|
Əlillərin
və veteranların güzəştləri və hüquqları
ilə bağlı qanunları Sizə göndəririk.
Veieranları gömrük rüsumlarının
ödənilməsində güzəştləri yoxdur.
DÖVLƏT RÜSUMU HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
07 fevral 1997-ci il tarixli, 245-1QD
saylı, 20 may 1997-ci
il tarixli, 297-1QD saylı, 04 noyabr
1997-ci il tarixli,
394-1QD saylı, 30 mart 1999-cu il
tarixli, 640-1QD saylı,
2 aprel 1999-cu il tarixli 648-1QD
saylı Azərbaycan
Respublikasının Qanunlarına əsasən
edilmiş düzəlişlərlə.
Maddə 1. Dövlət rüsumunun ödəyiciləri
Dövlət orqanlarının
bu Qanunla müəyyənləşdirilmiş işləri
görməsi və xidmətləri göstərməsi
üçün vətəndaşlar, müəssisələr,
idarələr və təşkilatlar dövlət rüsumu
ödəyirlər.
Maddə 2. Dövlət
rüsumunun tutulduğu hallar
Dövlət rüsumu
aşağıdakı hallarda tutulur:
a) məhkəməyə verilən iddia ərizələri
(şikayətlər) üçün,
məhkəməyə verilən xüsusi icraat
işləri üzrə iddialar və məhkəmə
qərarları barəsində kassasiya şikayətləri
üçün, məhkəmə tərəfindən
sənədlərin surətinin verilməsi üçün;
b) arbitraj məhkəmələrinə verilmiş
iddia ərizələri üçün və
onların qərarları barəsində şikayətlər
üçün;
v) notariat kontorları və yerli
idarəetmə orqanları tərəfindən
notariat əməliyyatları aparılarkən;
q) vətəndaşlıq vəziyyəti aktlarının
qeydiyyatı və təkrar
qeydiyyatı, vətəndaşlıq vəziyyəti
aktlarında dəyişikliklər,
əlavələr, düzəlişlər edilməsi və
onların bərpası üçün;
ğ) xaricə getmək və xaricdən Azərbaycan
Respublikasına də'vət
etmək hüququ verən sənədlərin verilməsi
və onlarda dəyişikliklər
edilməsi üçün;
d) Azərbaycan Respublikası vətəndaşlarına
şəxsiyyət vəsiqəsi
verilərkən, Azərbaycan Respublikası
vətəndaşlığına qəbul və ya
vətəndaşlığından çıxma zamanı;
e) patentlərin verilməsi üçün;
ə) ov icazələrinin verilməsi üçün;
j) hüquqi şəxslərin qeydiyyatı və
təkrar qeydiyyatı üçün;
z) bə'zi sahibkarlıq fəaliyyəti
növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi üçün;
i) əmlaka mülkiyyət hüququna, o
cümlədən torpağa mülkiyyət və
istifadə hüququna dair sənədlərin
verilməsi üçün;
ı) qiymətli kağızların emissiya
prospektinin qeydə alınması
üçün (özəlləşdirmə qaydasında qeydə
alınması halları istisna
olmaqla).
Maddə 3. Dövlət
rüsumu ödəməkdən azad olunma
Aşağıdakılar dövlət
rüsumu ödəməkdən azad olunurlar:
a) əməyin ödənilməsi və əmək fəaliyyəti
ilə bağlı digər
tələblər üzrə - iddiaçılar;
b) aliment alınması barədə iddialar
üzrə - iddiaçılar;
v) şikəstlik və ya səhhətə digər
xəsarət nəticəsində, habelə
ailə başçısının ölümü nəticəsində
ailəyə dəyən zərərin ödənilməsi
barəsində iddialar üzrə - iddiaçılar;
q) zərər çəkənə ödənilmiş müavinət
və pensiya məbləğinin zərər
vurandan tutulması barədə reqres
iddiaları üzrə - sosial sığorta
orqanları və sosial tə'minat orqanları,
yanlış ödənilmiş
müavinətin və pensiyanın tutulması
barədə iddialar üzrə - sosial
tə'minat orqanları;
ğ) müəlliflik hüququndan, habelə
kəşf, ixtira, səmərələşdirmə
təklifi və sənaye nümunələri üçün
hüquqdan əmələ gələn iddialar
üzrə - iddiaçılar;
d) cinayət nəticəsində vurulmuş
maddi zərərin ödənilməsi
barədə iddialar üzrə - iddiaçılar;
e) cinayət işləri və aliment işləri
ilə əlaqədar olaraq
vətəndaşlara, müəssisələrə, idarələrə
və təşkilatlara sənədlər
verilməsi üçün - vətəndaşlar, müəssisələr,
idarələr və
təşkilatlar;
ə) başqa şəxslərin hüquqlarının
və mənafeyinin müdafiəsi üçün-
qüvvədə olan qanunvericilikdə nəzərdə
tutulan hallarda ərizə ilə
məhkəməyə müraciət etmiş prokurorluq
orqanları, dövlət orqanları,
müəssisələr, idarələr, təşkilatlar,
onların birlikləri, siyasi
partiyalar, həmkarlar ittifaqları,
ictimai birliklər və ayrı-ayrı
vətəndaşlar;
j) xüsusi icraat işləri üzrə məhkəməyə
ərizə vermək üçün -
maliyyə, kredit və vergi orqanları;
z) inzibati hüquq münasibətlərindən
əmələ gələn işlər üzrə -
vətəndaşlar, inzibati orqanlar və
vəzifəli şəxslər;
i) qanunsuz məhkum edilməklə, qanunsuz
cinayət məs'uliyyətinə
cəlb edilməklə, qanunsuz olaraq
qəti imkan tədbiri kimi həbsə
alınmaqla, yaxud qanunsuz olaraq
həbs və ya islah işləri şəklində
inzibati tənbeh verilməsi ilə vətəndaşa
vurulmuş zərərin
ödənilməsi ilə əlaqədar mübahisələr
üzrə - tərəflər;
y) doğumu, ölümü, övladlığa götürülməni
və atalığı (analığı)
təsdiqləyən sənədləri alan vətəndaşlar;
k) dövlətə öz əmlakını bağışlayan
vətəndaşlar, müəssisələr və
təşkilatlar;
g) diplomatik pasportlar alan Azərbaycan
Respublikası
vətəndaşları;
l) xaricə getmək üçün verilən sənəd
üçün 16 yaşına çatmamış
şəxslər;
m) istehlakçıların hüquqlarının
pozulması barədə qaldırdıqları
iddialar üzrə - iddiaçılar;
n) xüsusi mülkiyyətdə olan mənzil
və ya evin (evin bir
hissəsi) alqı-satqısı və dəyişdirilməsi
əqdləri ilə bağlı notariat
əməliyyatları üzrə- I qrup işləməyən
əlillər;
o) tə'minatlı kreditorun iştirakçısı
olduğu girov müqaviləsi
ilə bağlı notariat əməliyyatları
aparılarkən dövlət rüsumu
tutulmuşdursa, həmin müqavilədən
irəli gələn borc öhdəliklərinin
tə'min edilməsi üçün iflas prosesi
zamanı tə'minatlı kreditor ilə
əmlak inzibatçısı arasında bağlanmış
saziş ilə əlaqədar notariat
əməliyyatları üzrə - tə'minatlı
kreditor və əmlak inzibatçısı.
Azərbaycan Respublikasının Nazirlər
Kabineti və Naxçıvan
Muxtar Respublikasının Nazirlər
Kabineti dövlət rüsumu üzrə əlavə
güzəştlər müəyyən etmək hüququna
malikdirlər.
Azərbaycan Respublikasının şəhər
və rayon dövlət hakimiyyəti
orqanları ayrı-ayrı ödəyicilərə
güzəştlər vermək hüququna
malikdirlər.
Maddə 4. Dövlət
rüsumunun qaytarılması
Ödənilmiş dövlət
rüsumu aşağıdakı hallarda qismən
və ya
tamamilə qaytarılır:
a) qüvvədə olan qanunvericilik üzrə
tələb edilən miqdardan
artıq dövlət rüsumu ödənildikdə;
b) Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində
göstərilən hallarda;
v) ərizələr (şikayətlər) qaytarıldıqda
və ya onları
götürməkdən imtina edildikdə, habelə
notariat kontorları və yerli
idarəetmə orqanları notariat əməliyyatlarının
icrasından imtina
etdikdə;
q) məhkəmə və arbitraj məhkəmələri
tərəfindən işin icraatı
dayandırıldıqda;
ğ) yetkinlik yaşına çatmamış uşaqları
olmayan ər-arvadın
nikahının ləğvinin qeydə alınması
ilə bağlı ödənilmiş dövlət
rüsumu-tərəflər barışdıqda və ya
onlardan biri məhkəməyə
gəlmədikdə.
Maddə 5. Dövlət
rüsumunun hesablanması və ödənilməsi
qaydası
Dövlət rüsumu
nağd və ya köçürmə yolu ilə ödənilir.
Dövlət rüsumunun dərəcələrini və
ödənilməsi qaydasını
Azərbaycan Respublikasının Nazirlər
Kabineti müəyyən edir.
Maddə 6. Dövlət
rüsumu tutan orqanların məs'uliyyəti
Dövlət rüsumu
tutan idarələrin vəzifəli şəxsləri
rüsumun
düzgün tutulması və dövlət büdcəsinə
vaxtında və tam ödənilməsi
üçün məs'uliyyət daşıyırlar.
Dövlət rüsumunu tutan idarələrin
fəaliyyətinə onların yuxarı
orqanları cavab dehdirlər.
Maddə 7. Dövlət
rüsumunun alınmasına nəzarət
Dövlət rüsumu
tutulması qaydasına düzgün əməl
olunmasına,
habelə rüsum tutan idarələrin fəaliyyətinə
onların yuxarı
orqanları ilə yanaşı Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi,
Azərbaycan Respublikasının Baş Dövlət
Vergi Müfəttişliyi və
onların yerlərdəki orqanları nəzarət
edirlər.
Maddə 8. Qanunun
tətbiqinə dair tə'limat
Qanunun tətbiqinə
dair tə'limatı Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının Baş Dövlət Vergi
Müfəttişliyi qəbul edirlər.
Maddə 9. Qanunun
qüvvəyə minməsi
Bu Qanun 1995-ci
il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı ş., 24 mart 1995-ci il,
N 997
VETERANLAR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının
2 may 1995-ci il tarixli, 1029 saylı;
20 iyun 1995-ci il tarixli, 1067
saylı;
4 noyabr 1997-ci il tarixli, 395-1QD
saylı;
10 oktyabr 1997-ci il tarixli, 380-1QD
saylı;
30 mart 1999-cu il tarixli, 644-1QD
saylı;
4 iyun 1999-cu il tarixli, 676-1QD
saylı
qanunlarına əsasən edilmiş dəyişikliklər
və əlavələrlə
Bu Qanun 1992-ci
il dekabrın 3-də Birləşmiş Millətlər
Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının
qəbul etdiyi
prinsiplərə uyğun olaraq müharibə,
əmək, silahlı qüvvələr, daxili
işlər və milli təhlükəsizlik orqanları
veteranlarının statusunu,
veteranlar barəsində Azərbaycan
Respublikası dövlət siyasətinin
əsaslarını təsbit edir. Qanun veteranlara
verilən güzəştlərin
şamil edildiyi şəxslərin dairəsini,
habelə veteran
təşkilatlarının fəaliyyət sahəsini
tənzimləyir, veteranların öz
fiziki imkanlarından asılı olaraq
cəmiyyət həyatının bütün
sahələrində fəal iştirak etməsi
üçün tə'minatları
müəyyənləşdirir.
Maddə 1. Veteranlar
barəsində dövlət siyasəti
Veteranlar barəsində
dövlət siyasəti aşağıdakı əsaslar
üzərində qurulur:
sosial və hüquqi müdafiənin tə'min
edilməsi;
əmək haqqının minimum səviyyəsindən
az olmayan dolanacağa
tə'minat verilməsi;
fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük
üçün şərait
yaradılması;
yaşayış sahəsi ilə tə'minat;
hər bir veterana zəruri tələbatını
tə'min edən səviyyədə
müxtəlif növ sosial xidmətlər göstərilməsi;
əmək hüququnun heç bir məhdudiyyət
qoyulmadan, sağlamlıq
vəziyyətinin imkan verdiyi səviyyədə
həyata keçirilməsi, ictimai
faydalı fəaliyyətdə iştirak etmək
üçün lazımi şərait yaradılması;
veteran təşkilatlarının fəaliyyyətinə
kömək göstərilməsi,
veteranların bütün cəmiyyətə və
xüsusən onlara aid siyasətin və
proqramların hazırlanması və həyata
keçirilməsi işinə bilavasitə
cəlb edilməsi.
Maddə 2. Veteranlar
haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Veteranlar haqqında
Azərbaycan Respublikasının
qanunvericiliyi bu Qanundan və Azərbaycan
Respublikasının
sosial-məişət, nəqliyyat xidmətləri,
tibbi yardım göstərilməsində
və başqa sahələrdə veteranların
hüquqlarını və güzəştlərini
müəyyənləşdirən digər qanunvericilik
aktlarından ibarətdir.
Maddə 3. Müharibə
veteranları
Aşağıdakılar müharibə
veteranları sayılırlar:
İkinci dünya müharibəsi illərində
döyüşən orduda (donanmada),
partizan birləşmələri tərkibində,
gizli fəaliyyətdə Vətənin
müdafiəsi uğrunda döyüş əməliyyatlarında
iştirak etmiş, habelə
başqa ölkələrin ərazisində gedən
məhəlli müharibələrdə və hərbi
münaqişələrdə hərbi birləşmələrin
tərkibində və keçmiş SSRİ
Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi
Komitəsinin, Daxili
İşlər Nazirliyinin mütəxəssisləri
və müşavirləri kimi iştirak
etmiş şəxslər, ikinci dünya müharibəsi
dövründə Leninqrad
şəhərinin mühasirəsi zamanı şəhərin
müəssisələrində, idarə və
təşkilatlarında işləmiş və "Leninqradın
müdafiəsinə görə" medalı,
"Leninqrad mühasirəsində yaşayan"
döş nişanı ilə təltif edilmiş
şəxslərə;
Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda döyüş
əməliyyatlarında iştirak etmiş şəxslər;
1944-cü il yanvarın 1-dən 1951-ci
il dekabrın 31-dək
Ukraynanın, Belorusiyanın, Baltikyanı
respublikaların ərazisində
quldur dəstələrinə qarşı silahlı
mübarizədə iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazisində
daimi yaşayan, ikinci
dünya müharibəsi illərində xarici
ölkələrin ərazisində milli
orduların, partizan dəstələrinin
tərkibində faşist Almaniyasına,
onun müttəfiqlərinə və imperialist
Yaponiyaya qarşı döyüş
əməliyyatlarında iştirak etmiş şəxslər;
İkinci dünya müharibəsi illərində
döyüşən cəbhələrin arxa
hüdudları, yaxud döyüşən donanmaların
əməliyyat zonaları
daxilində ordunun və donanmanın
mənafeyi üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçiləri;
1941-1945-ci illərdə keçmiş Sovet
ordusunda (donanmasında),
daxili işlər və dövlət təhlükəsizliyi
orqanlarında hərbi xidmətdə
olmuş, lakin döyüş əməliyyatlarında
iştirak etməmiş hərbi
qulluqçular.
Maddə 4. Silahlı
Qüvvələrin veteranları
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin və
qanunvericilikdə nəzərdə tutulmuş
digər silahlı birləşmələrin
sıralarında (SSRİ Silahlı Qüvvələri
və digər silahlı
birləşmələrində xidmət müddəti də
nəzərə alınmaqla) təqvimlə 25
il və daha çox hərbi xidmət keçmiş
(hərbi qulluqçunun şərəfini
ləkələyən xətalər törədilməsinə
və ya törədilmiş cinayətə görə
məhkəmə tərəfindən hərbi xidməti
istisna edən cəzaya məhkum
edildiyinə görə ordu sıralarından
və ya müvafiq orqanlardan xaric
olunanlar istisna olmaqla) Azərbaycan
Respublikası vətəndaşları
Silahlı Qüvvələrin veteranları sayılırlar.
Maddə 5. Əmək
veteranları
Dövlət qarşısında
xüsusi xidmətləri olan və ya fəxri
adlara
layiq görülmüş, yaxud ordenlərlə
təltif edilmiş, uzun illər
ictimai əməklə məşğul olmuş və qüvvədə
olan qanunvericiliyə
müvafiq surətdə yaşa görə pensiya
almaq hüququnu qazanmış şəxslər
əmək veteranı sayılırlar.
Maddə 6. Veteranların
pensiya tə'minatı
Veteranlara pensiyalar
"Vətəndaşların pensiya tə'minatı
haqqında" və "Hərbi qulluqçuların
pensiya tə'minatı haqqında"
Azərbaycan Respublikasının qanunları
əsasında tə'yin edilir.
Maddə 7. Veteran
adlarının və vəsiqələrinin verilməsi
Müharibə veteranı,
silahlı qüvvələr veteranı və əmək
veteranı adlarının verilməsi qaydası
və şərtləri haqqında
Əsasnaməni və müvafiq vəsiqələrin
nümunəsini müvafiq icra
hakimiyyəti orqanı təsdiq edir.
Müharibə və silahlı qüvvələrin veteranlarına
müvafiq veteran
adını və sənədlərini uyğun olaraq
müvafiq icra hakimiyyəti
orqanları verirlər.
Əmək veteranlarına veteran adını
və sənədlərini müvafiq icra
hakimiyyəti orqanları verirlər.
Maddə 8. Veteran
təşkilatlarının yaradılması
Veteran təşkilatları
"İctimai birliklər haqqında"
Azərbaycan
Respublikasının Qanununa və digər
müvafiq qanunvericilik
aktlarına əsasən yaradılır, dövlət
qeydiyyatından keçirilir və
fəaliyyət göstərirlər.
Veteran təşkilatı qeydiyyata alındığı
andan hüquqi şəxs hesab
edilir.
Dövlət orqanları veteran təşkilatlarına
öz hüquq və
vəzifələrini həyata keçirməkdə hərtərəfli
kömək göstərirlər.
Maddə 9. Əmək
fəaliyyətinin davam etdirilməsi
Veteranlar pensiyasını
almaqla əvvəllər işlədikləri
müəssisədə, təşkilatda, idarədə,
yaxud mülkiyyət formasından
asılı olmayaraq başqa müəssisədə
əmək fəaliyyətini davam
etdirmək, sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq, hər hansı
təsərrüfatçılıq formasına əsaslanan
müəssisə yaratmaq hüququna
malikdirlər.
Qanunda nəzərdə tutulmuş hallar
istisna olmaqla,
veteranların əmək, sahibkarlıq və
başqa ictimai faydalı
fəaliyyətinin məhdudlaşdırılmasına
yol verilmir.
Bu Qanunla müəyyən edilmiş güzəştlərlə
yanaşı, veteranlar
pensiyaya çıxdıqdan sonra əmək kollektivinin
qərarı ilə mövcud
qanunvericiliyə əsasən həmin müəssisədə,
təşkilatda, idarədə
mənzil şəraitinin yaxşılaşdırılması,
tibbi yardım göstərilməsi,
sanatoriya-kurort xidməti və mədəni
xidmət sahəsində
müəyyənləşdirilmiş güzəştlərdən
istifadə edə bilərlər.
Maddə 10. Veteran
təşkilatlarının istehsal fəaliyyətinə
tə'minat verilməsi
Dövlət orqanları
öz səlahiyyətləri daxilində
qanunvericiliklə müəyyən edilmiş
qaydada veteran təşkilatlarına
maliyyə yardımı göstərə bilər, onlara
müvafiq büdcələrdən vəsait
ayıra bilər, nizamnamə vəzifələrini
həyata keçirmək üçün
binaları, avadanlığı və başqa əmlakı
güzəştli şərtlərlə onların
istifadəsinə və ya mülkiyyətinə
verə bilərlər.
Veteran təşkilatları müəssisələrinin
xammal, texnika və
tikinti materialları ilə tə'min
edilməsinə üstünlük verilir.
Veteran təşkilatları qeydiyyata
alınarkən dövlət rüsumu
ödəməkdən azad edilirlər.
Maddə 11. Mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
Veteranlar Azərbaycan
Respublikasının mənzil
qanunvericiliyində onlar üçün nəzərdə
tutulmuş güzəştlərdən
istifadə edir, eyni zamanda qaraj,
mənzil tikintisi
kooperativlərinə və bağçılıq ortaqlıqlarına
(birliklərinə) daxil
olmaq sahəsində üstünlüklərə malikdirlər.
Müharibə veteranlarının istifadəsində
olan dövlət bağları və
bağçılıq sahələri əvəzsiz olaraq
onların şəxsi mülkiyyətinə
verilir.
Maddə 12. Mənzil,
kommunal və rabitə xidmətləri haqqının
ödənilməsi
Müharibə veteranları,
həmçinin həlak olmuş, yaxud sonralar
vəfat etmiş döyüşçülərin dul arvadları
onlarla birgə yaşayan və
yaşayış yeri üzrə qeydiyyatda olan
ailə üzvləri ilə birlikdə
mənzil, kommunal xidmətlər, telefon
çəkilməsi, telefondan istifadə
(şəhərlərarası və beynəlxalq danışıqlar
istisna olmaqla) haqqını
ödəməkdən azad edilirlər.
İşləməyən silahlı qüvvələr veteranlarına,
həmçinin ali və orta
peşə-ixtisas təhsili müəssisələrinin
əyani şö'bələrində təhsil
alanlar istisna edilməklə, əmək
qabiliyyətli uşaqlarından və başqa
qohumlarından ayrı yaşayan və işləməyən
əmək veteranlarına
qanunvericiliklə müəyyən edilmiş
normalar daxilində mənzil,
kommunal xidmətlər, telefon çəkilməsi,
telefondan istifadə
(şəhərlərarası və beynəlxalq danışıqlar
istisna olmaqla) haqqının
ödənilməsində 50 faiz güzəşt, mərkəzi
isitmə sistemi olmayan
evlərdə yaşayanlara isə əhaliyə
satmaq üçün müəyyənləşdirilmiş
normalar daxilində əldə edilən yanacağın
dəyərinin ödənilməsində
50 faiz güzəşt edilir.
Mənzil, kommunal xidmətlər, telefondan
istifadə haqqının,
yanacağın dəyərinin ödənilməsində
fərq dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir.
Maddə 12-1. Rüsumların
ödənilməsində güzəştlər
Müharibə veteranları,
həmçinin həlak olmuş, yaxud sonralar
vəfat etmiş döyüşçülərin dul arvadları
mülki-hüquqi əqdlərin
bağlanması zamanı və "Dövlət
rüsumu haqqında" Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsində
nəzərdə tutulan hallarda
dövlət rüsumlarını ödəməkdən azad
edilirlər.
Maddə 13. Ticarət-məişət
xidməti
Veteranlara ən
zəruri sənaye və ərzaq malları ilə
ticarət-məişət xidmətini təşkil
etmək üçün yerli icra hakimiyyəti
orqanları xüsusi mağazalar, bölmələr,
şö'bələr yaradır, malların
müəyyən qismini məqsədli tə'yinatla
buraya göndərir, hərəkət
imkanları məhdud olan veteranlara
isə evdə xidməti təşkil
edirlər.
Kolxozların idarə hey'əti, sovxozların
müdiriyyəti əmək
qabiliyyəti olmayan tənha veteranlara
zəruri ərzaq mallarının
alınmasında, mal-qaranın yemlə tə'min
edilməsində, habelə
mənzillərin, təsərrüfat binalarının
tə'mirində və yanacaq
gətirilməsində kömək göstərmək üçün
tədbirlər görürlər.
Maddə 14. Tibbi
xidmət
Veteranlar işlədikləri
(xidmət etdikləri) dövrdə təhkim
olunduqları səhiyyə müəssisələrində
tibbi yardım almaq hüququnu,
habelə sanatoriya-kurort müalicəsi
hüququnu pensiyaya çıxdıqdan
sonra da saxlayırlar.
Sanatoriya-kurort müalicəsinin qaydasını
səhiyyə, sosial
tə'minat orqanları və ictimai təşkilatlar
müəyyənləşdirirlər.
Tibb müəssisələrinin rə'yinə əsasən
veteranlar dövlət
büdcəsinin vəsaiti hesabına xüsusi
bərpa mərkəzlərində bərpa
müalicəsi hüququna malikdirlər.
Maddə 15. Dərman
və müalicə vasitələri ilə tə'minat
Bu Qanunun 3-cü
maddəsində sadalanan müharibə veteranlarına
dərman və müalicə vasitələri həkimin
nüsxəsi əsasında pulsuz
verilir.
Digər veteranlara (kişilər 70, qadınlar
60 yaşına çatdıqda)
dərman və müalicə vasitələri həkimin
nüsxəsi əsasında 50 faiz
güzəştlə verilir.
Ödənişdəki fərq dövlət büdcəsinin
vəsaitindən verilir.
Maddə 16. Geriatriya
yardımı
Müvafiq icra hakimiyyəti
orqanları daimi qulluğa ehtiyacı
olan xroniki xəstələr üçün geriatriya
kabinetləri, pansionatları,
xəstəxanaları vasitəsilə geriatriya
yardımı şəbəkəsini təşkil
edir və maliyyələşdirirlər.
Maddə 17. Protezləşdirmə
Müvafiq icra hakimiyyəti
orqanları müharibə veteranlarının
qolqıçlarını, ağız boşluğunun protezləşdirilməsini
(qiymətli
metaldan olan protezlərdən başqa),
eşitmə və görmə orqanlarının
protezləşdirilməsini müəyyənləşdirilmiş
qaydada birinci növbədə
həyata keçirirlər.
Protezləşdirmənin bu növləri üçün
çəkilən xərclər dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
Maddə 18. İctimai
nəqliyyatdan istifadə sahəsində
veteranlara
güzəştlər
Veteranlar şəhər
ictimai sərnişin nəqliyyatının bütün
növlərində (taksidən başqa) pulsuz
gedib-gəlmək hüququna
malikdirlər.
Müharibə veteranları (kişilər 70,
qadınlar 65 yaşına
çatdıqda) respublika hüdudları daxilində
ildə bir dəfə dəmiryol,
hava və dəniz nəqliyyatında pulsuz
gedib-gəlmək hüququna
malikdirlər.
Veteranlara verilən güzəştlərlə
əlaqədar nəqliyyat
müəssisələrinin xərcləri dövlət
büdcəsinin vəsaiti hesabına
ödənilir.
Maddə 18-1. İkinci
dünya müharibəsi illərində arxa
cəbhədə
əməyinə görə fərqlənmiş şəxslərə
güzəştlər
1941-1945-ci illərdə
arxa cəbhədə fədakar əməyinə görə
orden
və medallar ilə təltif edilmiş şəxslər
bu Qanunun 12-ci
maddəsinin birinci hissəsində, 12-1-ci
və 13-18-ci maddələrində
veteranlar üçün nəzərdə tutulan
bütün güzəştlərdən və
imtiyazlardan istifadə etmək hüququna
malikdirlər.
Maddə 19. Müvafiq
icra hakimiyyəti orqanlarının və
müəssisələrinin veteranlara əlavə
güzəşt vermək hüququ
Müvafiq icra hakimiyyəti
orqanları, müxtəlif mülkiyyət
növləri əsasında fəaliyyət göstərən
müəssisələr öz vəsaitləri
hesabına veteranların pensiyalarına
əlavələr edə bilərlər və bu
əlavələrin məbləğini dolanacaq xərclərinin
səviyyəsi ilə əlaqədar
dəyişdirə bilər, müalicə olunmaqda,
veteranların həyat və
fəaliyyətini asanlaşdıran texniki
vasitələr almaqda, mənzilləri
tə'mir etdirməkdə, başqa ehtiyacları
ödəməkdə veteranlara yardım
göstərə bilərlər. Bundan ötrü müvafiq
fondlar yaradıla bilər.
Maddə 20. Evdə
sosial-məişət xidməti, pansionatlar
və
internat evlər
Müvafiq icra hakimiyyəti
orqanları, müəssisələr,
təşkilatlar, idarələr, kəndli və
fermer təsərrüfatları,
kolxozlar veteranların həyat və
məişəti üçün lazımi şərait
yaratmaq məqsədilə sosial-məişət
xidməti evləri, pansionatlar,
habelə onlara evdə sosial-məişət
xidməti təşkil edirlər.
Başqasının daimi qulluğuna ehtiyacı
olan veteranlar üçün
internat evlər təşkil olunur.
Maddə 21. Veteranların
sosial müdafiəsi tədbirlərinin
planlaşdırılması və maliyyələşdirilməsi
Veteranların sosial
müdafiəsi tədbirlərini müvafiq icra
hakimiyyəti orqanları planlaşdırır
və veteranların sosial
müdafiəsi proqramları respublika
büdcəsinin və yerli büdcələrin,
Azərbaycan Respublikası Sosial Müdafiə
Fondunun vəsaiti hesabına
maliyyələşdirilir.
Veteranların respublika təşkilatlarına
dövlət büdcəsindən
vəsait ayrılır.
Maddə 22. Veteran
təşkilatlarının beynəlxalq əlaqələri
Veteranların ictimai
təşkilatları öz nizamnamələrinə
uyğun
olaraq qeyri-hökumət xarakterli
beynəlxalq birliklərə daxil ola
bilər, onlarla bilavasitə əlaqə
saxlaya və müqavilələr bağlaya
bilərlər.
Dövlət orqanları veteran təşkilatlarına
xarici ölkələrin
müvafiq təşkilatları ilə əməkdaşlıq
etməkdə hərtərəfli yardım
göstərə bilərlər.
Maddə 23. Mərasim
xidməti
Vəfat etmiş veteranlara
mərasim xidməti qüvvədə olan
qanunvericiliyə müvafiq surətdə
göstərilir. Veteranın əvvəl
işlədiyi əmək kollektivləri, hərbi
komissarlıqlar vəfat etmiş
veteranın dəfnində qohumlarına zəruri
yardım göstərməlidirlər.
Vəfat etmiş tənha veteranları müvafiq
icra hakimiyyəti
orqanları yerli büdcənin vəsaiti
hesabına dəfn edirlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28
iyun 1994-cü il.
N 841
"Veteranlar Haqqında"
Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN QƏRARI
Qəbul edilib: 28
iyun 1994-cü il, N: 842
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1. "Veteranlar
haqqında" Azərbaycan Respublikasının
Qanunu
dərc edildiyi gündən qüvvəyə minsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki bir ay müddətində:
Azərbaycan Respublikası hökumətinin
qərarlarını "Veteranlar
haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırsın;
"Veteranlar haqqında"
Azərbaycan Respublikası Qanununun
tələblərindən irəli gələn lazımi
normativ aktları, əsasnamələri və
qaydaları qəbul etsin.
Azərbaycan Respublikası
Ali Sovetinin sədri
Rəsul QULİYEV
Qüvvəyə minib: 28 iyun 1994-cü il.
|