15 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/10/2013 Azərbaycan Diabet Liqası (ADL) - “Qeyri-infeksion xroniki xəstəlikləri olan gənc insanların reablitasiyası üçün istirahət düşərgələrinin hazırlanması ilə bağlı tövsiyyələr” kitabının təqdimatı


                                        

“World Vision International”-Dünyaya Baxış Beynəlxalq Humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində Azərbaycan Diabet Liqası(ADL) uzun illər əldə edilən təcrübəni,  həyata keçirilən işin əhəmiyyətliliyini ictimaiyyətə təqdim etmək üçün Sizi 18 oktyabr, saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək “Əlilliyi olan uşaq və gənclər üçün istirahət düşərgələrinin təşkili” adlı tədbirə dəvət edir. Tədbir zamanı “Qeyri-infeksion xroniki xəstəlikləri olan gənc insanların reablitasiyası üçün istirahət düşərgələrinin hazırlanması ilə bağlı tövsiyyələr” kitabının da təqdimatı olacaq.

Qeyd edək ki, 2004-cü ildən qüvvəyə minən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı” haqqında Azərbaycan Respublikasının qanununda maddə 3-də, həmçinin dövlət proqramlarında şəkərli diabetlə xəstə olan şəxslərə sanator-reablitasiya yardımının təşkili haqqında deyilir: “Diabetli uşaq və gənclərin yay istirahətini təmin etmək üçün düşərgələrin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatlarla təmin edilməsi səlahiyyətli nazirliklərə həvalə edilsin”.

Azərbaycan Diabet Liqası(ADL) 2000-ci ildən xüsusi qayğıya ehtiyacı olan diabetli uşaqlar və gənclər üçün istirahət düşərgələri təşkil edən ilk ictimai birlikdir. ADL-nı bu fəaliyyətdə  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Endokrinoloji Mərkəzi hər zaman tibb işçiləri və tibbi ləvazimatları ilə təmin etmişdir. ADL 1999-cu və 2001-ci illərdə Türkiyə Diabet Fondunun və Turkiyə Uşaq və Yeniyetmələr Dərnəyinin dəvəti ilə təcrübə mübadiləsi üçün Türkiyədə yay kamplarının təşkilində iştirak etmişdir.  2007-ci ildə ABŞ-nın Ohaya ştatında Klivlend Diabet Assosasiyasının təşkil etdiyi daimi kampların təşkilində təcrübə toplamışdır.

ADL-in bu fəaliyyətini dəstəkləyən və maliyyə yardımı göstərən  dövlət strukturlarının, QHT-lərin və şirkətlərin nümayəndələri, xeyriyyəçi insanlar bu tədbirə dəvət olunublar. Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıqlarında problemləri olan uşaq və gənc insanlara xüsusi şəraitli düşərgələrin təşkilinin əhəmiyyətliliyini ictimaiyyətə çatdırmaq, həmçinin xüsusi düşərgələrin əlçatan olması üçün birgə tədbirlərin görülməsindən ibarətdir.

Istirahət düşərgələri hər bir uşaq və gənc insanın həyatında onun yaradıcılıq imkanlarını üzə çıxaran, inkişaf etdirən, təkmilləşdirən, yeni sosial münasibətlərin qurulmasını, fərdi maraq və tələbatlarını təmin edən bir dövrdür. Məhz uzun yay tətili dövründə düşərgələr məcburiyyətsiz, əyləncəli, ardı kəsilməyən pedaqoji təhsil prosesini davam etdirir. Hər bir uşaq və gənc insana istirahət düşərgələri vacibdir, lakin sağlamlığında problemi olanlar üçün bu hər zaman əlçatan olmur.  Onların cəmiyyətə inteqrasiyası üçün bu düşərgələrin böyük əhəmiyyəti var.

Bu gün hər bir şəkərli diabeti və istənilən xroniki xəstəliyi olan gənc insanın reablitasiyasına xərclənən vəsait, onda gələcəkdə yarana biləcək ağır xroniki fəsadlara, əlilliyə sərf edilən maddi və mənəvi vəsaitlərdən sosial-iqtisadi  baxımdan dəfələrlə sərfəlidir.  Onların sağlam  gələcəyi naminə Biz bu gün birləşərək əlimizdən gələni etməliyik!

Mövcud məsələnin mühümlüyünü və Sizin bu məsələdə yaxın  dəstəyinizin vacibliyini  başa düşərək bu tədbirdə iştirakınıza güvənirik.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2482 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”