|
Kommunal,
nəqliyyat və digər xidmətlər üzrə
güzəştlərin müavinətlərlə əvəz olunması
ilə əlaqədar həmin müavinətlərin
vətəndaşlara verilməsi Qaydalarının
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Kommunal, nəqliyyat və digər xidmətlər
üzrə güzəştlərin müavinətlərlə əvəz
olunmasının təmin edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli, 613
nömrəli Fərmanının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Kommunal, nəqliyyat və digər
xidmətlər üzrə güzəştlərin müavinətlərlə
əvəz olunması ilə əlaqədar həmin
müavinətlərin vətəndaşlara verilməsi
Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 9 yanvar 2002-ci il
№ 2
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2002-ci il 9 yanvar tarixli, 2 nömrəli
qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Kommunal, nəqliyyat
və digər xidmətlər üzrə güzəştlərin
müavinətlərlə əvəz olunması ilə
əlaqədar həmin müavinətlərin vətəndaşlara
verilməsi
QAYDALARI
1. “Kommunal, nəqliyyat
və digər xidmətlər üzrə güzəştlərin
müavinətlərlə əvəz olunmasının təmin
edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 26 dekabr
tarixli, 613 nömrəli Fərmanı ilə
müəyyən olunan aylıq müavinətlər
(bu Qaydaların 3,4 və 5-ci bəndlərində
göstərilənlər istisna olmaqla) həmin
Fərmanın 1-ci bəndində nəzərdə tutulmuş
şəxslərin pensiyalarının üzərinə
hesablanmaqla ödənilir.
2. Çernobıl qəzasının nəticələrinin
ləğvində iştirak etmiş və həmin
qəzadan zərər çəkmiş vətəndaşlara
müalicə üçün müəyyən edilən vəsaitin
ödənilməsi üçün həmin şəxslər pensiya
aldıqları orqana müraciət edirlər.
Pensiya təyin edən orqan şəxsin
müraciət etdiyi aydan sonrakı ay
vəsaitin ödənilməsi üçün ödəniş
müəssisəsinə barat vərəqəsi göndərməklə
ödənişin həyata keçirilməsini təmin
edir. İl ərzində göstərilən şəxsin
müraciəti olmadıqda həmin ilin dekabr
ayında pensiya təyin edən orqan
tərəfindən vəsaitin ödənilməsi təmin
olunur.
3. Şəhid ailəsi üzvləri pensiyaçı
olmadıqda aylıq müavinətlər onlara
şəhid ailəsi vəsiqəsi və ərizələri
əsasında 2002-ci il yanvarın 1-dən,
lakin aylıq müavinət almaq hüququnun
yarandığı gündən tez olmamaqla,
yaşadıqları ərazi üzrə rayon (şəhər)
əhalinin sosial müdafiəsi mərkəzləri
tərəfindən hesablanır.
Müraciət edildiyi vaxtdan üç gün
ərzində ödəniş müəssisəsinə tapşırıq
vərəqəsi göndərilməklə aylıq müavinətin
ödənilməsi həyata keçirilir.
4. Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlar
pensiyaçı olmadıqda aylıq müavinət
onların və ya qəyyumlarının (himayəçilərinin)
yaşayış yeri üzrə rayon (şəhər)
əhalinin sosial müdafiəsi mərkəzləri
tərəfindən aparılır.
Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlar
tam dövlət təminatında olduqda yaşadıqları
müəssisənin müdiriyyəti tərəfindən
onların adına şəxsi hesab açılır,
hesab haqqında məlumatlar müəssisənin
yerləşdiyi ərazi üzrə rayon (şəhər)
əhalinin sosial müdafiəsi mərkəzinə
bildirilir, aylıq müavinət bu mərkəzlər
tərəfindən həmin hesaba köçürülür.
5. Məcburi köçkünlərə və məskunlaşmamış
qaçqınlara müavinətlərin ödənilməsi
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydada
tənzimlənir.
6. Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli, 613
nömrəli Fərmanı ilə müəyyən olunan
aylıq müavinətlərdən bir neçəsini
almaq hüququ olduqda həmin müavinətlərdən
yalnız biri – ən yüksəyi ödənilir.
7. Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli, 613
nömrəli Fərmanı ilə müəyyən olunan
müavinətlər dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir.
Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi vasitəsi ilə müavinət
alanlar üçün tələb olunan vəsaiti
Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fondunun, digər orqanlardan
müavinət alanlar üçün isə həmin
orqanların xəzinə hesabına köçürür.
Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu mərkəzləşmiş
qaydada xəzinədarlıq vasitəsi ilə
Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ilə hesablaşma aparır.
|