23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/12/2014 Azərbaycan əlilliyin qiymətləndirilməsi meyarlarını beynəlxalq standartlar əsasında təkmilləşdirir


   Azərbaycan əlilliyin qiymətləndirilməsi meyarlarını beynəlxalq standartlar əsasında təkmilləşdirir (VİDEO)  

Dekabrın 15-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı  ilə Bakı şəhərində  “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. İki gün davam edəcək seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş  ekspertlər iştirak edir.
   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısının bu təbəqədən olan insanlarla bağlı hüquqlar sisteminin təkmilləşdirilməsinə də şərait yaratdığını vurğulayıb: “Mütərəqqi təcrübələr əlilliyi olan şəxslərin fəaliyyət potensiallarının qiymətləndirilməsinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün vacib amillərdən biri olduğunu ifadə edir. Belə yanaşma ilk növbədə şəxsin əlillik vəziyyətinin müəyyən olunması və əlilliyinin rəsmiləşdirilməsində özünü göstərməlidir. Ona görə də belə şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsinə, nəticə etibarilə əmək və sosial reabilitasiya üzrə əlil hüquqlarının təmin olunmasına yönələn prinsiplərin əlilliyin qiymətləndirilməsi ilə bağlı milli qanunvericilikdə əksini tapmasına ehtiyac var”.
   S.Müslümov bildirib ki, BMT-in “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərdən biri də ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemində bio-psixo-sosial modelin tətbiqidir. “Hazırda bizdə mövcud sistem əlillik vəziyyətinin yalnız tibbi yanaşma əsasında, şəxsin fiziki və ya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur”.
   Nazir qeyd olunan sistemin sosial yanaşma əsasında təkmilləşdirilməsinin, əlillik müayinəsində fiziki və əqli məhdudluğun fəaliyyət bacarığına, əmək qabiliyyətinə təsirinin ölçülməsinin daha məqsədyönlü olduğunu bildirib: “Bizim nəzərdə tutduğumuz yeni sosial model də əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəminin yaradılmasıdır”.
   S.Müslümov diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin Beynəlxalq Təsnifatı, Əlillik və Səhiyyə sənədində də bununla bağlı önəmli sosial yanaşmalar əksini tapır. Bu təsnifat  yalnız fiziki amilləri deyil, o cümlədən sosial və ətraf mühitlə bağlı amilləri də əlilliyin qiymətləndirilməsində vacib hesab edir: “Bizim Dünya Bankı ilə əməkdaşlığımızın davamı kimi keçirilən bu seminar da bizə imkan verəcək ki, beynəlxalq səviyyəli ekspertlər və yerli mütəxəssislərlə birgə müvafiq sahədə qabaqcıl dünya təcrübəsini, qəbul olunmuş beynəlxalq standartları bir daha nəzərdən keçirək və ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemini mütərəqqi yanaşmalar əsasında təkmilləşdirək”.
   Dünya Bankının nümayəndəsi Endryu Mason ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatların əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə etməsini yüksək dəyərləndirib, bu sahədə əməkdaşlıqdan məmnun olduqlarını, aparılacaq işlərin uğurlu olacağına əminliyini ifadə edib.
   Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə əmək pensiyaçılarının təqribən 28,2 faizinin məhz əlilliyi olan şəxlər olduğunu qeyd edərək, bu şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğıdan,  habelə pensiya təminatı zamanı onlara verilən bir sıra güzəştlərdən bəhs edib. E. Mehdiyev hazırkı seminarın olduqca vacib məsələyə həsr olunduğunu nəzərə çatdıraraq, həqiqətən də əlilliyin qiymətləndirilməsində şəxslərin əmək potensiallarının diqqətdə saxlanılmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb.
   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əlilliyi müəyyənləşdirmək üçün istifadə olunan mövcud meyarlar barədə məlumat verib. Qeyd olunub ki, bu meyarlarla qiymətləndirmə əlillik müayinəsi aparılan şəxsin bu və ya digər şəraitdə öz fünksiyasını yerinə yetirmək qabiliyyətini nəzərə almır. Yaxud onun mümkün iş bacarığının reallaşması üçün hansı şəraitin, iş sahəsinin gərəkli olduğunu diqqətdən kənarda qoyaraq, yalnız xəsarətin nəticəsi kimi fiziki və əqli vəziyyətin ağırlıq dərəcəsini müəyyən edir. Halbuki adekvat reabilitasiya və şərait təmin olunduğu halda əlilliyi olan şəxslərin əmək potensiallarını reallaşdırmaları mümkündür. Bununla əlaqədar müvafiq hüquqi bazada əlilliyi olan şəxslərin əmək və sosial reabilitasiyasına yönələn dəyişikliklərin aparılması zəruridir.
   Dünya Bankının əlillik üzrə baş eksperti Aleksandra Posarak əlilliyi olan şəxslərə cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması prosesində belə şəxslərin əmək potensiallarının nəzərə alınmasının vacib olduğunu qeyd edib və əlilliyin qiymətləndirilməsi zamanı bu amilin nəzərdə saxlanmasının inkluzivliyin qorunması üçün ilkin şərt olduğunu vurğulayıb.
   Daha sonra seminarda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ölkəmizdə tətbiq olunan sistem barədə məlumat verilib və bu sistemin dəyişdirilməsinin vacibliyi bildirilib. Əlilliyi xəsarət dərəcəsinə əsasən qruplaşdırmaq artıq köhnəlmiş baxış formasına əsaslanır. Əlilliyə görə müavinətlərin alınması ilə əlaqədar əmək bazarını tərk edən şəxslər faktiki olaraq əmək bazarına az hallarda qayıdırlar. Buna görə də məqsəd əlilliyə görə müavinətin təyin olunması mərhələsinə çatmamışdan əvvəl bu şəxslərə əmək fəaliyyətlərini bu və ya digər formada davam etdirmək imkanının verilməsidir.
   Tədbirdə İsveçin Paraplegiya Araşdırmaları Təşkilatının eksperti Cerom Bikenbaxın, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Nenad Kostanjsekin və Alarkos Siezanın, digər beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin dünya təcrübəsində mövcud yanaşmalara aid çıxışları, rəy və təklifləri əsasında müzakirələr aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1894 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 23/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.