23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/7/2014 Masallı şəhərində dəyirmi masa keçirilmişdir.


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.
Tədbirlər planına uygun olaraq 11 iyul 2014-cü il tarixdə Masallı şəhərində dəyirmi masa keçirilmişdir. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmişlər. Konfransda Əlil Təşkilatları İttifaqının hüquqşünası, h.e.doktoru professor Mayıs Əliyev, ƏTİ-nin İdarə Heyətinin üzvü, “Əlil Qadınlar “ cəmiyyətinin sədri Məhluqə xanım Rəhimova, Cənub qəzetinin baş redaktoru Zahir Əmənov, ƏSM-in Masallı rayon şöbəsinin əməkdaşları, ƏBƏU-nun sədri, layihə köməkçisi Firuzə xanım Babayeva, Masallı rayon ƏSM-mın Sosial, Məişət Xidmətinin müdürü Fərziyev Əfrail, Bayramova Aidə xanım sosial işçi , Qarabağ Əlillər çəmiyyətinin Masallı rayon şöbəsinin sədri Nahid Rəhimov, Masallı rayon İ.H-nin humanitar şöbəsinin baş məsləhətçisi , ƏQC-nin Biləsuvar rayon bölgə şöbəsinin sədri Firəngiz xanım Həbibova, ƏQC-nin Masallı rayon şöbəsinin sədri Əminə xanım Abiyeva gündəmdə duran mövzu ilə əlaqədar maraqlı çıxışlar etmişlər. Tədbirdə iştirak edən əlilliyi olan insanlar, əlilliyi olan  uşaqların valideyinləri Masallı rayonunda sosial poblemlərin həlli məqsədi ilə müzakirələrə qoşularaq, birgə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində müxtəlif təkliflərlə çıxışlar etmişdirlər. Tədbir iştirakçıları əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürmüşlər.

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Firuzə Babayeva



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1566 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 23/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.