XƏBƏRLƏR




- 4/8/2014 Əlil Təşkilatları İttifaqının işğalçı Ermənistanın son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı BƏYANATI
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əlil Təşkilatları İttifaqının işğalçı Ermənistanın son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı
BƏYANATI
Əlil Təşkilatları İttifaqı Ermənistanın ona havadarlıq edən qüvvələrin dəstəyi ilə təcavüzkarlıq siyasətinin gücləndirməsindən ciddi narahatlığını bildirir, beynəlxalq təşkilatları 2014-cü il iyul ayının sonu və avqust ayının əvvəlində çox sayda insan itgisi ilə nəticələnmiş erməni diversiya qrupunun törətdiyi cinayətkar əmələ qiymət verməyə çağırır.
Ərazisinin 20%-i erməni təcavükarları tərəfindən işğal olunmuş Azərbaycanın haqq səsinin beynəlxalq qurumlar tərəfindən eşidilməməsi, ikili standartların tətbiqinin davam etməsi təəssüf doğurur və münaqişənin həll olunmamasının əsas səbəblərindəndir. Bu da işğalçı ölkə kimi Ermənistanın təcavüzkar hərəkətlərinin genişlənməsinə səbəb olur. Bunun nəticəsində mülki və hərbi insanların ölümünə səbəb olur.
Ermənistan BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, beynəlxalq hüquq normalarına riayət etmir. Bu qətnamələrin yerinə yetirilməməsinə görə BMT, ATƏT-in Minsk qrupunun həmsədrləri, beynəlxaq ictimaiyyət, beynəlxalq qurumlar kəskin, dəqiq və qərəzsiz münasibətini billdirməli, təcavüzkara müxtəlif formalarda dəstək göstərmək əvəzinə sanksiyalar tətbiq olunmalıdır.
İşğal nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün, on minlərlə əlilliyi olan şəxslərin, şəhidlərin hüquqlarının pozulması hüquq müdafiə təşkilatları tərəfindən tanınmalı və onların təminatına dəstək verilməlidir.
Əlil Təşkilatları İttifaqı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dəstək verilməsinə, bölgədə sülhün, insanların hüquq və azadlıqlarının təmin olunmasına dəstək verməyi Sizlərdən xahiş edir.
Bu xəbər 2442 dəfə oxunub