XƏBƏRLƏR




- 7/5/2012 5 may UDPO ABA
- - Hadı Rəcəbli Lent.az-a yazır: Sən də əlil ola bilərdin... Bölmə: SOSİAL 03 Dekabr 2012 12:12 Qayğı göstərin, kömək edin, sevin...
- - Həftə içi
- - QHTXEBER.AZ
- - “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib
- - 5 may UDPO ABA
- - “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” KİV
- - qhtxeber. UDPO - WV
- - Azərtac. UDPO-WV
- - Gəncədə əlilliyi olan yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib
- - "Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları
- - ƏNGƏLLƏRİ AŞA BİLƏRİK (Şərq qəzeti)
[ 02 May 2012 14:05 ]
“Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib -
Bakı. Ramil Məmmədli – APA. 5 may – Avropa Əlilliyi Olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunan “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda hökumət nümayəndələri, Milli Məclisin deputatları, BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri, Amerika Hüquqşünaslar Assosiasiyasının, qeyri-hökumət təşkilatlarının, əlil təşkilatlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Ombudsman Elmira Süleymanova deyib ki, əlillərin sosial müdafiəsi istiqamətdə mühüm tədbirlər həyata keçirilsə də, bu istiqamətdə problemlər hələ də qalmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva əlillərə maddi dəstəklə yanaşı, cəmiyyətdə onlara mənəvi münasibətdə də dəyişikliyin olmasının vacibliyini vurğulayıb. O deyib ki, televiziyalar əlillərə dəstəyi təbliğ edən çarxlara daha çox yer ayırmalıdır. A. Mustafayeva bu məsələdə tərəqqipərvər beynəlxalq təcrübədən bəhrələnməyin zəruriliyini də qeyd edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, ölkə üzrə əlilliyi olan uşaqların faizi 2011-ci ildə 2010-cu ilə nisbətən artıb: “Təxminən bir ay öncə Milli Məclisdə hökumətin hesabatındakı səslənən rəqəmləri səsləndirmək istəmirəm. Bu rəqəmlər həm ölkə rəhbərliyini, həm də hər kəsi düşündürməlidir. Hüquqi baza da vacibdir, amma birinci növbədə onların əlil olmasının qarşısını almalıyıq. Bizim qanunlarımız sosial sifarişlə yerinə yetirilir. Ola bilər ki, bəzi maliyyə məhdudiyyətlərinə görə bəzi məsələləri icra edə bilməyək. Amma bütövlükdə çalışırıq ki, qeyri-hökumət təşkilatları və əlillərin təkliflərini nəzərə alaq”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə ölkədə əlillərə xidmət göstərən sosial işçilərin sayının artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insanların əlillərə münasibəti dəyişməli və atdıqları hər bir addımda bu qrupa daxil olan vətəndaşlarımız nəzərə alınmalıdır.
Konfransda məruzələr dinlənilib.
Bu xəbər 2994 dəfə oxunub