17 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/3/2014 “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsi


 

         “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) və Azərbaycan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “Dünyaya Baxış” (World Vision) Beynəlxalq Humanitar Təşkilatının ayırdığı vəsait çərçivəsində “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı”  adlı layihəsini həyata keçirməyə başlamışdır. Layihənin əsas  məqsədi Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində inklüziv təhsilin inkişafı üzrə fəaliyyətin təşkil edilməsindən, inklüziv təhsil üzrə mütəxəssis hazırlığının genişləndirilməsindən və inklüziv təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. 

         Layihənin icra planına uyğun olaraq 28 fevral 2014-cü il tarixdə saat 15:00-da Bakı Avropa Liseyində yerləşən “Azərbaycana Birgə Yardım” (UAFA) İctimai Birliyinin İcma Əsaslı Reabilitasiya Mərkəzində Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ilə səmərəli əməkdaşlığın qurulması” mövzusunda dəyirmi masa keçirilmişdir.

         Dəyirmi masada “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev İnklüziv təhsil layihəsi barəsində məlumat verərək, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə fikir mübadiləsi aparmış və onların suallarını cavablandırmışdır. Sonra inklüziv təhsil layihəsinin təlimçisi Aynur Vəliyeva Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ilə səmərəli əməkdaşlığın qurulması” mövzusunda  məruzə ilə çıxış etmişdir. Müzakirələrdə “Azərbaycana Birgə Yardım” İB-nin koordinatoru Ülviyyə Mirzəyeva, valideynlərdən Zəhra Xələfova, Sahibə Şamxalova, Şüküufə Talıbova və başqaları çıxış edərək müzakirə edilən məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işləri və digər bacarıqları nümayiş olunmuşdur.

   Təşkilat haqqında 

Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın  əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. SHAİB 3 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formuna, 17 oktyabr 2012-ci ildə isə Əlil Təşkilatları İttifaqına üzv qəbul olunmuşdur.

Daha ətraflı: www.rsr.az, www.udpo.az                                   Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2285 dəfə oxunub




Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"