09 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
QHT hesabat verdi, yeni fəaliyyət planından daışdı + - Çap Yerləşdirilib: 04.02.13 | Baxılıb: 65


 

qhtxeber.az// Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iclasda 2012-ci ildə görülmüş işlərə dair hesabat verib. O cümlədən qeyd olunub ki, il ərzində 3 layihənin icrasına başlanılıb. Onlardan biri uğurla başa çatıb, iki layihə üzrə fəaliyyətlər davam etdirilir.
Bərabər hüquq və imkanların təmin olunması fəaliyyətlərinin davam etdirilməsi, BMT-nin “Əlilliyi olan şəxsləri hüquqları haqqında” Konvensiyasından irəli gələn məsələlər, o cümlədən Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının 5 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi, əlilliyin vəziyyətinə dair hesabatın hazırlanması, “Əlillər fondunun” yaradılması təşəbbüsü, müxtəlif nominasiyalar üzrə “Əlillərin dostu” açıq müsabiqəsinin təşkili, keçirilməsi Əlil Təşkilatları İttifaqının 2013-cü il üçün əsas fəaliyyət istiqamətləri, prioritetlər kimi qəbul olunub.

İttifaqın Respublikanın 7 bölgəsi üzrə nümayəndəlikləri təsdiq olunub. Sumqayıt üzrə “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəziinin rəhbəri Zeynəb Hacıyeva, Gəncə regionu üzrə “Əlil Qadınlar” Cəmiyyətinin Gəncə bölgə şöbəsinin sədri Elmira İsmayılova, Ağsu rayonu üzrə “Gülsam” əlillərin reabilitasiya mərkəzi ictimai birliyinin sədri Gülnarə Səlimova, Salyan üzrə “Azərbaycan Diabet Liqası”nın Salyan rayon nümayəndəliyinin sədri Yaqub İsmayılov, Şəki rayonu üzrə “Şəki Əlillərə Qayğı” İctimai Birliyinin sədri Güləndam Alxasova, Qəbələ rayonu üzrə “Əlillərə Dəstək” İctimai Birliyinin sədri Yaşar Hümbətov, Qazax rayonu üzrə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətinin Qazax şöbəsinin sədri Ayət Hüseynov seçiliblər.

“Autizm” Deffektoloji və psixoloji yardım mərkəzi və “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəzi İttifaqa üzv seçiliblər. Hazırda 31 təşkilat ƏTİ-nin üzvüdür.

Təşkilat rəhbərlərinin rəy və təklifləri dinlənilib, cari məsələlər müzakirə olunduqdan sonra iclas yekunlaşıb. 2012-ci ilə dair geniş hesabat təşkilatın veb saytında (www.udpo.az) və digər informasiya portallarında yerləşdiriləcəkdir.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2497 dəfə oxunub




Flag Counter