|
20 Yanvar
hadisələrində şəhid olanların,
itkin düşənlərin ailələrinə və
əlil olan şəxslərə birdəfəlik
dövlət yardımı haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1990-ci il yanvarın 20-də Azərbaycana
edilmiş hərbi təcavüzün 10-cu ildönümü
münasibəti ilə qərara alıram:
1. 20 Yanvar hadisələrində şəhid
olanların, itkin düşənlərin ailələrinə
və əlil olan şəxslərə bir milyon
manat məbləğində birdəfəlik yardım
ödənilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
Azərbaycan Respublikasının
Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 17 yanvar 2000-ci
il
№ 308
|