurla reallaşdırmışdır.
Təlim seminarda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin ( AR İSN ) tabeliyində olan Bakı Biznes Tədris Mərkəzinin ( BBTM ) direktor müavini Mürsəlov Rahim Sədyar oğlu, Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Mehti Namazov, Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov, Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Süleyman Əliyev iştirak edərək “İxracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsalı və fəaliyyət”barəsində ətraflı məlumat vermişlər. Daha sonra tədbir iştirakçılarına sahibkarlıq fəaliyyətinin təşkili zamanı zəruri bilgilər və bu istiqamətdə olan beynəlxalq və respublika səviyyəli Proqram və Layihələrin reallaşdırılmasında əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumatlar verilmişdir.
Sevindirici haldır ki, Əlilliyi Olan İnsanların sosial reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi istiqamətlərində möhtərəm prezidentimiz, cənab İlham Əliyevin tapşırıq və əmrlərinə uyğun olaraq inkifaf etmiş dünya ölkələrinin mütərəqqi təcrübələrinin Azərbaycan Respublikasına gətirilmənə start verilmişdir. Və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bu dövlət əhəmiyyətli və mühüm olduğu qədər də, məsuliyyətli olan işin həyata keçirilməsində xüsusi çəkisi yüksəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tərəfimizdən reallaşdırılmaqda olan layihə ərəfəsində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin struktur bölmələrinin təlim seminarlarımızın gedişatıyla yaxından maraqlanmaları və ehtiyac duyulan metodik vasitələrlə, bukletlərlə “ƏST”İB təşkilatımızı təmin etməsi vətəndaş cəmiyyəti olaraq, əlilliyi olan insanlarımıza dövlət qayğısından və diqqətindən xəbər verir. “ƏST”İB olaraq sıralarımızda təmsil olunan çoxsaylı əlilliyi olan insanlarımız adından bizlərə olan bu isti münasibəti yüksək dəyərləndiririk və məmnunluq hissiylə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Naziri cənab Şahin Mustafayevin, AR İSN – nin müavini cənab Sahib Məmmədovun və AR İSN tabeliyində olan BBTM – nin direktoru cənab Akif Fərruxovun simasında möhtərəm prezidentimiz, cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
Vətəndaş cəmiyyəti olaraq, “ƏST”İB fəaliyyət göstərdiyi qısa müddətdə müraciət etdiyi əməli layihələrində aktuallığı və özünə məxsus dəsti xətti ilə reallaşdırdığı tədbirlərində prinsipiallığı ənənələrinə sadiq qalaraq hər zaman aidiyyati dövlət qürumları ilə dioloq qurmağa, əməkdaşlıq etməyə və bu əməkdaşlığı tərəfdaşlıq səviyyəsinədək inkişaf etdirməyə meyilli olmuşdur. Eynilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırmaqda olduğumuz layihənin “Davamlılıq” qrafasının tərkib hissəsi olan “Sahibkarlığa Hüquqi Yardım” Departamenti – nin təlim seminarın zamanı geniş müzakirəsi və BBTM – nin təmsilçilərinin belə bir “Deportamentin” yaradılmasının vacibliyini və əlilliyi olan insanlarımızla bağlı Dövlət siyasətinə səmərə verə biləcəyini təsdiqləmələri bizi bir daha ruhlandırmış oldu.
Eynilə tədbirə Beynəlxalq Sağlamlıq Mərkəzinin təmsilçiləri Cəvahir xanım Məhəmmədova və Vəli Qələndərov , KİV nümayəndələri də qatılmışlar.
“ƏST” İB Mətbuat Xidməti.
Bu xəbər 2860 dəfə oxunub