08 Dekabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/7/2014 Cari ilin ilk yarımilində 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri verilib


Cari ilin ilk yarımilində 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri verilib

 

   Cari ilin ilk yarımilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) müxtəlif peşələr üzrə hazırlıq kurslarını bitirən və imtahandan uğurla keçən 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub.
   Həmçinin 10 nəfər belə şəxsə yalnız özünüməşğulluq imkanlarına  yiyələnə bildikləri üçün peşə kurslarını bitirmə barədə müvafiq arayışlar verilib. Sağlamlıq imkanları məhdud gənclərin qeyd olunan mərkəzdə yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün onların yaşadıqları rayon (şəhər) Məşğulluq Mərkəzi ilə birgə tədbirlər görülür.
   Hazırda mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 90 nəfərə yaxın əlilliyi olan şəxs 10 peşə (kompyuter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s.) üzrə təlim keçir. Onlar təlim müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1454 dəfə oxunub




Flag Counter






» 3/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub

» 3/12/2019- “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”

» 2/12/2019- Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir

» 2/12/2019- Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 2/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub

» 30/11/2019- Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi yaradılıb

» 30/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı

» 29/11/2019- Pensiya məsələləri ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən əsassız ittihamlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabı

» 29/11/2019- BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.

» 28/11/2019- “Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün surdotərcümə versiyası

» 22/11/2019- Əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 22/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi

» 20/11/2019- Şura 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edir

» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu