26 Noyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/11/2013 Ümumdünya Diabet Günü Azərbaycanda


Hər il Azərbaycan Diabet Liqası (ADL) İctimai Birliyi (2000-ci ildən) Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda 14 noyabr tarixini -ÜDG-nü kimi xüsusi qeyd edir. Artıq son illərdi ki, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi ÜDG-nün təşəbbüskarı kimi çıxış edir. İctimaiyyət, dövlət və ictimai qurumlar, Azərbaycan Diabet Liqası bu tədbiri dəstəkləyir.

Bu il Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin təşəbbüsü ilə 14 noyabr tarixində Həkimləri Təkmilləşdirilmə İnstitutunda saat 11:00-da tədbir təşkil olunmuşdur. Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirələn tədbirdə Dünya diabet günü ilə əlaqədar  REM-in direktoru t.ü.f.d. R.Cabbarov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirilmə İnstitutunun direktoru t.ü.f.d. N.Qasımov, ADL-nın sədri Y.Sultanova, REM-in endokrinoloqu, ADL-nın sədr müavini S.Ağayeva çıxışlar etmişlər. Daha sonra 13-15 yaş qrup uşaqlara üçün hədiyyələr təqdim olunmuşdur. Tədbirə bir sıra farmokoloji firmalar sponsorluq edir. Onlar: Sanofi Aventis, Lilly, Takeda, Bayer, Wörwaq farm, Novo-Nordisk, Meda, Stevya, Sanovel, HBco ltd-dir.    ADL-nın müraciətinə görə bu il noyabrın 14-ü 60 nəfər diabetilin uşaq Park Bulvar AVM-də yerləşən Park Cinemada “Castin və cəngavərlərin şücaəti” cizgi filminə baxacaq.  Öz xəyallarının arxasınca gedən Castinin başına gələn maraqlı sərgüzəştlər uşaqlar üçün maraqlı olacaq. Cizgi filmindən sonra uşaqları “Yedoy” restoranının təqdim edəcəyi  ləzzətli təamlar gözləyir. Bu uşaqlar üçün ADL və REM hədiyyə paketi təqdim etmişdir.

ŞD xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün,  yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.                              

 BMT 20 dekabr 2006-cı il tarixli general assambleyasının 61/225 saylı qətnaməsində deyilir ki: ”Şəkərli diabet xroniki, üzücü, böyük xərclər tələb edən, ağır xroniki fəsadlarla müşayət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir.”   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2198 dəfə oxunub




Flag Counter






» 25/11/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

» 25/11/2020- QARABAĞ AZƏRBAYCANDIR!

» 2411/2020- Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün açıq havada idman-əyləncə sahəsi istifadəyə verilib

» 24/11/2020- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 24/11/2020- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”

» 24/11/2020- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

» 24/11/2020- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

» 24/11/2020- “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

» 23/11/2020- Prezident İlham Əliyev: Qaldırdığım bayraq. Eşq olsun!

» 21/11/2020- "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.

» 20/11/2020- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

» 19/11/2020- Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 19/11/2020- Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı

» 19/11/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.

» 17/11/2020- Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi

» 16/11/2020- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar

» 16/11/2020- İşğaldan azad edilmiş ərazilərimizdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

» 14/11/2020- Bu gün Ümumdünya Diabet Günüdür

» 14/11/2020- İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək

» 13/11/2020- Qubadlı sakinləri də kiçik ailə bizneslərini doğma yurdlarında genişləndirmək əzmindədir