20 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/2/2013 39 yaşlı Pərviz Heydərovu çoxları yalnız mətbuatda gedən imzasından tanıyır.


  •  
  •  
  • http://assets.pinterest.com/images/PinExt.png

Şriftin ölçüsünü dəyiş

Ülkər Akifqızı

02.12.2011

c O, nə dost-tanışla görüşə çıxa, nə də yazılarını qəzet redaksiyasında yaza bilir. Deyir, heç ayaq üstə durub gəzdiyi günləri xatırlamır da. Bir yaşından sonra tədricən gəzməkdən məhrum olub, valideynləri müalicə üçün onu xarici ölkələrə aparsa da, xeyri olmayıb, Pərviz Heydərov ömürlük əlil arabasına məhkum olub. Amma ayaq üstə dura bilməsə də, arzularının ardınca getməyi bacarıb. Əlil uşaqlar üçün evdə təhsili həyata keçirən 219 saylı orta məktəbi uğurla bitirib:
 
«O vaxt sovetlər dönəmində qanunvericilikdə elə bir şey yox idi ki, kimsə evdə ali təhsil alsın. Amma mən təhsilimi davam etdirməkdə həvəsli idim. Təhsil Nazirliyinə məktub yazdım ki, şərait yaratsın, məndən evdə imtahan götürsünlər, biliyimi qiymətləndirsinlər və mən qiyabi təhsil ala bilim. Nazirlik razılıq verdi, 3 dəfə evə gəlib məndən imtahan götürdülər, hər 3 imtahandan 4 aldım. O vaxtkı Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsinə daxil oldum. Bu institutun tarixində nə mənə kimi, nə də bildiyimə görə, məndən sonra mənim kimi tələbə olmayıb».
 
«VALİDEYNLƏRİMƏ MİNNƏTDARAM»
 
Pərviz Heydərovun arzuları bununla da tükənmir. Təhsil aldığı ali məktəbin qapısını belə tanımayan, yalnız ev şəraitində dərs alan Pərviz tələbə adını qazanar-qazanmaz işləmək sevdasına düşür. Savadına görə müəllimləri arasında qazandığı hörmət bu dəfə də işinə yarıyır və onu İqtisadiyyat Nazirliyi nəzdində Elmi Tədqiqat İnstitutuna işə götürürlər. Artıq 17 ildir ki, həmsöhbətim evdə fəaliyyət göstərməklə həm bu institutda çalışır, həm də bir neçə mətbuat orqanında iqtisadi məqalələrlə çap olunur. Deyir, kənardan mənəvi dəstəyin olması kifayətdir ki, əlil də bu cəmiyyətdə özünə layiqli yeri tapsın:
 
«Hər şey mühitdən asılıdır. Mən bu məsələdə valideynlərimə minnətdaram ki, məndən oxumağı tələb ediblər. Hətta o vaxt uzaq qohumlar anamı qınayırdılar ki, gəzə bilməyən uşaqdan nə istəyirsiz, niyə ona əziyyət verirsiz? Anam isə mənə deyirdi ki, «mən ali təhsilliyəm, amma sənə görə evdə oturmalı olmuşam, müəllimlərinə hər gün qapı açıram, sən də oxumalısan». Müəllimlərim də çox tələbkar idi, əlil olduğuma görə mənə güzəştə getmirdilər. Nə uğur əldə etmişəmsə, onlara minnətdaram».
 
«AMERİKADA DOĞULSAYDIM...»
 
Amma Pərviz yaşadığı cəmiyyətdə əlillərə münasibətdən gileylidir, xüsusən də Birləşmiş Ştatlara 10 günlük səfərindən sonra:
 

Pərviz HeydərovPərviz Heydərov

​​«Amerikada doğulsaydım, indi konqresdə oturmuşdum. Orada bizim kimilərə geniş imkanlar verilir. Burada bir gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısından keçirdim, polis arabamı sürənə dedi ki, «bir az aralıdan sür, bura rəsmi binadır». Vaşinqton meriyasında isə əlil arabası üçün xüsusi yer var idi. Merin köməkçisi ilə görüşəndə soruşdum ki, «axı bura restoran, kinoteart deyil, nə ehtiyac var ki, əlil arabası üçün yer qoymusuz?». O mənə dedi ki, «burada sənin kimi iki nəfər işləyir». Dəhşətə gəldim».
 
«MƏN RUHƏN ÖZÜMƏ UYĞUN OLMAYAN İNSANAM»
 

Bununla belə həmsöhbətim yaxın gələcəyə ümidlə baxır, deyir, 10-15 il əvvəllə müqayisədə əlillərə qarşı münasibətdə xeyli müsbət dəyişikliklərin şahidi olub:
 
«Arada bulvara gəzməyə çıxıram. 10-15 il əvvəl, əlil arabam harasa ilişəndə arabamı sürən xalam oğlu köməyə adam çağırırdı. Kimsə buna görə hirslənirdi. İndi isə köməyə kimisə çağırmağa ehtiyac yoxdur. Dərhal cavan qızlar, hətta yanlarında nişanlıları olan qızlar da yaxınlaşıb kömək etmək istəyirlər».
 
Pərviz Heydərov deyir ki, cəmiyyətin əlillərə münasibəti kimi, əlillərin də özlərinə verdiyi qiymətdə irəliləyiş olmalıdır. Kimsə əlil arabasına məhkumdur deyə özünü arzularını, istəklərini reallaşdırmaqdan məhrum etməməlidir. Elə onun özü kimi:
 
«Mən ruhən özümə uyğun olmayan insanam. Elə arzularım, istəklərim, maraqlarım var ki, o heç gəzən adamda yoxdur. Pulu çox sevirəm, fiziki gücüm olsaydı, daha çox qazanmaq həvəsində olardım. Mən iş tapa bilməyən cavanları da başa düşə bilmirəm, savadın, bacarığın varsa, sənin üçün hər yerdə iş tapılar».

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1836 dəfə oxunub




Flag Counter






» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.