20 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/9/2013 “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti”


“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihənin icrasına başladı

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin ayırdığı vəsait çərçivəsində “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti”  adlı layihəsini həyata keçirməyə başlayıb.

Layihənin əsas  məqsədi eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlara  surdaloji xidmət mərkəzi yaradılmaqla həmin uşaqların informasiya almaq hüquqlarının təmin edilməsi ilə bağlı sosial reabilitasiya xidmətlərinin göstərilməsi, təhsildən yayınmış  və oxuyub -  yazmağı bacarmayan eşitmə və nitq qabiliyyəti zəif olan uşaqları, eləcə də bu kateqoriyadan olan digər şəxslərin yazıb – oxumaq və jest dilində danışmaq bacarıqlarnı inkişaf etdirmək, surda-tərcüməçi ixtisasının inkişaf etdirilməsi və genişləndirilməsi üçün  təlimlərin təşkili, eşitmə və nitq qabiliyyəti zəif olan uşaqların ailələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Lahiyə nəticəsində eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqların  sosial reabilitasiyasına dair yeni qanunvericiliyin tətbiqi zamanı meydana çıxan problemlərin araşdırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi nəzərdə tutulur.

          Layihə çərcivəsində  aşağıdakı işlər həyata keçiriləcək: eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlardan sosial reabilitasiyaya daha çox ehtiyacı olanlarını  müəyyənləşdirmək;  sağlamlıq imkanları məhdud uşağa (eşitmə və nitq qabiliyyəti zəif  olanlara)  surdaloji xidmətlərin (surdo-tərcümələrin edilməsi, təhsildən yayınan bu tipli uşaqlara yazmaq və oxumaq vərdişlərinin formalaşdırılması, informasiya xarakterli proqramlarının jestlər vasitəsilə tərcüməsinin təşkil edilməsi, həmin uşaqların valideynlərində jestlərlə danışmaq bacarıqlarının inkişaf etdirilməsi, surdo-tərcüməçi kadrların hazırlanması üçün təlimlərin təşkili, dövlət orqanlarında və digər qurumlarda təmsilçiliyin edilməsi və s. ) və sosial reabilitasiya xidmətlərinin göstərilməsi; hədəf qrupuna daxil olan SİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyası üzrə məşğələlər keçirmək və onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etmək ;surdo-tərcüməçi ixtisası üzrə peşə hazılğı ilə bağlı kurslar təşkil etmək; jest dilinin dövlət tərəfindən tanınması üçün təkliflərin hazırlanması və jest dili kitabının nəşri; eşitmə və nitq qabiliyyəti zəif olan uşaqların valideynlərinə sosial - hüquqi xidmətin göstərilməsi və onlarla jest dilinin inkişafı üzrə treninqlərin təşkili və uşaqlarının gələcək peşə hazırlıqları ilə bağlı məlumatlılığının artırılması.     Layihə 6 ay müddətində 9 işçi heyəti tərəfindən həyata keçiriləcəkdir

 

Təşkilat haqqında

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdı. Təşkilatın  əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. SHAİB QHT 3 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası milli Qeyri Hökümət Təşkilatları Formuna, 17 oktyabr 2012-ci ildə isə Əlil Təşkilatları İttifaqına üzv qəbul olunmuşdur.

Daha ətraflı: www.udpo.az

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3075 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"