24 Noyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/12/2013 Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi


  “Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsini həyata keçirir. Layihənin ümumi məramı Ermənistanla həmsərhəd bölgədə yerləşən Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir. 6 ay müddətində həyata keçirilmiş layihə çərcivəsində  Qazax rayonunda Qazax Günərzi Qayğı Mərkəzi yaradılmış və  3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Həmin uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur. Günərzi qayğı mərkəzində məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılmış, onların qavrayış və fiziki inkişafı, sosial uyğunlaşması üçün müvafiq məşqələlər təşkil edilmiş, gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək üçün interaktiv dərslər keçirilmişdir. Qazax rayonu ərazisində yaşayan uşaqların dövlət uşaq müəssisəsinə düşməsinin qarşısının alınması üçün valideynlərlə söhbətlər aparılmış, müvafiq məsləhətlər verilmiş və onlaın problemlərinin həlli üçün dövlət orqanları ilə əlaqə yaradılmış, bununla da 29 uşağın internat evlərinə yerləşdirilməsinin qarşısı alınmışdır. 37 uşağın valideyni isə ailə vəziyyətləri cətin həyat şəraitində olduğu üçün uşaqlarının QGQM-nə götürülməsinə dair yazılı müraciət etmişlər. Layihə ilə əlaqədar Mərkəzə sosial xidmətə götürülmüş uşaqların valideyinləri, eləcə də həmin ərazidə yaşayan əhali üçün buklet hazırlanmış və həmin bukletə layihənin məqsədi, vəzifələri, layihə çərçivəsində görüləcək işlər barəsində, layihə üzrə fəaliyyəti əks etdirən fotoşəkillər və sosial xidmət qanunvericiliyinin ümumi müddəaları haqqında məlumatlar daxil edilmişdir.

  Layihənin icra planına uyğun olaraq 27  dekabr 2013-cü il tarixində saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində layihə çərçivəsində görülmüş işlərin hesabatına dair yekun dəyirmi masa keçirilmişdir.

  Tədbiri giriş sözü ilə layihənin meneceri, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova açaraq layihə haqqında məlumat vermişdir. Tədbirdə “Əlil Qadınlar” Cəmiyyətinin  hüquqşünası, hüquq elmləri  doktoru, professor  Mayis Əliyev çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin inkişaf prespiktivləri haqqında məlumat vermişdir. Müzakirələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin nümayəndəsi, QHT və KİV nümayəndələri, əlilliyi olan şəxslərin təşkilatları iştirak etmiş, rəy və təkliflər verilmişdir.

Daha ətraflı: www.udpo.az

 Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2497 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/11/2020- "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.

» 20/11/2020- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

» 19/11/2020- Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 19/11/2020- Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı

» 19/11/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.

» 17/11/2020- Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi

» 16/11/2020- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar

» 16/11/2020- İşğaldan azad edilmiş ərazilərimizdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

» 14/11/2020- Bu gün Ümumdünya Diabet Günüdür

» 14/11/2020- İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək

» 13/11/2020- Qubadlı sakinləri də kiçik ailə bizneslərini doğma yurdlarında genişləndirmək əzmindədir

» 12/11/2020- Təbrik edirik! https://az.wikipedia.org/wiki/Konstitusiya

» 12/11/2020- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/11/2020- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

» 11/11/2020- Əlil Təşkilatları İttifaqı Böyük qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

» 10/11/2020- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi.

» 9/11/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 9/11/2020- DÖVLƏT BAYRAQ GÜNÜMÜZ MÜBARƏK OLSUN!!!

» 9/11/2020- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri

» 9/11/2020- Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! https://video.azertag.az/site/video/106657