26 İyun 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/6/2014 Bərdə rayonunda 36 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib


Bərdə rayonunda 36 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

 

   İyunun 13-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
   Mənzillərin təqdim olunması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilk növbədə yeni mənzil alan əlil və şəhid ailələrini qarşıdan gələn 15 İyun-Milli Qurtuluş günü, eyni zamanda yeni mənzil almaları münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb: “Milli Qurtuluş günü xalqımız, dövlətimiz üçün böyük məna kəsb edən, qürurverici bir bayramdır. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı o zaman məruz qaldığı olduqca ağır vəziyyətdən, yenicə qazanılmış dövlət müstəqilliyini itirmək təhlükəsindən, vətəndaş qırğınından, xaos və anarxiyadan xilas etdi. Bu tarixi qayıdış Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi və ölkəni uzunmüddətli inkişaf yoluna səfərbər etdi”. S.Müslümov 1993-2003-cü illərdə Ulu öndərimizin müstəqil dövlət quruculuğu və sosial-iqtisadi inkişaf strategiyasından söz açaraq bildirib ki, müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, habelə əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatı işlərinin də məhz həmin illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulub.
   Son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümumən sosial sahəyə davamlı diqqət və qayğısından bəhs edən  nazir indiyədək 5 minə qədər əlil və şəhid ailəsinin mənzillə, 4500-ə yaxın əlilliyi olan şəxsin avtomobillə təmin edildiyini diqqətə çatdırıb: “Cənab Prezidentin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırıldı. Artıq biz möhtərəm dövlət başçımızın 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası olaraq, yaxın vaxtlarda bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsinə başlayacağıq”.
   S.Müslümov mənzillə təminat sahəsində də həyata keçirilən tədbirlərdən bəhs edib: “Bu il aprelin 25-də  Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evi əlil və şəhid ailələrinə təqdim edilib, bu gün isə Bərdədə mənzillər verilir. İlin sonunadək  Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinin istifadəsinə verəcəyik. Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya Proqramı üzrə ayrılmış müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələrdə yeni tikilmiş binalardan əlil və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə əlaqədar nazirliyimiz tərəfindən açıq tenderin keçirilməsinə başlanıb. Yəni bu sahədə də həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mühüm irəliləyişlərin təmin olunması nəzərdə tutulur”.
   Əlil və şəhid ailələri Milli Qurtuluş Günü ərəfəsində mənzillə təmin olunmalarının onların bayram sevinclərini ikiqat artırdığını vurğulayaraq, sosial cəhətdən həssas əhali təbəqələrinin rifah halının yaxşılaşdırılmasına daim xüsusi diqqət və qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3077 dəfə oxunub




Flag Counter






» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/6/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat

» 16/6/2022- "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

» 15/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2022- Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

» 15/6/2022- 15 iyun ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıc tarixinə çevrildi

» 14/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/6/2022- Əlillikdə yeni meyarlar: nə dəyişəcək?

» 12/6/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

» 11/6/2022- Milli QHT Forumunun yarandığı gündür

» 10/6/2022- Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib

» 9/6/2022- Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

» 9/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!