02 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/6/2014 26 nəfər əlilliyi olan şəxs Yunanistana göndərildi.


26 nəfər əlilliyi olan şəxs Yunanistana göndərildi.

İyunun 16-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstanın Soloniki şəhərindəki "Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzinə bərpa müalicəsinə yola salınıb.

 "Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzi səmərəli fizioterapevtik müalicə metodları, yüksək xidmət səviyyəsi və peşəkar həkim-reabilitoloq personalı ilə nüfuz qazanmış müəssisələrdən biridir. Tibbi innovasiyaların geniş tətbiq olunduğu mərkəzdə aparılan müalicə kursu əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşma yaradır. Müvafiq razılaşmaya əsasən, cari ilin iyun-avqust ayları ərzində ilk dəfə olaraq ölkəmizdən 76 nəfər əlilliyi olan şəxsin həmin mərkəzdə 28 günlük bərpa-müalicə kursunun təşkili nəzərdə tutulub.

 Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə bərpa müalicəsi istiqamətində müvafiq işlər aparılır. Belə ki, qeyd olunan müddətdə ƏƏSMN tərəfindən 80 nəfər sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinin müşaiyəti ilə Latviya Respublikasının Yurmala şəhərindəki "Vaivari” Tibbi-teabilitasiya mərkəzində 20 günlük müddətə bərpa müalicəsinin təşkili planlaşdırılıb. Son bir ayda onlardan artıq 45 nəfəri həmin mərkəzə yola salınıb. Mərkəzdə uşaqlarda sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya proqramları tətbiq olunur.

 Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların adıgedən mərkəzlərdə yerləşmələrinə və bərpa müalicə xidməti ilə təmin olunmalarına nəzarət etmək, habelə həmin ölkələrin müvafiq reabilitasiya təcrübələrinin öyrənilməsi üçün ƏƏSMN aidiyyatı struktur bölmələrindən olan əməkdaşlar ezam olunaraq onlarla birgə göndəriliblər.

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2553 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!