XƏBƏRLƏR




- 31/5/2012 qhtxeber. UDPO - WV
- - Hadı Rəcəbli Lent.az-a yazır: Sən də əlil ola bilərdin... Bölmə: SOSİAL 03 Dekabr 2012 12:12 Qayğı göstərin, kömək edin, sevin...
- - Həftə içi
- - QHTXEBER.AZ
- - “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib
- - 5 may UDPO ABA
- - “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” KİV
- - qhtxeber. UDPO - WV
- - Azərtac. UDPO-WV
- - Gəncədə əlilliyi olan yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib
- - "Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları
- - ƏNGƏLLƏRİ AŞA BİLƏRİK (Şərq qəzeti)
QHT-nin layihəsi diqqəti əlilliyi olan insanların sosial hüquqlarına yönəldəcək |
Yerləşdirilib: 31.05.12 | Baxılıb: 39 |
qhtxeber.az// Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlayıb.
Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Təşkilatdan qhtxeber.az-a verilən məlumata görə, layihədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə töhfənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcək.
Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Layihənin Fəaliyyət planına uyğun olaraq 31 may 2012-ci il tarixdə Xaçmaz rayonunda “Əlilliyi olan insanların sosial hüquqları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Xaçmaz rayon icra hakimiyyətinin ictimai-siyasi şöbənin müdiri Yaqut Məsimova, Rayon Bərpa Mərkəzinin baş həkimi Roza Hüseynova, Sosial xidmət mərkəzinin əməkdaşı Zöhrə Məmmədova, QHT, KİV nümayəndələri, valideynlər çıxış etmiş, müzakirələr aparılmış, təkliflər verilmişdir.
|
Bu xəbər 3447 dəfə oxunub