16 Fevral 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/5/2014 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir.


Sağlamlıq imkanları məhdud gənclərin ictimaiyyət nümayəndələri və incəsənət xadimləri ilə görüşü keçirilib

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi, mayın 13-də mərkəzdə ictimaiyyət nümayəndələri, tanınmış xanəndələr və müğənnilərlə görüş keçirilib.
   Mərkəzdə xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s. üzrə peşə hazırlığı kursları təşkil edilir. Tədbir iştirakçıları hazırda ölkənin müxtəlif bölgələrindən gəlmiş 95 nəfər əlilliyi olan şəxsin peşə təlimində olduğu mərkəzdə peşə hazırlığı işinin təşkili, habelə əlilliyi olan şəxslərə burada göstərilən xidmətlərlə yaxından tanış olublar. Həmçinin incəsənət nümayəndələri burada fəaliyyət göstərən ifaçılıq dərnəyinin üzvləri ilə həmsöhbət olub, onlara öz tövsiyələrini veriblər.
   Daha sonra əlilliyi olan şəxslər üçün xalq mahnıları və muğamlardan, görkəmli bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Mərkəzin ifaçılıq dərnəyinin üzvləri də öz istedadlarını nümayiş etdiriblər. Konsert proqramı çərçivəsində “Çağrı” adlı yeni klip təqdim olunub. Tədbir mərkəzin kollektivinə xoş təəssüratlar bəxş edib.

 
 
  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2706 dəfə oxunub




Flag Counter






» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.

» 11/1/2020- Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib