19 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/12/2012 Milli nternet Mükafatı - Milli Net 2012. Əlil Təşkilatları İttifaqının saytı (www.udpo.az) 3-cü yerə layiq görülüb və Diplomla təltif iounub.


Milli nternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçirilib. Əlil Təşkilatları İttifaqının saytı (www.udpo.az) 3-cü yerə layiq görülüb və Diplomla təltif iounub.

19 dekabr  tarixdə Hilton otelində Milli İnternet Mükafatı - Milli Net 2012  qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli Net  çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, 4 ay müddətində davam edən yarışmadan danışıb, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin uğurla başa çatdığını bildirib.  O, Müsabiqənin getdikcə təkmilləşdiyini və nüfuzunun genişləndiyini vurğulayıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell, Delta Telekom , SAZZ və İnfiPro şirkətlərinə minnətdarlığını bildirib.
Təqdimat mərasimində RİTN-nin şöbə müdiri İsfəndiyar Əliyev çıxış edərək Azərbaycan İnternetinin inkişafı istiqamətində Milli İnternet Mükafatının rolunu müsbət dəyərləndirib və   bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, ölkədə İnternetin və ümumiyyətlə İKT  sektorunun inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib .
Təqdimat mərasimində Azercell şirkətinin mətbuat qrupunun rəhbəri Anar Cahangirli çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. Yarışmanın ədalətli və obyektiv olmasına diqqəti yönəldib. İnternetin inkişafında maraqlı olduqlarını və gələcəkdə də bu istiqamətdə atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib. Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  əhəmiyyət  daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. Qaliblərə Milli Net-in əsas mükafatlarından və Diplomlardan əlavə, Azercell və SAZZ şirkətlərinin DATA Kartları və  İnfiPro şirkətinin iPAD –ləri təqdim olunub.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1483 dəfə oxunub




Flag Counter






» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.