|
Məcburi
köçkünlərin ərzaq təminatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Bəzi beynəlxalq humanitar təşkilatların
xətti ilə məcburi köçkünlərə yardımın
dayandırılması nəticəsində onların
ərzaq təminatında yaranmış vəziyyəti
aradan qaldırmaq məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Dövltə
Neft Şirkətinə tapşırılsın ki, 57
min nəfər məcburi köçkünün ərzaq
təminatını ödəmək məqsədi ilə 2001-ci
ilin avqust ayından başlayaraq hər
ay Azərbaycan Respublikası Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin hesabına 906
milyon manat vəsaitin köçürülməsini
təmin etsin.
2. Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi onun hesabına daxi
olan vəsait hesabına hər ay zəruri
ərzaq mallarının norma üzrə alınmasını
və təyinatı üzrə istifadəsini təmin
etsin.
3. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR
ƏLİYEV
Bakı şəhəri, 15 avqust 2001-ci il
№ 791
|