28 May 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/9/2013 Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir


Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir

  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova aidiyyəti dövlət orqanlarının, əlilliyi olan şəxslərin təmsil olunduğu və digər qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə iştirakı ilə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirin məqsədi əlilliyi olan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında, ölkəmizin tərəfdar çıxdığı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında, habelə digər beynəlxalq və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarının təmini vəziyyətini müzakirə etməklə cəmiyyətin diqqətini bu qəbildən olan insanların problemlərinin həllinə cəlb etməkdən ibarət olmuşdur.

 Ombudsman tədbiri açaraq insan hüquqlarının ayrılmaz tərkib hissəsini təşkil edən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində dövlət qurumları, QHT, vətəndaş cəmiyyəti ilə birgə  fəaliyyət göstərdiyini, əlillərin problemlərinin diqqət mərkəzində saxladığını bildirmişdir. O, bu qəbildən olan şəxslər də daxil olmaqla sosial vəziyyətindən asılı olmayaraq bütün kateqoriyadan olan insanlara bərabər hüquqlar və imkanlar verilməsinin, ayrı-seçkiliyə yol verməmək prinsipinin zəruriliyini, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməlinin vacibliyini vurğulamışdır.

 

Müvəkkil BMT-nin Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və onun fakültativ Protokolunun ratifikasiyası ilə bağlı təklif irəli sürdüyünü, nəticədə ölkəmizin 2008-ci ildə adı çəkilən müqaviləyə qoşulduğunu söyləmişdir. O, BMT-nin sözü gedən Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının da həyata keçirilməsinin Ombudsmana həvalə olunduğunu və bu istiqamətdə zəruri tədbirlərin görüldüyünü vurğulamışdır.

Tədbirdə çıxış edən Müvəkkilin əlillərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov ölkəmizdə müvafiq milli qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və Müvəkkilin bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat vermişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri İsgəndər Mustafayev, Ədliyyə Nazirliyinin baş məsləhətçisi İsmayıl Məmmədov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Fərid Qurbanzadə, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Maral Salmanova, Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi Vüqar Baxışov, Daxili İşlər Nazirliyinin baş inspektoru Hikmət Quliyev, Xarici İşlər Nazirliyinin ikinci katibi Şəfa Qasımova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin böyük məsləhətçisi Ruslan Əkbərov çıxış edərək təmsil etdikləri dövlət qurumlarının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyətləri barədə məlumat vermişlər.

 

Tədbirdə əlilliyi olan şəxsləri təmsil edən qeyri-hökumət təşkilatları adından çıxış edən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri Yeganə Sultanva, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova, “Autizm” Defektoloji və Psixoloji Yardim Mərkəzinin sədri Çiçək Məmmədli, “Zaur” Əlillərin Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Zaur Seyidzadə, “Umman” Əlil Uşaqlara Qayğı İctimai Birliyinin sədri Şükufə Məmmədova isə öz çıxışlarında əlilliyi olan şəxslər üçün bərabər hüquq və imkanların yaradılması ilə bağlı təkliflərini və tövsiyələrini bildirmişlər.

 

Ombudsman tədbirdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində nəzarətin gücləndirilməsi, əlilliyi olan şəxslərin təmsil olunduğu QHT-ləri də cəlb etməklə birgə monitorinqlərin keçirilməsi, şəbəkə şəklində fəaliyyət göstərilməsi, Müvəkkilin təklifləri nəzərə alınmaqla hazırlanmış və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş yeni Dövlət Proqramının təsdiqi prosesinin sürətləndirilməsi, bu qəbildən olan insanların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarının ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun daha da təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, aidiyyəti dövlət orqanları və əlil təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, bələdiyyələrin və icmaların imkanlarının cəlb edilməsi, əlilliyi olan şəxslərin fiziki, sosial, psixoloji, mənəvi reabilitasiyası və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması, KİV-lərdə əlillik problemləri, xüsusən də əlilliyin dərki, “autizm” və “daun” sindromları, hemofiliya, talassemiya və digər irsi qan xəstəlikləri, İİV/QİÇS, hepatitlər və s barədə maarifləndirmə xarakterli məlumatlara geniş yer verilməsi, sosial işçilərin hazırlanması, həmçinin bu sahədə maarifləndirmə işinin genişləndirilməsi, əlilliyi olan insanlarla işləyən digər təşkilatların əməkdaşları üçün treninq-seminarların keçirilməsi, xüsusi hüquqi nəşrlərin hazırlanması və digər təkliflərlə çıxış etmişdir.

Müvəkkilin və tədbir iştirakçılarının səsləndirdikləri təkliflər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

 

Tədbir canlı diskussiya və fikir mübadiləsi şəraitində başa çatmışdır.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1656 dəfə oxunub




Flag Counter






» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

» 16/4/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.