05 Avqust 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/7/2014 Bu il ərzində Azərbaycanda əlil və şəhid ailələrinin minik avtomobili və mənzillə təminatı ilə bağlı statistik məlumatlar açıqlanıb.


Yerləşdirilib: 17.07.14 | Baxılıb: 3

qhtxeber.az//  Bu il ərzində Azərbaycanda əlil və şəhid ailələrinin minik avtomobili və mənzillə təminatı ilə bağlı statistik məlumatlar açıqlanıb.
qhtxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında deyib ki, ötən ilin ilk yarımilində əlil və şəhid ailələrinin mənzilə təminatı həyata keçirilmədiyi halda, cari ilin 6 ayında ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi (o cümlədən Göygöl rayonunda 5 nəfər, Xaçmaz şəhərində 2 nəfər, Ağdam rayonunda 54 nəfər, Bərdə rayonunda 36 nəfər, Qax rayonunda 21 nəfər) ƏƏSMN-in sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillə təmin edilib.
 
Onun sözlərinə görə, prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.
 
Ç.Əliyev qeyd edib ki, bu ilin ilk yarımili ərzində 677 nəfər Qarabağ müharibəsi əlili, 323 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə 1000 nəfər minik avtomobili ilə təmin olunub. Xidmət rəisi əlavə edib ki, ötən ilin müvafiq dövründə bu göstərici cəmi 20 nəfər təşkil edib.
 
Əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən digər işlərdən də söz açan Ç.Əliyev cari ilin ilk yarımilində 115 nəfər 20 Yanvar şəhidinin ailəsinin, 319 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım verildiyini qeyd edib: “Əfqanıstanda hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin də hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım verilib. Həmçinin Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər biri 50 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub ki, bu da ötən ildə həmin şəxslərə qeyd olunan qəzanın 27-ci ildönümü ilə bağlı verilmiş birdəfəlik maddi yardımla (30 manat) müqayisədə 66,6% çoxdur. Qeyd olunanlarla bərabər, bu ilin 6 ayı ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan 217 nəfər əlilliyi olan şəxsin müraciətinə baxılıb və onlara ümumilikdə 38 930 manat məbləğində birdəfəlik maddi yardım verilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə belə birdəfəlik maddi yardım verilən əlillərin sayı 2,93 dəfə və ya 143 nəfər, onlara ödənilən maddi yardımın məbləği isə 5,91 dəfə və ya 32 340 manat çox olub. Həmçinin 11 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə köməklik məqsədilə 2580 manat məbləğində vəsait ödənilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkə daxilində müalicəsinə köməklik göstərilən əlillərin sayı 1,22 dəfə və ya 2 nəfər artıb. Digər tərəfdən, Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında 23 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilməsi barədə qərar verilib və hesabat dövründə respublikadan kənar müalicəyə getmiş 15 nəfər əlilliyi olan şəxsə gediş-gəliş aviabiletlərinin alınması üçün 10 251,58 manat vəsait ödənilib”.
 
DSTX-nin rəisi əlavə edib ki, ölkədə əlilliyi olan şəxslərin asudə vaxtının və xaricdə müalicəsinin təşkili işləri də aparılıb. Onun sözlərinə görə, hesabat dövründə 76 nəfər əlilliyi olan şəxsin və 85 nəfər sağlamlıq imkanları məhdud uşağın həmin ölkələrdə müalicəsi təşkil olunub: “Eyni zamanda əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili məqsədi ilə 501 nəfər belə şəxsin Xaçmaz və Lənkəran rayonlarında yerləşən istirahət-sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 nəfər çoxdur”.
 
Hamlet
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1765 dəfə oxunub




Flag Counter






» 30/7/2020- İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

» 24/7/2020- "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir

» 21/7/2020- ZOOM/ SI&C

» 21/7/2020- DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU

» 21/7/2020- İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

» 21/7/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.

» 23/6/2020- Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək