17 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/11/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Şuranın dəstəyilə Şirvanda Dəyirmi masa keçirib


 
Şuranın dəstəyilə Şirvanda Dəyirmi masa keçirilib
 
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” layihəsini uğurla həyata keçirməkdədir.
Layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin yüksəldilməsindən ibarətdir.
 
Layihə çərçivəsində Şirvan şəhərində aidiyyəti dövlət orqanlarının rayon şöbələrinin, yerli icra nümayəndələrinin, bələdiyyələrin, əlilliyi olan şəxslərin, o cümlədən onların təmsil olunduğu və digər ictimai təşkilatların iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda Dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan layihənin hüquqşünas-eksperti, əmək və sosial təminat hüquqları üzrə tanınmış alim, BDU-nin professoru Mayis Əliyev vurğulayıb ki, layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, təbirin keçirilməsinə yaratdıqları şəraitə görə isə Şirvan Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Milli QHT Forumunun (MQF) Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzinə öz təşəkkürünü bildirib.
 
Daha sonra layihənin hüquqşünas-eksperti tərəfindən bu qəbildən olan insanların hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf prespektivləri, onların pozulmuş hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi məsələləri barədə hüquqi maarifləndirmə xarakterli məlumatlar verilib, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olmasının vacibliyi, aidiyyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının əhəmiyyəti vurğulanıb və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. 
 
Tədbirdə MQF-nın Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev, Çernobıl Əlilləri İttifaqı Şirvan şəhər şöbəsinin, Qarabağ Qaziləri Birliyinin Şirvan regional şöbəsinin, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin nümayəndələri və digər iştirakçılar mövzu ilə bağlı çıxışlar edərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından bu kimi tədbirlərin davamlı şəkildə, xüsusilə də regionlarda keçirilməsinə böyük ehtiyac olduğunu bildiriblər.
Tədbir iştirakçıları tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparılıb, azad, ədalətli və demokratik şəraitdə keçirilmiş növbəti prezident seçkilərində cənab İlham Əliyevin inamlı və parlaq qələbə qazanaraq yenidən ölkə Prezidenti seçilməsinin əhalinin aztəminatlı təbəqəsinin, o cümlədən əlilliyi olan insanların sosial müdafiəsi sahəsində aparılan uğurlu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib, həlli vacib olan bir sıra problemlərin aradan qaldırılması ilə bağlı səmərəli təkliflər irəli sürülüb.
 
Qeyd edək ki, birliyin adı çəkilən layihə çərçivəsində nəşr etdirdiyi əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi ilə bağlı ümumi xarakterli qısa məlumatları özündə əks etdirən buklet iştirakçılar arasında paylanılıb.
 
Onu da bildirək ki, layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən bukletin nəşr edilməsi, onların  hüquqları ilə bağlı Bakıda və daha 4 inzibati ərazi vahidində (Gəncə, Şirvan şəhərləri, Abşeron və Qazax rayonları) əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və müvafiq QHT üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi nəzərdə tutulub. 
 
Eyni zamanda, layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə, QHT üzvlərinə və digər insanlara hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət qurumlarında və məhkəmə orqanlarında müdafiə ediləcək. Bundan əlavə, əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazasının təhlil edilməsi və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramlarının nəzərdən keçirilməsi də qarşıya qoyulan vəzifələr sırasındadır. 
Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin Tövsiyələr baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim ediləcək.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1794 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"