17 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/10/2013 “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili”


PRESS RELİZ

Abşeron rayonu, Xıralan şəhəri                                                                                  26 oktyabr 2013-cü il

           

Məlumat verdiyimiz kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili”  adlı layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin (ƏOŞ) hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin artırılmasından ibarətdir.

Layihə çərcivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən braşuranın nəşr edilməsi, onların  hüquqları ilə bağlı Bakıda və daha 4 inzibati ərazi vahidində (Gəncə, Şirvan şəhərləri, Abşeron və Qazax rayonları) əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və ictimai şuralarda təmsil olunan QHT üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi nəzərdə tutulmuşdur. Layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə və ictimai şuralarda təmsil olunan QHT üzvlərinə və digər şəxslərə hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət və məhkəmə orqanlarında müdafiə ediləcəkdir. Əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazası təhlil ediləcək və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramları nəzərdən keçiriləcək.

Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin  Tövsiyələr müvafiq dövlət orqanlarına təqdim ediləcək. 

Fəaliyyət planına uyğun olaraq 26 oktyabr 2013-cü il tarixində Abşeron rayonu Xırdalan şəhərində aidiyyəti dövlət orqanlarının rayon şöbələrinin, yerli icra nümayəndələrinin, bələdiyyələrin, əlilliyi olan şəxslərin özlərinin, o cümlədən onların təmsil olunduğu ictimai təşkilatlarının iştirakı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Mahmudova rəhbərlik etdiyi ictimai təşkilatın məqsəd və vəzifələri, həyata keçirdiyi layihə haqqında məlumat vermişdir.

Tədbirdə layihənin hüquqşünas-eksperti, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov və digərləri çıxış edərək bu qəbildən olan insanların hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf prespektivləri, onların pozulmuş  hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi məsələləri barədə məlumat vermiş, aidiyəti dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının, bələdiyələrin və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulamışlar.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparılmış, azad, ədalətli və demokratik şəraitdə keçirilmiş növbəti prezident seçkilərində cənab İlham Əliyevin inamlı və parlaq qələbə qazanaraq yenidən ölkə Prezidenti seçilmisinin əhalinin, o cümlədən bu qəbildən olan insanların sosial müdafiəsi sahəində aparılan uğurlu siyasətin bundan sonra da davam etdiriləcəyinə möhkəm təminat olduğu qeyd edilmiş, həlli vacib olan bir sıra problemlərin aradan qaldırılması ilə bağlı səmərəli təkliflər irəli sürülmüşdür.

Təşkilatımızın adı çəkilən layihə çərçivəsində  nəşr edildiyi əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi ilə bağlı ümumi xarakterli qısa məlumatları özündə əks etdirən buklet iştirakçılar arasında paylanılmışdır.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2067 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”