22 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
31/7/2013 “Müdafiə Nazirliyinin Bakı və regionlarındakı hərbi hissələrin arxivlərində müharibə iştirakçılarının veteran və əlillik statusunun alınmasında yaranmış problemlərinin həllinə dəstək” layi­hə­si


 

 

Bakı şəhəri:                                                                                                  “ 31” iyul  2013-cü il  

 

RESS - RELİZ № 5

               “Qarabağ əlilləri və veteranları cəmiyyəti” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 4 ay müddətinə,01 aprel–01 avqust 2013-cü il tarıxə kimi “Müdafiə Nazirliyinin Bakı və regionlarındakı hərbi hissələrin arxivlərində müharibə iştirakçılarının veteran və əlillik statusunun alınmasında  yaranmış  problemlərinin həllinə dəstək” layi­hə­sini həyata keçirdi.

Həyata keçirilən layihənin yekunu olaraq 31 iyul 2013-cü il tarıxə, müharibə və hərb yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və veteranların iştirakı ilə tədbir keçirildi.

“Qarabağ əlilləri və veteranları cəmiyyəti” İctimai Birliyinin sədri və layihənin direktoru Növrəstə Yusifova həyata keçirilən layihənin məqsədi və layihədə qaldırılmış problemlər haqqında şıxış edərək bildirdi ki,   həyata keçirilən layihənin başlıca məqsədi, qanuna müvafiq olaraq “müharibə veteranı” adı və vəsiqəsini ala bilməyən döyüşçü və müharibədə iştirak edən hərbi qulluqçuların  Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon şöbələrinin (Hərbi Komisarlıqlar) rəhbərləri ilə yüksək səviyyədə qarşılıqlı görüş və müraciətlərin nəticəsində onların regionlarda hüquqlarının, yaranmış problemlərinin aradan qaldırılmasına kömək göstərməkdir.

Növrəstə Yusifova çıxışında qeyd etdiki, İctimai Birliyə  daxil olmuş ərizə - şikayətlər əsasında bu qəbildən xüsusi qayğıya ehtiyacı olan vətən övladlarının səhhətləri və maddi imkansızlıqları ucbatından Qarabağ torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında döyüşmüş və neçə illərdir ki, müxtəlif səbəblərdən yaranmış problemlərinin necə həll edəcəklərini bilmmələridir.  Təşkilatımız layihə çərçivəsində, regionlarda layihənin 1-ci mərhələsi olaraq 20 iyul 2013-cü il tarixində Gəncə şəhərində tədbir kecirildi. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çagiriş üzrə şəhər şöbəsinin nümayəndələri ilə yanaşı Qarabag müharibəsi əlil və veteranları, həmçinin döyüşlərdə iştirak etməklərinə baxmayaraq veteran statusu ala bilməyən keçmiş döyuşçülər iştirak etdilər.Döyuşçülər öz çixişlarında bildirdilər ki, döyüş bölgələrində iştirakları  barədə müəyyən sənədlər ( hərbi biletdə iştirakı və yaralanması barədə möhür, hərbi hissələrdən çıxarışlar, ezamiyyə vərəqələri və s.) olmasina baxmayaraq indiyə qədər veteran statusu ala bilmirlər. Azərbaycan Respublikası qanunvericiliyində bununla əlaqədar nəzərdə tutulmuş qərarlara baxmayaraq şikayət və sorgulara aidiyyəti qürumlar üzrə heç bir cavab verilmir, məmur özbaşinalıgı hökm sürür.

 

 

Layihənin 2-ci mərhələsi olaraq 27 iyul 2013-cü il tarixində Bərdə rayonunda tədbir keçirildi. Həmən tədbirdə də Bərdə rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çagırış Xidmətinin məsul şəxsləri, müharibə əlil və veteranları, həmçinin Bərdə batalyonu tərkibində döyüşlərdə iştirak etmiş, lakin veteran statusu ala bilməyən döyüşçülər iştirak etdilər. Çıxışlarda əsasən Müdafiə Nazirliyinin arxiv sorgu idarəsindən şikayətlər olundu.Faktiki olaraq döyüşlərdə iştirakları barədə müəyyən sənədlər olmasına baxmayaraq, arxiv sorgulara cavab vermir və ya araşdırılmamış,qeyri-dəqiq cavablar verir.

 Gəncə şəhər və Bərdə rayonunda keçirilən tədbirlərin nəticəsi olaraq bildiririk ki, görüşlər yüksək səviyyədə keçdi. Yuxarıda qeyd olunan məsələlərlə baglı hüquqi məsləhətlər verildi.Şikayətlərə davamlı olaraq baxılması üçün ərizə və təkliflər qeydə alındı.  Bu barədə müvafiq orqanlar qarşısında  məsələ qaldirmaq barəsində qərar verildi. Həmçinin maarifləndirmə məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunmuş “Müdafiə Nazirliyinin Bakı və regionlardakı hərbi hissələrin arxivlərində müharibə iştirakçilarının veteran və əlillik statusunun alınmasında yaranmış problemlərinin həllinə dəstək” kitabçasi müzakirə olundu və sonda tədbir iştirakçılarına pulsuz olaraq paylandı.

Tədbirdə iştirak edən müharibə və hərb yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərlərndən, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Mina Qurbanlarınln sosial İnkişaf Rifahının Hüquqları İctimai Birliyinin sədri Məmməd Həsənov, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Orucov, Azərbaycan Respublikası Milli Qəhramanlarının Gənclərə Təbliği İctimai Birliyinin sədri Məcid Məmmədov və müharibə beteranları çıxış edərək “Qarabağ əlilləri və veteranları cəmiyyəti” İctimai Birliyinin həyata keçirtdiyi “Müdafiə Nazirliyinin Bakı və regionlarındakı hərbi hissələrin arxivlərində müharibə iştirakçılarının veteran və əlillik statusunun alınmasında  yaranmış  problemlərinin həllinə dəstək” layi­hə­si çərçivəsində gördüyü işləri müsbət qiymətləndirdilər.

       Tədbirin sonunda təklif olundu ki, layihə çox aktual məsələ olduğu üçün Respublikanın digər regionlarında da həyata keçirilsin.

       Tədbir iştirakçıları ümüd etdilər ki, həyata keçirlən bu layihə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müharibə iştirakçılarına, əlillərinə, veteranlarına, hərbi qulluqçulara şamil edilmiş müəyyən güzəşt və imtiyazlarını həyata keçirərək, onların sosial-hüquqi problemlərinin həllinə dəstək olmaqla, gənclərin  hərbi vətənpərvərlik ruhda tərbiyə olunması istiqamətində öz töhfəsini verəcəkdir.

 

              “Qarabağ əlilləri və veteranları cəmiyyəti”

                     İctimai Birliyinin Mətbuat xidməti.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4554 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində