16 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/4/2014 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.


 

31

mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.  Sesssiyada BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikası, Şveçariya, Kosta Rika, Meksikanın ilk məruzələri təqdim olunmuşdur.  Azərbaycan tərəfdən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov olmaqla aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən, QHT təmsilçilərindən  ibarət olan nümayəndə heyəti  və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

      Vətəndaş cəmiyyəti Əlil Təşkilatları İttifaqı (ƏTİ) (Sədr: Davud Rəhimli, Azərbaycan Karlar cəmiyyəti ictimai birliyi Kamran Abbasov, Zinyət Vəliyeva – Əlil Qadınlar cəmiyyəti), Müstəqil həyat inkişaf və dəstək mərkəzi (Sədr: Aydın Xəlilov), Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası (Sədr: Sahib Məmmədov) nümayəndə heyəti ilə təmsil olunmuşlar. Əlil Təşkilatları İttifaqının nümayəndə heyəti 14 iyun 2013-cü ildə üzv təşkilatlar tərəfindən təyin olunmuş, nümayəndə heyətinə bu məsələ ilə əlaqədar fəaliyyətlərin aparılması və təmsilçilik həvalə olunmuşdur. Tədbirdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və Ramiz Behbudov iştirak etmişlər.

       Martın 31-də bu ölkələrin vətəndaş cəmiyyətlərinin ümumi iclası keçirilmiş, təqdimatlar olmuşdur. Azərbaycan tərəfindən Əlil Təşkilatları İttifaqının təqdimatı olmuşdur. Aprelin 1-də günün birinci yarısında yuxarıda qeyd olunmuş tərkibdə Azərbaycanı təmsil edən  QHT-lər təqdimatlar etmişlər. Həlli vacib problemlər qeyd olunmuş və onların həlli üçün təkliflər verilmişdir. Bu iclasa sədrliyi Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli etmişdir. Təqdimatlardan sonra   “Əlilliyi olan şəxslərin hüquqları üzrə” Komitə üzvlərinin (üzvlər 18 nəfər müxtəlif ölkələrdən olan müstəqil ekspertlərdən ibarətdir) sualları cavablandırılmışdır.

       Həmin gün  Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov Azərbaycan Respublikası hökumətətinin  ilk məruzəsini təqdim etmiş, hökumətin Konvensiyanın yerinə yetirilməsi istiqamətində gördüyü işlər qeyd olunmuşdur. Bundan sonra Komitə üzvlərinin çoxsaylı sualları dinlənilmiş və hökumət nümayəndələrinin cavabları dinlənilmişdir. Aprelin ikisində Azərbaycan üzrə dinləmələr davam etdirilmiş və yekunlaşdırılmışdır.

 Azərbaycan Respublikası üzrə dinləmələr başa çatmış, ancaq Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası öz işini davam etdirir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2207 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"