16 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/5/2013 Bakının Dənizkənarı Milli Parkı daha bir beynəlxalq tədbirə - əlil arabasında idman rəqsləri üzrə beynəlxalq festivala şahildlik etdi.


Bakının Dənizkənarı Milli Parkı daha bir beynəlxalq tədbirə - əlil arabasında idman rəqsləri üzrə beynəlxalq festivala şahildlik etdi.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalda Azərbaycan da daxil olmaqla 10-dan çox ölkənin dünya və Avropa çempionları olan peşəkar rəqqaslar və rəqs ustaları bir-birindən maraqlı göstərilərlə çıxışlar etdilər. Çıxışlara Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən estrada ulduzları da öz töhvələrini qatdılar. Festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Paralimpiya Komitəsi, İnkişaf Naminə İdman İctimai Birliyi, Qafqaz Baku City Hotel & Residences, Pasha Travel, AİK və Mi Verim v Tebya təşkilatlarının dəstəyi ilə baş tutdu.

Festivalın digər yaddaqalan məqamı Türkiyənin də ilk dəfə bu festivalda iştirak etməsi oldu. Azərbaycan Çanakkale Dərnəyinin sponsorluğu və təşkilati dəstəyi ilə tədbirdə çıxış edən Hakan Şahin və Güzin Lüləci belə bir festivalın Türkiyədə də keçirilməsini çox arzu etdiklərini söylədilər. Hakan Güzin Bakıda qarşılaşdığı insanların çox qonaqpərvər, sevgi dolu olduğunu və burada çox gözəl qızların yaşadığını söylədi. "Bakı çok güzel, pilanlı bir şehir, yolları çok geniş, otopark sorunu yok". Azərbaycan-Çanakkale Dərnəyinin sədri Sədaqət Akyol fesvtivalda iştirakın iki ölkə arasında münasibətlərin gələcək inkişafına töhvəsindən danışdı. Sədaqət Akyol Azərbaycan-Çanakkale dərnəyinin Azərbaycandakı qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq qurmasını arzuladığını, Azərbaycan tarixi, mədəniyyəti və mətbəxini təbliğ etmək üçün ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu vurğuladı. 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2316 dəfə oxunub




Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"