13 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/6/2015 ƏƏSMN-də Tvinninq layihəsi üzrə tibbi-sosial reabilitasiya sistemində mütərəqqi yanaşmaların tətbiqi məsələlərinə dair konfrans keçirilib


ƏƏSMN-də Tvinninq layihəsi üzrə tibbi-sosial reabilitasiya sistemində mütərəqqi yanaşmaların tətbiqi məsələlərinə dair konfrans keçirilib

 

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə milli tibbi-sosial reabilitasiya sistemində mütərəqqi yanaşmaların və yeni reabilitasiya xidməti növlərinin tətbiqi məsələlərinə dair konfrans keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, tibbi-sosial reabilitasiya mütəxəssisləri iştirak ediblər. 
   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tədbiri giriş sözü ilə açaraq Avropa İttifaqının qeyd olunan yeni Tvinninq layihəsinin ölkəmizdə əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi işlərində əhəmiyyətli dəstək olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, 2014-2016-cı illəri əhatə edən bu layihə əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin qabaqcıl Avropa ölkələrinin təcrübəsi əsasında təkmilləşdirilməsi, yeni reabilitasiya xidməti növlərinin tətbiqində ekspert dəstəyinin göstərilməsi, bu sahədə yeni strategiyaların hazırlanması, kadr potensialının artırılması məqsədinə yönəlib. Layihədə nəzərdə tutulan istiqamətlər üzrə avropalı ekspertlərlə birgə müvafiq işlər aparılır, həmçinin bu sahələrdə Litva, Almaniya və Fransanın aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq, təcrübə mübadilələri həyata keçirilir. 
   N.Məmmədov bildirib ki, ötən ilin yanvarından icra edilən layihəyə uyğun olaraq  tibbi-sosial reabilitasiya sisteminin inkişafına xidmət edəcək strategiya sənədi və Master Plan hazırlanıb. Əlillik məsələləri ilə əlaqədar kommunikasiya sahəsində mövcud vəziyyət qiymətləndirilib və növbəti aylarda bununla əlaqədar strategiyasının hazırlanması üçün təkliflər veriləcək. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi beynəlxalq standartlar əsasında təkmilləşdirilərək təqdim olunub. Layihə çərçivəsində beynəlxalq ekspertlər və yerli mütəxəssislər ƏƏSMN-nin pilot bərpa mərkəzlərində reabilitasiya prosedurlarını təhlil ediblər. Bu prosedurların eyni zamanda sosial modelin tətbiqi prinsipi əsasında təkmilləşdirilməsi üçün yeni qiymətləndirmə forması da hazırlanıb, müəyyən nümunələr üzərində təcrübədən keçirilməsinə başlanıb. Tibbi-sosial reabilitasiya xidməti əməkdaşları üçün ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində 10 sessiyadan ibarət təlimlər də keçirilir.
   Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Jeroen Villems Azərbaycanda bütün sahələrdə, o cümlədən sosial müdafiə və tibbi-sosial reabilitasiya sisteminin inkişafı sahəsində aparılan uğurlu islahatların Avropa İttifaqı tərəfindən dəstəklənməkdə davam etdirildiyini vurğulayıb. O,  ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi üzrə Tvinninq layihəsinin bu istiqamətdə növbəti addım olduğunu və layihənin məqsədyönlü icrası işlərindən məmnunluğunu ifadə edib. Tədbirdə Tvinninq layihəsinin rezident məsləhətçisi Kristian Mutye layihənin əsas komponentləri üzrə aparılan işlər, əldə olunan uğurlar, Litvanın Sosial Təminat və Əmək Nazirliyinin əlillik və əmək qabiliyyətinin qiymətləndirilməsi üzrə ofisinin rəhbəri Zdislavas Skvartsiani, Fransanın əlilliyi olan şəxslər üzrə departamentinin müdiri Yannik Deymat, “Expertise France” şirkətinin şöbə müdiri Andrey Tretyak ölkələrinin müvafiq sahədə təcrübələri barədə təqdimatlarla çıxış ediblər. ƏƏSMN-nin pilot bərpa mərkəzlərinin direktorları tibbi-sosial reabilitasiya sistemində yeni yanaşmaların tətbiqi üzrə aparılan sınaq işlərinin nəticələri barədə məlumat veriblər. 
   Konfransda  layihə çərçivəsində görülən işlər və onların nəticələri, tibbi-sosial reabilitasiya sistemində mütərəqqi yanaşmaların və yeni reabilitasiya xidməti növlərinin tətbiqi məsələləri müzakirə olunub.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1642 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”