20 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/11/2012 “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova: “İşlə təminatda əngəllər olmasa, bəzi xərclərimizi özümüz qarşılaya bilərik”


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ayı 60 manat 25 qəpiyə başa gələn həyat-FOTO

 

Tarix: 22.09.2012 | Saat: 18:20:00 | E-mail | Çapa göndər

 
 
 

“Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova: “İşlə təminatda əngəllər olmasa, bəzi xərclərimizi özümüz qarşılaya bilərik”

 

Dünyanın inkişaf etmiş ölkələrində, eləcə də, qonşu Rusiyada və Türkiyədə qocalara və əlillərə evindəcə qulluqçu ilə təmin edən dövlət qurumları fəaliyyət göstərir. Bu qulluqçuların maaşını da dövlət ödəyir. Bəs Azərbaycanda bu iş necə təşkil edilir? Ötən il Türkiyə hökuməti dövlət qurumlarına il ərzində 50 min əlili işə götürməklə bağlı sərəncam verdi. Azərbaycanda da əlillərin işləməsi üçün kvota tətbiq olunan sahələr var, ancaq əksər idarə və müəssisələr qanunvericiliyin müvafiq göstərişinə məhəl qoymur. 

 

Bir sözlə, ölkəmizdə yaşayan əlillərə hansı dövlət qayğısı nəzərdə tutulub və onlar bu qayğıdan yararlana bilirlərmi?

 

Ağsu rayonunda yaşayan Gülnarə Səlimova anadangəlmə əlildir. Lakin o, başqaları kimi özünə qapılıb qalmayıb. “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyi adlı qurum yaradıb. “Gülsam” əlillərin sosial problemlərinin həlli istiqamətində işlər görür, əlil vətəndaşların həyat şəraitinin yüngülləşməsinə yönəlmiş tədbirlər həyata keçirir. 

 

Gülnarə o qədər bacarıqlı və zəhmətkeş xanımdır ki, o, əlil arabasında sərgilər açmağı, kompüter bacarıqlarına yiyələnməyi bacarıb: “Daha sonra model şəkilləri çəkdim, çeşidli hörgülər hördüm. Əl işlərimdən ibarət sərgilər açdım. Əslində Azərbaycanda əlillərin dövlətin verdiyi imtiyazlardan yararlana bilməməsinə görə məmurları qınayıram. Çünki bizə aid imtiyazlara diqqət yetirməyən, kompensasiyalara göz dikənlər var. Azərbaycanımız zəngin dövlətdir, bunu nəzərə alsaq, əlillərə qayğı və uyğun şəraitin olmadığını görəndə mat qalırsan”.

 

Gülnarə xanım ölkəmizdə əlillərə verilən təqaüdün azlığından, işlə təminatdakı çətinliklərdən, müalicənin əsl problemə çevrilməsindən və texniki avadanlıqla təchizatın biabırçı durumundan gileyləndi: “Uşaqlıqdan 1-ci dərəcəli əlil olan vətəndaşlara 60 manat 25 qəpik aylıq sosial müavinət verilir. Bu, günə 60 qəpik edir. Bugünkü bazarla bu məbləği müqayisə etməyə dəyməz. Çünki əlilin gündəlik qidası var, iynə-dərmanı var, geyimi var. Hələ kommunal xərcləri demirəm. Axı bizim işlə təminatımız da bərbaddır. İşlə təminatda əngəllər olmasa, bəzi xərclərimizi özümüz qarşılaya bilərik”. 

 

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində əlillər və qocalar, yəni iş qabiliyyətini itirən şəxslər kommunal xərclərdən birdəfəlik azad edilirlər. 

 

Azərbaycanda əlil uşaqların aylıq müavinəti 50 manatdır. Uşaq hansısa təhsil müəssisəsində qeydiyyata alınır, yəni fərdi təhsil alırsa, bu pula 25 manat da əlavə olunur. Bu məbləğ isə azyaşlının heç bir problemini həll edə bilmir. Ən azından məktəblini ancaq ilk dərs gününə yola salmağa hazırlaşan valideyn bundan ötrü 100-150 manat xərcləyir. Üstəlik, əlil uşağın müalicəsi daha çox pul tələb edir. Məsələn, Rusiyada ailəsində əlil uşaq olan valideynin işləməmək hüququ var. Həmin valideyn minimum əməkhaqqı məbləğində təqaüd alır. 

