XƏBƏRLƏR




- 11/4/2014 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.
- - DÜNYA ƏLİLLƏR BİRLİYİ
- - 23/7/2013Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli 16 -20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumunda iştirak etmişdir.
- - 12/9/2013 2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir.
- - Iyunun 11-dən 14-nə kimi Bakıda “Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın Monitorinqi və parallel hesabatın hazırlanması üzrə beynəlxalq Seminar-təlim keşirilmişdir” mövzusunda beynəlxalq seminar-təlim keçirilmişdir.
- - 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.
- - Azərbaycanın ilk hesabatı üzrə yekun tövsiyələr
- - ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub
- - Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi
- - İnkluziv təhsil sahəsində Avropa təcrübəsi Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi
- - “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans
- - Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü
Sesssiyada BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikası, Şveçariya, Kosta Rika, Meksikanın ilk məruzələri təqdim olunmuşdur. Azərbaycan tərəfdən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov olmaqla aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən, QHT təmsilçilərindən ibarət olan nümayəndə heyəti və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər. 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.
Vətəndaş cəmiyyəti Əlil Təşkilatları İttifaqı (ƏTİ) (Sədr: Davud Rəhimli, Azərbaycan Karlar cəmiyyəti ictimai birliyi Kamran Abbasov, Zinyət Vəliyeva – Əlil Qadınlar cəmiyyəti), Müstəqil həyat inkişaf və dəstək mərkəzi (Sədr: Aydın Xəlilov), Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası (Sədr: Sahib Məmmədov) nümayəndə heyəti ilə təmsil olunmuşlar. Əlil Təşkilatları İttifaqının nümayəndə heyəti 14 iyun 2013-cü ildə üzv təşkilatlar tərəfindən təyin olunmuş, nümayəndə heyətinə bu məsələ ilə əlaqədar fəaliyyətlərin aparılması və təmsilçilik həvalə olunmuşdur. Tədbirdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və Ramiz Behbudov iştirak etmişlər.
Martın 31-də bu ölkələrin vətəndaş cəmiyyətlərinin ümumi iclası keçirilmiş, təqdimatlar olmuşdur. Azərbaycan tərəfindən Əlil Təşkilatları İttifaqının təqdimatı olmuşdur. Aprelin 1-də günün birinci yarısında yuxarıda qeyd olunmuş tərkibdə Azərbaycanı təmsil edən QHT-lər təqdimatlar etmişlər. Həlli vacib problemlər qeyd olunmuş və onların həlli üçün təkliflər verilmişdir. Bu iclasa sədrliyi Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli etmişdir. Təqdimatlardan sonra “Əlilliyi olan şəxslərin hüquqları üzrə” Komitə üzvlərinin (üzvlər 18 nəfər müxtəlif ölkələrdən olan müstəqil ekspertlərdən ibarətdir) sualları cavablandırılmışdır.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov Azərbaycan Respublikası hökumətətinin ilk məruzəsini təqdim etmiş, hökumətin Konvensiyanın yerinə yetirilməsi istiqamətində gördüyü işlər qeyd olunmuşdur. Bundan sonra Komitə üzvlərinin çoxsaylı sualları dinlənilmiş və hökumət nümayəndələrinin cavabları dinlənilmişdir. Aprelin ikisində Azərbaycan üzrə dinləmələr davam etdirilmiş və yekunlaşdırılmışdır.
Azərbaycan Respublikası üzrə dinləmələr başa çatmış, ancaq Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası öz işini davam etdirir.
Bu xəbər 2380 dəfə oxunub