19 Fevral 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/10/2013 Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub


Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub

 

Oktyabrın 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub.

 

Lent.az-ın AzərTas-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qurumun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak edib.

 

Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır.

 

Tikinti işləri blok şəklində dəmir-beton konstruksiya əsasında aparılıb. Fasad isə göbələyin təbii formasına oxşar şəkildə şüşə pəncərələrlə bəzədilib. Fasadda örtük materialı olaraq qəliblərdə hazırlanan müasir  poliestr materialından istifadə edilib. 


Fondun prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, binanın interyerinin rəngarəngliyi onun dinamik aurasını daha da zənginləşdirir. Burada Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən fotostend yaradılıb.


Mehriban Əliyevaya məlumat verilib ki, yeməkxanada daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait vardır. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcək.

 

Kompüter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub.

 

Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin idman zalı, üzgüçülük hovuzuna da baxıblar. Məlumat verilib ki, hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Ən müasir texniki avadanlıqla təchiz olunan kino və teatr zalları da daun sindromlu xəstələrin istifadəsinə verilib.


Bildirilib ki, Mərkəz daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.
 

Mərkəzlə tanışlıqdan sonra Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı tamaşaya baxıblar.


Qeyd olundu ki, Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3163 dəfə oxunub




Flag Counter






» 17/2/2020- Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı

» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.