12 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/9/2014 Qazax rayonunda Azərbaycan Respublikası “Əlil “Qadınlar”cəmiyyətinin dəstəyi ilə Günərzi Qayğı Mərkəzi fəaliyyətini davam etdirir.


Qazax rayonunda  Azərbaycan Respublikası “Əlil “Qadınlar”cəmiyyətinin dəstəyi ilə Günərzi Qayğı Mərkəzi fəaliyyətini davam etdirir.

GÜNƏRZİ QAYĞI XİDMƏT NÖVLƏRİ BEYNƏLXALQ SƏVİYYƏLİ BÜTÜN NORMA VƏ TƏLƏBLƏRƏ CAVAB VERƏN MİNİMUM QAYĞI STANDARTLARINA UYĞUN OLMALIDIR.

 

Artıq iki ildir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Əlil Qadınlar” Cəmiyyəti “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsini həyata keçirir.

 

 

Мцасир дюврдя Азярбайъан Республикасында диэяр сащялярдя олдуьу кими сосиал хидмят сащясиндя дя irimiqyaslı islahatlar həyat keçirilir. Rеспубликамызда сосиал хидмят сащясиндя ян çətin вязиййят эяляъяйимиз олан ушагларла баьлы олан вязиййятдир. Азярбайъан Республикасы Президентинин 29 март 2006-ъы ил тарихли Сярянъамы иля тясдиг едилмиш «Азярбайъан Республикасында дювлят ушаг мцяссисяляриндян ушагларын аиляляляря верилмяси (Де-институсионализасийа) вя алтернатив гайьы» адлы 2006-2015-ъи илляри ящатя едян Дювлят Програмында дювлят тялим-тярбийя мцяссисяляриндя 21 000 ушаьын олдуьу эюстярилmişdir. Щямин програмда ушагларын гайьысына галмагда чятинлик чякян аиляляря мцвафиг йардымын эюстярилмяси, дювлят ушаг мцяссисяляринин ушаглар цчцн аиля ясаслы сосиал хидмят мяркязляриня чеврилмяси, ушагларын аиляляря верилмясини вя онларын щцгугларынын горунмасыны тямин едян мцвафиг системин йарадылмасы, бу сащядя мювъуд ганунвериъилик базасынын тякмилляшдирилмяси зяруряти эюстярилмишдир. Бцтцн бунлар сосиал хидмятя ещтийаъ динамикасынын дурмадан артдыьыны эюстярир.   (http://news.day.az).  

«Sosial xidmət haqqında» Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli Qanunu çətin həyat şəraitində olan şəxslərə sosial xidmət göstərilməsinin zəruriliyini təsbit etmişdir. Qanuna görə çətin həyat şəraiti dedikdə, şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hal başa düşülür. Qanunun 7-ci maddəsinə müvafiq olaraq valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlar; sağlamlıq imkanları məhdud olan uşaqlar və baxımsızlıq və ya sosial təhlükəli vəziyyətdə  olan uşaqlar çətin həyat şəraitində yaşayan hesab edilir.

Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli 103 №-li sərəncamı ilə 2009-cu il Azərbaycanda «Uşaq  ili» elan olunmuşdur. Bu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uşaqlara olan böyük diqqət və qayğısının bariz nümunəsidir.

 

 Günərzi Qayğı nədir: Sosial vəziyyəti ağır , əlilliyi olan və olmayan uşaqlar üçün gün ərzində nəzarət və qayğı deməkdir. Valideyinlərə işləmək imkanı verən bu xidmət körpələr və uşaqlar üçün dövlət və ya özəl xidmət növüdür. Üç yaşdan yuxarı uşaqlar dövlət və ya özəl uşaq bağçalarına qəbul edilir, məktəb yaşına çatan uşaqlar ənənəvi ümumtəhsil məktəblərində təhsil alırlar.  Səciyyəvi olaraq günərzi qayğı xüsusi ehtiyacları olması səbəbindən ənənəvi təhsilə cəlb oluna bilməyən əlilliyi olan uşaqlar üçün təhsil imkanları yaratdığı üçün erkən uşaqlıq inkişafının və ya xüsusi təhsil siyasətinin bir hissəsi sayılır.

      Əlillik və yoxsulluq bir-biri ilə əlaqəli olduğundan Azərbaycan kontekstində günərzi qayğının ən həssas təbəqədən olan, yoxsulluq və əlillik səbəbindən təcrid olunmuş və müəssisələşmə təhlükəsində olan uşaqlar üçün təmin olunması daha uyğun – ağılabatandır.

Günərzi mərkəzinin yaradılmasında əsas məqsəd yetkinlik yaşına çatmayan və yiyəsizliyə gətirib çıxarmış səbəblərin aşkar olunması və aradan götürülməsi, çətin həyat şəraitinə düşmüş yetkinlik yaşına çatmayanların müvəqqəti yaşamasının təmin olunması, həmçinin ailələrinə qayıtmasına yardım olunmasıdır.

 “Əlil Qadınlar” cəmiyyətinin Qazax rayonunda fəaliyyət göstərən GÜNƏRZİ QAYĞI MƏRKƏZIINDƏ 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası həyata keçirilmiş və onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi üçün kompleks sosial xidmətlər göstərilmişdir. Qazax rayonunda üzrə tək valideynli (qəyyumu, himayəçisi olan), hər iki valideynini itirmiş və genişlənmiş ailənin (əmək qabiliyyətli yaşda olan nənə, baba, əmi, bibi, dayı, xala, yetkinlik yaşına çatmış bacı və ya qardaş) himayəsində olan uşaqlar, birinin  əlilliyi və ya xəstəliyi olan, digərinin (və ya hər iki valideyninin) isə daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini (12-14 saat) günəmuzd qaydada işləyən valideynlərin uşaqları, inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar müəyyənləşdirilmiş və günərzi mərkəzində onlara sosial xidmətin göstərilməsinə başlanılmışdır. Günərzi qayğı mərkəzində məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılmış, həmin qruplarda sağlamlıq imkanları məhdud olan uşaqların sayı yeddi nəfərdir və tipik uşaqlarla onların nisbət faizi 25 faizdir. Mərkəzin 5 günlük (səhər saat 8 00-dan axşam saat 2000-dək) iş rejimində fəaliyyəti təmin olunmuşdur. Sosial iş təşkil edilməklə çətin həyat şəraitində olan uşaqların reablitasiya potensialını artırmaq, uşaqların qavrayış, emosional və fiziki inkişafına və onların sosial uyğunlaşmasına yardım etmək,  gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək üçün tədbirlər həyata keçirilir. Uşaqların inkişafı və onlara keyfiyyətli qayğının göstərilməsi istiqamətində ailələrə dəstək verilir. Hədəf qrupuna daxil olan uşaqlarda ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyası üzrə məşğələlər keçirmək və onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etmək istiqamətində işlər görülür. Hədəf qrupuna daxil olan uşaqlarda təhsil, tibbi, sosial və peşə reabilitasiyası ilə bağlı metodiki məsləhətlər verilir.

Layihə çərçivəsində sosial xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı 

 

           

 

 

Azərbaycan Respublikasının

Əlil Qadınlar” Cəmiyyətinin mətbuat xidməti

sentyabr 2014

 

 

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3054 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”