22 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/5/2014 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri keçirilir


PRESS RELİZ

Bakı  şəhəri                                                                                           26 may 2014-cü il

     

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri keçirilir

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili”  adlı layihəni həyata keçirir.

İctimai Birliyin sədri Ramilə Mahmudovanın verildiyi məlumata görə, koordinatoru olduğu layihənin məqsədi cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin səviyyəsinin artırılması, əlilliyin dərki, insanlara qarşı əlillik və digər əlamətlərə görə hər hansı ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi və bu sahədə müsbət təcrübənin təbliğ edilməsindən ibarətdir.

Layihə çərcivəsində əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin (ƏOŞ), onların ailə üzvlərinin, aidiyyəti dövlət qurumlarının, bu qəbildən olan insanları təmsil edən və digər QHT nümayəndələrinin iştirakı ilə regionlarda (Beyləqan rayonunda və Sumqayıt şəhərində) hüquqi maarifləndirmə tədbirlərinin təşkil edilməsi nəzərdə tutulmuşdur.

Fəaliyyət planına uyğun olaraq layihəyə təlimçi kimi cəlb edilmiş hüquqşunas Sərdar Zeynəlov,  inklüziv təhsil üzrə ekspertlər Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova və Almaz İsmayılova tərəfindən Beyləqan rayonunda əlilliyi olan şəxslərin, saxlamlıq imkanları məhdud uşaqların və onların valideyinlərinin iştirakı ilə “Əlilliyi olan şəxslərin və saxlamlıq imkanları məhdud uşaqların hüquqları” mövzusunda təlimlər keçirilmişdir. İki gün davam edən həmin təlimdə  iştirakçılara sözügedən əhali qrupunun BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, ölkəmizin tərəfdar çıxdığı digər beynəlxalq hüquqi və dövlətdaxili aktlarda təsbit olunmuş hüquq və azadlıqları, o cümlədən onların mövcud problemlərinin həlli ilə bağlı müvafiq dövlət proqramlarında öz əksini tapmış müddəalar barədə geniş məlumat verilmişdir.

Layihənin hüquqşünası və digər ekspertlər tərəfindən iştirakçılara ƏOŞ-lərin hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf prespektivləri, onların pozulmuş hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi məsələləri barədə hüquqi maarifləndirmə xarakterli məlumatlar verilmiş, sosial infrastruktur obyektlərinin ƏOŞ-lərin istifadəsinə maneəsiz müyəssər olmasının vacibliyi, aidiyyatı dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyələrin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının əhəmiyyəti vurğulanmış və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır. 

ƏOŞ-in hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlıq, sosial təminat və sair hüquqlarını, onlara göstərilən sosial xidmətlər və digər vacib məsələlər barədə verilən ətraflı məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılaşmışdır.

Tədbirdə ƏOŞ-lərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparılmış, həlli vacib olan bir sıra problemlərin aradan qaldırılması ilə bağlı səmərəli təkliflər irəli sürülmüşdür. Əlilliyi olan gənclərin təhsili, autizm, leykemiya, ağır dərəcəli eşitmə azlığı olan və sair xəstəliklərdən əziyyət çəkən uşaqların dövlət vəsaiti hesabına müalicəsi, pensiya və müavinətlərin məbləğinin artırılması, sosial infrastruktur obyektlərinin onlar üçün müəyəssər olması istiqamətində zəruri tədbirlərinin görülməsi, əlilliyi olan uşaq və gənclər üçün müxtəlif yaradıcılıq dərnəklərinin, reabilitasiya-inkişaf, habelə əyləncə mərkəzlərinin yaradılması və digər təkliflər bu qəbildəndir.

Qeyd edək ki, layihə çərçivəsində əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmini və müdafiəsi baxımından zəruri hesab olunan strateji əhəmiyyətli sənədlərin (qanunvericilik aktlarının, dövlət proqramlarının və s.) layihələri ilə bağlı zəruri təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi də nəzərə tutulmuşdur.

Mətbut xidməti

 

TƏŞKİLAT HAQQINDA MƏLUMAT

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) 28 may 2008-ci ildə - Respublika günündə təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır.

Təşkilatın  əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir. 

Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsinə nail olmağa çalışır:

  • əlilliyi olan şəxslərə  qarşı ayrıseçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək vermək;
  • əlilliyi olan gənclərin ictimai fəallığının artırılmasına yardım etmək;
  • əlilliyi olan şəxslərə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək və s.

Eyni zamanda Birlik Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, həmçinin beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə əməkdaşlıq edir. Bundan əlavə Birlik elmi araşdırmalar aparır, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir.

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları  Forumunun (MQF), Əlil Təşkilatları İttifaqının (ƏTİ) və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, “Dünyaya Baxış” (“World Vision”) Beynəlxalq Humanitar Təşkilatının “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində yaradılan “Hamı üçün bərabər imkanlar” QHT Koalisiyasının üzvüdür.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2541 dəfə oxunub




Flag Counter






» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib