|
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARLARI VƏ SƏRƏNCAMLARI
QƏRARLAR
"Pensiya
hesablanması üçün respublika üzrə
orta aylıq əmək haqqının məbləğinin
təsdiq edilməsi haqqında"
Qərar № 108
"Pensiyaların artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 909
nömrəli Fərmanının 3-cü bəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. "Vətəndaşların pensiya təminatı
haqqında" Azərbaycan Respublikası
Qanununun 89-cu maddəsinə müvafiq
olaraq pensiyanın hesablanması üçün
orta aylıq əmək haqqının məbləği
60 min manatdan 85 min manata qaldırılsın.
2. "Vətəndaşların pensiya təminatı
haqqında" Azərbaycan Respublikası
Qanununun 89-cu maddəsinə əsasən
əmək haqqı barədə sənəd təqdim edə
bilməyən qaçqın və məcburi köçkünlərin
pensiya hesablanması üçün işləmiş
olduqları iqtisadiyyat sahələri
üzrə orta aylıq əmək haqqının məbləğləri
təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu bu qərarın
icrası ilə bağlı müvafiq tədbirlərin
həyata keçirilməsini təmin etsin.
4. Bu qərar 2003-cü il avqustun
1-dən qüvvəyə minir.
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
A. Rasi-zadə
Bakı şəhəri, 21 avqust 2003-cü il
|