28 May 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/7/2013 Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­si


Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, həyata keçirilən, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sinnə dəsdək olaraq, 17 iyul 2013-cü il tarixində, Azərbay­can Respub­likası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu ilə birgə “İKT ili” çərçivəsində müharibə və hərb yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri üçün “Elektron Hökumət həlləri- elektron xidmətlərə çıxış” mövzusunda marifləndirmə təlim seminarı keçirildi.

       Layihənin drektoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçirilən layihənin məqsədi və layihədə qaldırılmış problemlər haqqında şıxış edərək bildirdi ki,   həyata keçirilən layihənin əsas məqsədi, müharibə əlillərinin və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin Dövlət Proqramının prio­ritet­lərini əhatə edən, Azərbaycan Dövlət Qurumlarının Elektron idarəetmə məlumat bazaları və bölmələrinin onlayın kargüzarlıq xidmətlərindən faydalanmalarına dəstək verərək, Azərbay­can Respub­likası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Elektron-imza”, Səhiyyə Nazirliyinin “Səhiyyə-sağlamlıq”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial-sığorta” və Dövlət Sosial Müdafiəsi Fondunun “Sosial-kart”, “Visa Elektron” bank kartlarından istifadə etmələri üçün maarifləndirmə işləri aparmaq və onların bu sahədə yaranmış problemlərin həllinə köməklik göstərməkdir.  

        Sərraf Oruc qeyd edərək bildirdiki, aztəminatlı ailələrin və digər xususi qayğıya ehtiyacı olan (Müharibə veteranı, Şəhid ailələri, Çernobl əlilləri, Gözdən əlillər, Ümumi kateqoriyalı əlillər və xususi qayğıya ehtiyacı olan) vətəndaşların 60 fayizi hələdə, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyi “E-imza”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial-sığorta”, “Sosial-kart” və Səhiyyə Nazirliyi tərəfindən “Səhiyyə-sağlamlıq” elektron kartları ilə təmin olunmamışlar. Bu səbəbdəndə, əhalinin əksəriyyəti hələdə, Respublika ərazisini əhatə edən Elektron imza qeydiyyat Mərkəzlərinə müraciət etməklə, elektron imza sertifikatı almaqda və Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəsmi saytlarında yaradılmış elektron idarəetmə və məlumat bazasına daxil olaraq evlərindən birbaşa müraciət edərək elektron formada ərizə və şikayətlərini göndərərək onlayn kargüzarlıq xidmətlərindən istifadə edə bilmirlər. Buna görədə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 mart 2013-cü il tarixində imzaladığı Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair təsdiq edilmiş tədbirlər planına və həmçinin Müharibə veteranlarının, Şəhid ailələrinin, əlillərin və xususi qayğıya ehtiyacı olan vətəndaşların Mərkəzi İcra Hakimiyyəti orqanlarının, Elektron İnformassiya Xidmət Mərkəzlərinin elektron idarəetmə və məlumat bazalarının onlayn kargüzarlıq xidmətlərindən faydalanmalarına köməklik göstərmək məqsədi ilə, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sini həyata keçirir.  

         Azərbay­can Respub­likası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifiqat Xidmətləri Mərkəzinin Müdiri Arif  Mailov «Elektron Azərbaycan» Dövlət Proqramının prioritetlərini əhatə edən  Azərbaycan Dövlət Qurumları və  Məlumat Hesablama Mərkəzi , Milli Sertifikat Xidmətləri Mərkəzinin AÇIQ AÇAR İNFRASTRUKTURU,  Elektron imza ( www.e-imza.az) layihəsinin həyata keçirilməsinin əsas istiqamətləri haqqında təlim  iştirakçılarına ətaflı  məluman verdi.  

         Azərbay­can Respub­likası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət informasiya Ehtiyatları və Fərdi Məlumatın Dövlət Reyistiri Şöbəsinin rəyis müavini Qadir Seyidov  Elektron hökumət (e-hökumət ) və Elektron dövlət  (e-dövlət) İTK-dən istifadə etməklə dövlət fəaliyyətinin aspektlərinin  həyata keçirəməsi haqqında ətraflı məlumat verdi.

Sonra Azərbay­can Respub­likası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifiqat Xidmətləri Mərkəzinin və Dövlət informasiya Ehtiyatları və Fərdi Məlumatın Dövlət Reyistiri Şöbəsinin rabitə texnologiyalar üzrə mütəxəsisləri Ruslan Mürsəlov və Rəşid Səmədov təlim iştirakçılarına  Elektron Hökumət Mərkəzi, Hakimiyyət Orqanları  Mərkəzi, Qeydiyyat mərkəzləri, Korporativ mərkəzlər, Elektron hökumətin əsas fəaliyyət prinsipləri, Elektron hökumətin əhəmiyyəti, Ümumi quruluşu, İnfoportal İstifadəçilər, E-İmza sisteminin dayanlıqlığı, Elektron imza  ( www.e-imza.az )  Elektron imza nədir? Elektron imzayılıcı  proqramı və onun üstünlükləri,  Elektron imzadan istifadə  qaydaları,  Elektron –imzanın sahələri, E-İmzanin səhiyyədə, bankçılıqda, Biznesdə və  iqtisadiyyatda tətbiqi  və Mobil İD haqqında ətraflı praktiki izahlı məlimat verdilər.

     Təlimdə iştirak edən iştirakçılara, Azərbay­can Respub­likası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən pulsuz E-imza kartları və E-imza kartlarının istifadə aparatları təqdim edildi.

        Azərbaycan Respublikası Müharibə Veteranlar Şurasının Müharibə və Silahlı Qüvvələr  Veteranlar Bölməsinin sədri ehtiyatda olan polkovnik Rasim Muxtarov, Bakı şəhər Müharibə Əmək, Silahlı Qüvvələr  və Hüquq Mühavizə Orqanlarının Veteranlar Şurasının sədri ehtiyatda olan polkovnik Azad Əsədov, Müharibə Veteranları Beynəlmiləlçi Hərbiçilər Birliyinin sədri Əzizağa Qəni-zadə, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sədrin 1-ci müavini Əbülfət Hüseynov, Azərbaycan Respublikası Milli Qəhramanlarının Gənclərə Təbliği İctimai Birliyinin sədri Məcid Məmmədov və Tərxis olunmuş Hərbiçilərin və Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sinə dəstək verib, Müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğını artırmaq məqsədilə, “İKT ili” çərçivəsində müharibə və hərb yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri üçün “Elektron Hökumət həlləri - elektron xidmətlərə çıxış” mövzusunda marifləndirmə təlim seminarını təşkil etdiyinə görə Azərbay­can Respub­likası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və adı çəkilən Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifiqat Xidmətləri Mərkəzinin, Dövlət informasiya Ehtiyatları və Fərdi Məlumatın Dövlət Reyistiri şöbəsinin rəhbərlərinə  və həmçinin bütün əməkdaşlarına təşəkürlərini bildirdilər.

 

 

                             Azərbaycan Respublikası

               «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun

                                 Mətbuat Xidməti    

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3048 dəfə oxunub




Flag Counter






» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

» 16/4/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.

» 14/4/2020- Sosial xidmət işçilərinin əməkhaqlarına əlavə müəyyən edildi