24 Noyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/12/2013 “Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq”


“Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq”
Yerləşdirilib: 24.12.13 | Baxılıb: 5
qhtxeber.az//  Azərbaycanda dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. 
 
Fondun sədri son dövrlər bu sahədə beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınmasının əsas amil kimi nəzərdən keçirilməli olduğunu önə çəkib. Onun sözlərinə görə, əmək pensiyalarının yığım hissəsi sığortaolunanların fərdi hesablarında real pensiya kapitalının toplanmasını, şəxsin pensiya yaşı tamam olana qədər bu vəsaitin idarə olunaraq artırılmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya təminatına yönəldilməsini ifadə edir. Bu baxımdan dövlət pensiya sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətinin təşkil olunmasının ölkənin investisiya, maliyyə və qiymətli kağızlar bazarında müxtəlif maliyyə alətlərinin tətbiqinin inkişafını, bu sahədə etibarlı nəzarət və gəlirə zəmanətlilik səviyyəsinin əldə edilməsini qabaqlamadan yerinə yetirilməsi vacib şərtdir: 
“Bundan əlavə, fərdi hesablara yığım vəsaitlərinin hansı qaydada toplanması məsələsi daim müzakirə mövzusudur. Məsələ bundadır ki, son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemlərdən tam və ya qismən imtina olunması  meylləri qeyd olunan komponentin məcburi deyil, könüllü sosial sığorta əsasında təşkilinin daha səmərəli olduğunu  təsdiqləyir. Digər tərəfdən, pensiya ödənişi göstəricilərinə uyğun olmayan aşağı sosial sığorta normativlərinin tətbiqi şəraitində həmin komponentin reallaşdırılması məqsədilə mövcud məcburi dövlət sosial sığorta normativindən hər hansı hissənin ayrılması sistem üçün əlavə büdcə kəsiri yaradır. Bu məqsədlə əlavə normativin tətbiqi isə əmək bazarının iştirakçılarının mənafeyinə uyğun gəlmir”.   
 
E.Mehdiyev hesab edir ki, qeyd olunan suallara aydınlıq gətirmədən sığortaolunanların fərdi yığım hesablarının formalaşdırılması, real yığım vəsaitlərinin idarə olunması və bu sistemdən əldə edilən gəlirlərin fərdi uçot əsasında pensiya təminatına yönəldilməsi mexanizminin qurulması çox risklidir: “Bu riskin yaratdığı təhlükələri biz Çili və digər Latın Amerikası ölkələri, eləcə də Polşa, Macarıstan və Rusiya, Qazaxıstan və başqa ölkələrin pensiya sistemlərində aydın müşahidə edə bilərik. Bütün bunlar ölkəmizdə məcburi sığortalanmaya əsaslanan real yığım komponentinin tətbiqində ehtiyatlı mövqe tutulmasının düzgünlüyünü bir daha təsdiqləyir. Amma bu da reallıqdır ki, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və bütün sahələrdə olduğu kimi sığorta-pensiya sistemində də alternativ mexanizmlərin formalaşdırılması qaçılmazdır. Buna görə müvafiq təkliflərin hazırlanmasında beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınması əsas amil kimi nəzərdən keçirilir”.  
 
DSMF sədri əlavə edib ki, göstərilənləri qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu fondların vəsaitlərinin formalaşdırılması və idarə olunması, vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsinin mexanizmlərinə də şamil etmək lazımdır: “Bütün bu amilləri nəzərə almaqla Dövlət Sosial Müdafiə Fondu Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsini işləyərək təqdim edib və layihə Avropa Komissiyası tərəfindən təsdiqlənib.  Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq”.
 
E. Mehdiyev onu da nəzərə çatdırıb ki, hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 34 üzv ölkəsindən 25 ölkədə bölüşdürücü-həmrəylik, 11 ölkədə məcburi yığım, 9 ölkədə könüllü yığım sistemləri (bəzən bir ölkədə bir neçə sistem paralel olmaqla) fəaliyyət göstərir. Ümumi pensiya ödənişlərində xüsusi çəkiyə gəldikdə isə 68 faiz bölüşdürücü-həmrəylik, 19 faiz  məcburi yığım, 13 faiz könüllü yığım sistemlərinin payına düşür. 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2187 dəfə oxunub




Flag Counter






» 21/11/2020- "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.

» 20/11/2020- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

» 19/11/2020- Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 19/11/2020- Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı

» 19/11/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.

» 17/11/2020- Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi

» 16/11/2020- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar

» 16/11/2020- İşğaldan azad edilmiş ərazilərimizdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

» 14/11/2020- Bu gün Ümumdünya Diabet Günüdür

» 14/11/2020- İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək

» 13/11/2020- Qubadlı sakinləri də kiçik ailə bizneslərini doğma yurdlarında genişləndirmək əzmindədir

» 12/11/2020- Təbrik edirik! https://az.wikipedia.org/wiki/Konstitusiya

» 12/11/2020- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/11/2020- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

» 11/11/2020- Əlil Təşkilatları İttifaqı Böyük qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

» 10/11/2020- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi.

» 9/11/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 9/11/2020- DÖVLƏT BAYRAQ GÜNÜMÜZ MÜBARƏK OLSUN!!!

» 9/11/2020- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri

» 9/11/2020- Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! https://video.azertag.az/site/video/106657