BAŞ SƏHİFƏ
KONSTİTUTSİYA
QANUNLAR
FƏRMANLAR
SƏRƏNCAMLAR
QƏRARLAR
ÇIXARIŞLAR
BEYNƏLXALQ SƏNƏDLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQDA

 

TƏQVİM

 

 
 
 

 

Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli, 549 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN SƏRƏNCAMI

«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli, 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə 1 ay müddətində:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
qüvvədə olan qanunvericilik aktlarının «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması barədə təkliflərini; «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və digər müvafiq mərkəzi icra hakimiyyəti orqanları öz normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsinlər.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydasının layihəsini və kvota şamil edilməyən müəssisələrin siyahısının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə:
həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş Dövlət Məşğulluq Fondu haqqında Əsasnamənin layihəsini; həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin Dövlət Məşğulluq Fonduna məcburi ayırmalarının məbləğinə dair təkliflərini; həmin Qanunun 25.6-cı maddəsində nəzərdə tutulmuş işsizlik müavinətinin ödənilməsi qaydalarının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş respublika məşğulluq proqramının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş əhalinin məşğulluğu baxımından üstün inkişaf etdirilən regionlar barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə:
həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş üstün inkişaf etdirilən regionlarda iş yerləri, sosial infrastruktur obyektləri yaradan işəgötürənlərə maliyyə yardımının göstərilməsi və vergi güzəştlərinin verilməsinə dair təkliflərini; həmin Qanunun 17.7-ci maddəsində nəzərdə tutulmuş kvota ilə müəyyən olunduğundan artıq sayda müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işlə təmin edən işəgötürənlərə vergi güzəştlərinin verilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi ilə birlikdə:
həmin Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş işsizlərin qeydiyyata alınması qaydalarının layihəsini; həmin Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələri barədə təkliflərini; həmin Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş haqqı ödənilən ictimai işlərin təşkili qaydalarının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə:
həmin Qanunun 23.1.4-cü və 23.3-cü maddələrində nəzərdə tutulmuş təqaüdün hesablanması və ödənilməsi qaydalarının layihəsini; həmin Qanunun 24.2-ci və 25.6-cı maddələrində nəzərdə tutulmuş işsizlik müavinətinin hesablanması və ödənilməsi qaydalarının layihəsini; həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş işsizlik müavinətinin minimum məbləğinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələlərin həlli barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; həmin Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
11. Bu sərəncamın 1-ci və 2-ci bəndlərinin icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti İşlər İdarəsinin hüquq şöbəsinə, 2—10-cu bəndlərinin icrasına nəzarət iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinə həvalə edilsin.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 27 avqust 2001-ci il
№ 154s



 

 



The Constitution of the Republic
of Azerbaijan



FORUM

 
İstifadəçi adı:
Şifrə:

Qeydiyyatdan keçin

 

İNTERNET STATİSTİKA



 

 

  Ünvan: Azərbaycan Respublikası ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ)
AZ1138, Bakı ş., Əhməd Cavad küç 7a
Tel: (+994 12) 434 48 36; Qaynar xətt: 434 93 29
Email: info@qanunlar.az; union-dpo@baku.az - Veb: www.qanunlar.az