 

Daha bir maraqlı sual. Azərbaycanda əllilərin işləməsi və ya peşə öyrənməsi üçün hansısa məktəb və ya mərkəz varmı?

 

Gülnarə Səlimova deyir ki, Azərbaycanda nə əlillərə peşə öyrədən məktəb, nə də işlə təmin edən mərkəz var: “Bəzən əlillər üçün kompüter, dərzi, bərbər kursları açılır. Amma müvəqqəti olur, gözə görünmür”. 

 

O ki qaldı özəl və dövlət qurumlarında əlillərin işə götürülməsinə, Gülnarə xanım “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi” haqqında qanunun 25-ci maddəsindən xəbərdardır. Hətta bu qanuna söykənib Ağsu rayon icra hakimiyyətinə də iş üçün müraciət edib: “Təşkilatımıza üzv olan əlillərin işlə təmin olunması üçün müraciət etmişik, amma faydası olmadı. Xahiş elədik ki, Ağsu rayonunda “Az-Qranat” konserv zavodunda Qarabağ əlillərini işə qəbul etsinlər, nəzərə alacaqlarını dedilər, amma bir soraq çıxmadı”.

 

Gülnarə Səlimova rayonda yaşayan əlillər üçün əlil arabasını Gürcüstana yolu düşənlərə sifariş edir. Deyir, burda verilən əlil arabasının heç biri düz-əməlli işləmir. Gürcüstanda 300-250 manata alınan araba Türkiyədə 500-600 manata satılır. Odur ki, Gülnarə xanım daha çox Gürcüstandan araba gətirtməyə üstünlük verir. 

 

Daha bir problem barədə. Gülnarə anadangəlmə əlil olsa da, onun əlil arabasından qalxmaq şansı var. Hətta müalicəsi, ayağa qalxıb gəzməsi də mümkündür. Ancaq müalicə üçün 110 min dollar vəsait gərəkdir: “Türkiyənin “Özel Darüşşafaka Ömran ve Yahya Hamuluoğlu Fizik 

Tedavi ve Rehabilitasyon Merkezi”i ilə əlaqə saxladım. Onların yazdığı məktubda müalicə xərcləri təxminən 110 min dollara qədər idi. Ancaq həmin pulu tapa bilmirəm”. 

 

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin eksperti Kazım Salman “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi” haqqında qanunda nəzərdə tutulan imtiyazlardan danışdı: “Qanunun 43-cü maddəsində deyilir ki, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I-ci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir”.

Qanunvericilikdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ərzaq və sənaye malları ilə təmin edilməsi nəzərdə tutulub: “Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malikdirlər. Əlillərin və sağlamlıq 

imkanları məhdud uşaqların ictimai təşkilatlarının vəsatətləri üzrə müvafiq icra hakimiyyəti orqanları pərakəndə ticarət şəbəkəsi vasitəsilə təsərrüfat, mədəni-məişət, turist və idman malları almaqda əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara kömək göstərirlər”.

Müsahibim qanunvericiliyin əlillər üçün nəzərdə tutulan bölümündə 45-ci maddəsindən də danışdı: “Bu, evdə xidmətə aiddir. Kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərirlər. Ahıl əlillərə sosial xidmət orqanları (evdə, yarımstasionar, stasionar müəssisələrdə), habelə fərdi qaydada sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər sosial xidmət göstərirlər.

Qohumluq münasibətindən asılı olmayaraq I-ci qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir”.

Arzu Abdulla 

P.S. Azərbaycanda əlillərin sosial durumu və qanunvericilikdə əlillərə nəzərdə tutulan imtiyazların hansı şəkildə həyata keçirilməsi ilə bağlı növbəti araşdırmamızı yaxın günlərdə oxuya bilərsiniz. 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3587 dəfə oxunub




Flag Counter






» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.