23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/11/2012 “3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar “Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans


“3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar

“Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans

 

      BMT-nin “Əlilliyi olan şəxslər haqqında” Konvensiyasının qəbul etməsindən və Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsindən sonra, xüsusilə milli qanunvericiliyin  təkminləşdirilməsi, əlillik sahəsində proqram və layihələrin hazırlanması, yerinə yetirilməsi, əlilliyi olan şəxslərin təşkilatlarının təmsilçiliyinin genişləndirilməsi sahəsində irəliləyişlər vardır. Lakin təəssüflə qeyd etməliyik ki,  hazırda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri olan infrastrukturun uyğunlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyildir.  

       Respublikada gedən geniş tikinti-quruculuq işləri zamanı sərbəst hərəkətin təmin olunması az hallarda nəzərə alınır və bu zaman da müvafiq normalara riayət olunmur. Qeyd olunan çatışmazlıqlar nəqliyyat sektoru üçün də səciyyəvidir.

         Bu problemlərin müzakirəsi, geniş ictimaiyyətə çatdırılması, müvafiq icra orqanlarının vəzifə borclarının yerinə yetirməmələrinin səbəblərinin araşdırılması ilə əlaqədar olaraq

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)

 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə birgə 

“3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar

“Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans keçirilmişdir.

 

Tədbir 30 noyabr 2012-ci il tarixdə saat 11.30 – 13.00-də ƏƏSM-nin konfrans zalında (15 mərtəbə) keçirilmişdir

Reqlamentə uyğun olaraq ƏƏSMN-nin şöbə müdüri Vüqar Həsənov və

ƏTİ-nin prezidenti Davud Rəhimli giriş sözü ilə tədbiri açılışını etmişlər.

Əlil Təşkilatları İttifaqının ekspert-hüquqşünası, Sosial hüquqların araşdırılması İctimai birliyinin sədri Mayis Əliyev, Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev,  Ombudsman Aparatının Əlillik məsələləri üzrə xüsusi müşaviri Müqalib Mahmudov, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Nəqliyyat Nazirliyinin sektor müdiri Ənvər Kərimov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Rauf Fətəliyev, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Elşən Məmmədəliyev, digər əlil ictimai birliklərinin rəhbərləri dövlət tərəfindən əlil insanların rifah halının yaxşılaşdırılması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində görülən işlər, bu sahədə innovativ strategiyalar, sosial proqramlar və layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Yekunda rəy və təkliflər toplanılıb ümumiləşdirildikdən sonra aidiyyatı üzrə təşkilatlara  və ictimaiyyətə təqdim olunacaqdır.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2279 dəfə oxunub




Flag Counter






» 23/9/2019- “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.