Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Səhiyyə Nazirliyinin dəstəyi ilə ilk dəfə regionlarda hemofiliyalı xəstələrin vəziyyətinin yaxşılaşdırılması məqsədilə pilot layihə həyata keçirəcək. Bunu Gün.Az-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova bildirib.
G.Hüseynova qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan hemofiliyalı xəstələrin müayinə və dərman preparatları almaq üçün paytaxta gəlmə ehtiyacını azaltmaq, onlara yerindəcə yardım etməklə ağırlaşmaların, fəsadların qarşısını almaq, yerindəcə keyfiyyətli müalicəni təmin etməkdir: “Layihə ilk olaraq Gəncə və Şirvan şəhərlətində həyata keçiriləcək. Bu regionlarda uğur qazanılarsa daha sonra Şəki və Lənkəran rayonlarında da layihənin reallaşdırılması nəzərdə tutulub. Qeyd edim ki, Gəncə Tibbi Yardım Xəstəxanasının nəzdində və Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibb müayinələrin həyata keçirilməsi üçün xüsusi laboratoriyalar yaradılacaq. Orada hemofiliya və koaqulopatasiyadan (qanda laxtalanmanın pozulması) əziyyət çəkən xəstələr müayinə və müalicə alacaqlar. Bu məqsədlə layihəyə beynəlxalq ekspertlər cəlb ediləcək və yerli kadrların təkminləşdirilməsi üçün onlar xarici ölkələrə göndəriləcək”.
G.Hüseynova bildirdi ki, layihə İsvecrənin NovoNordisk Hemofeleya Fondunun maliyyə dəstəyi ilə reallaşacaq: “NovoNordisk Hemofeleya Fondu dünyanın bir çox ölkəsində bu cür layihələr reallaşdırıb. Bu ildən Fond Azərbaycanda da hemofiliyalıxəstələrin vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək”.
Bu xəbər 3003 dəfə oxunub