06 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/8/2012 Gəncədə əlilliyi olan yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib


Gəncədə əlilliyi olan  yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib

27 İyul 2012 [18:49] - MİLLİ.AZ

Sərgidə 20-dən artıq əlilliyi olan gəncin 30-a yaxın əl işi nümayiş olunub.

 
 
 
         
 
 

Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” adlı layihə çərçivəsində keçirilən sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Sosial Xidmət Mərkəzinin əməkdaşları və əlilliyi olan insanlar iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər hazırda Azərbaycanda 460 000-ə yaxın əlilliyi olan insandan 60 000-nin yeniyetmə yaşında olduğunu diqqətə çatdırıblar. Sağlamlıq imkanları məhdud olan bu yeniyetmələr dövlət qayğısı ilə əhatə olunsa da, onlar cəmiyyətə uyğunlaşma prosesində bir sıra çətinliklərlə üzləşirlər. Bildirilib ki, rəsm sərgisinin keçirilməsində əsas məqsəd bu gənclərin cəmiyyətə inteqrasiyasına yardım etmək və onların cəmiyyətə gərəkli olduğunu hiss etdirməkdir. Daha sonra sağlamlıq imkanları məhdud olan gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Təşkilatçı Davud Rəhimli: “Bu sərginin təşkil olunmasında əsas məqsəd Gəncə şəhərində olan əlil insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Gördüyünüz kimi, burada müxtəli səpkili əl işləri nümayiş olunur. Bu sərgiyə baxdıqda da bəlli olur ki, əlilliyi olan
insanlarımızın bacarıqları yüksək səviyyədədir və onlar digər insanlarla birlikdə cəmiyyətə faydalı işlər görə bilərlər. Bu işlərin cəmiyyətə çatdırılmasında belə tədbirlərin əhəmiyyəti böyükdür”.

Əliliyi olan gənclərin bacarıqları nümayiş olunan sərgidə yeniyetmələrin dünyaya baxışları və həyat sevgisi daha qabarıq şəkildə özünü göstərib. Qeyd edək ki, auksion xarakterli sərgidə bir sıra əl işləri öz alıcısını da tapa bilib.

Milli.Az

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3453 dəfə oxunub




Flag Counter






» 3/12/2021- 2021-ci il kiçik qrant müsabiqəsinin elanı

» 3/12/2021- 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü

» 3/12/2021- Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib