XƏBƏRLƏR




- 4/2/2013 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası keşirilmişdir.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası keşirilmişdir.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iclasda 2012-ci ildə görülmüş işlərə dair hesabat vermişdir. O cümlədən qeyd olunmuşdur ki, il ərzində 3 layihənin icrasına başlanılmışdır. Onlardan biri uğurla başa çatmış, iki layihə üzrə fəaliyyətlər davam etdirilir.
Bərabər hüquq və imkanların təmin olunması fəaliyyətlərinin davam etdirilməsi, BMT-nin “Əlilliyi olan şəxsləri hüquqları haqqında” Konvensiyasından irəli gələn məsələlər, o cümlədən Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının 5 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi, əlilliyin vəziyyətinə dair hesabatın hazırlanması, “Əlillər fondunun” yaradılması təşəbbüsü, müxtəlif nominasiyalar üzrə “Əlillərin dostu” açıq müsabiqəsinin təşkili, keçirilməsi Əlil Təşkilatları İttifaqının 2013-cü il üçün əsas fəaliyyət istiqamətləri, prioritetlər kimi qəbul olunmuşdur.
İttifaqın Respublikanın 7 bölgəsi üzrə nümayəndəlikləri təsdiq olunmuşdur. Sumqayıt üzrə “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəziinin rəhbəri Zeynəb Hacıyeva, Gəncə regionu üzrə “Əlil Qadınlar” cəmiyyətinin Gəncə bölgə şöbəsinin sədri Elmira İsmayılova, Ağsu rayonu üzrə “GÜLSAM” əlillərin reabilitasiya mərkəzi ictimai birliyinin sədri Gülnarə Səlimova, Salyan üzrə “Azərbaycan Diabet Liqası”nın Salyan rayon nümayəndəliyinin sədri Yaqub İsmayılov, Şəki rayonu üzrə “Şəki Əlillərə Qayğı” ictimai birliyinin sədri Güləndam Alxasova, Qəbələ rayonu üzrə “Əlillərə Dəstək” ictimai birliyinin sədri Yaşar Hümbətov, Qazax rayonu üzrə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” cəmiyyətinin Qazax şöbəsinin sədri Ayət Hüseynov seçilmişlər.
“Autizm” Deffektoloji və psixoloji yardım mərkəzi və “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəzi İttifaqa üzv seçilmişlər. Hazırda 31 təşkilat ƏTİ-nin üzvüdür.
Təşkilat rəhbərlərinin rəy və təklifləri dinlənilmiş, cari məsələlər müzakirə olunduqdan sonra iclas yekunlaşmışdır. 2012-ci ilə dair geniş hesabat təşkilatın veb saytında (www.udpo.az) və digər informasiya portallarında yerləşdiriləcəkdir.
Bu xəbər 3568 dəfə oxunub