Çernobıl
qəzasının ləğvində iştirak etmiş
və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların statusu və
sosial müdafiəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun məqsəd
və vəzifələri
Bu Qanun Çernobıl AES-də baş vermiş
qəzanın nəticələrinin aradan qaldırılmasında
iştirak etmiş (30 kilometrlik
zona daxilində) və həmin qəza
nəticəsində yaranmış zərərli təsir
zonasında olmuş Azərbaycan Respublikası
vətəndaşlarının hüquq və mənafelərinin
müdafiəsinə yönəldilmişdir.
Maddə 2. Çernobıl qəzası nəticəsində
zərər çəkmiş vətəndaşların sosial
müdafiəsi haqqında Azərbaycan
Respublikası qanunvericiliyi
Çernobıl qəzası nəticəsində zərər
çəkmiş vətəndaşların sosial müdafiəsi
ilə bağlı münasibətlər bu Qanunla,
“Vətəndaşların pensiya təminatı
haqqında”, “Hərbi qulluqçuların
pensiya təminatı haqqında”, “Əlillərin
sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunları və Azərbaycan
Respublikasının digər qanunvericilik
aktları ilə tənzimlənir.
Maddə 3. Vətəndaşların zərərin
əvəzini, kompensasiyalar və güzəştlər
almaq hüququ
Azərbaycan Respublikasının vətəndaşları
Çernobıl qəzası nəticəsində onların
səhhətinə dəymiş zərərin tam əvəzini
almaq, güzəştli tibbi xidmətdən
istifadə etmək, radioaktiv maddələrlə
çirklənmiş ərazidə işə görə kompensasiya
və güzəştlər almaq hüququna malikdirlər.
Maddə 4. Kompensasiyaların və
güzəştlərin müəyyən edilməsi
Bu Qanunda Çernobıl qəzasının
ləğvində iştirak etmiş və zərər
çəkmiş vətəndaşlara verilən pul
kompensasiyalarının növləri, miqdarı
və güzəştlər müəyyən edilir.
Bu Qanunda nəzərdə tutulmayan
pul və digər kompensasiyaların
miqdarı və güzəştlər, əkər başqa
qayda nəzərdə tutulmayıbsa, respublika
hökuməti tərəfindən müəyyən edilir.
II. ÇERNOBIL QƏZASI NƏTİCƏSİNDƏ
ZƏRƏR ÇƏKMİŞ
VƏTƏNDAŞLARIN STATUSU
Maddə 5. Vətəndaşların kateqoriyaları
Bu Qanun aşağıdakı vətəndaşlara
şamil olunur:
1. Çernobıl AES-də qəza nəticəsində
şüa xəstəliyinə tutulmuş və ya
bu xəstəliyi keçirmiş, habelə
əlil olmuş şəxslər, o cümlədən:
a) köçürmə zonası hüdudlarında,
yəni qəza mərkəzindən 30 kilometrlik
radiusda olan ərazidə qəza nəticələrinin
ləğvində iştirak etmiş (o cümlədən
müvəqqəti göndərilmiş və ya ezam
edilmiş), yaxud Çernobıl AES-in
istismarında və ya stansiyada
digər işlərlə məşğul olmuş şəxslər;
b) köçürmə zonasında xidmət keçmiş
daxili işlər orqanlarının rəis
və sıravi heyətindən olan şəxslər;
v) göstərilən qəzanın nəticələrinin
ləğvi ilə bağlı xüsusi toplanışlara
çağrılmış və uzaqlaşdırma zonasında
işlərə cəlb edilmiş hərbi qulluqçular
(burada və bundan sonra bu kateqoriyaya
aiddirlər: zabit heyəti, gizirlər,
miçmanlar, müddətindən artıq xidmət
hərbi qulluqçuları, qadın hərbi
qulluqçular, keçmiş SSRİ silahlı
qüvvələrində, keçmiş SSRİ Dövlət
Təhlükəsizliyi Komitəsinin qoşunlarında,
daxili və dəmiryol qoşunlarında
və digər hərbi birləşmələrdə həqiqi
hərbi xidmətdə olan çavuşlar,
sıravi heyət və hərbi vəzifəlilər);
q) zərər çəkmiş vətəndaşların
qəza baş verdikdən sonra doğulmuş
və Azərbaycan Respublikası vətəndaşları
olan övladları,
2. 1986-1990-cı illərdə, Çernobıl
AES-də baş vermiş qəzanın nəticələrinin
köçürmə zonası hüdudlarında ləğv
edilməsində, yaxud həmin dövrdə
Çernobıl AES-in istismarında və
ya digər işlərdə iştirak etmiş
(o cümlədən, müvəqqəti göndərilmiş,
yaxud ezam edilmiş) şəxslər, habelə
xüsusi toplanışlara çağırılmış
və həmin dövrdə görülən işin növündən
və yerindən asılı olmayaraq, göstərilən
qəzanın nəticələrinin ləğvi ilə
bağlı işlərin görülməsinə cəlb
edilmiş hərbi qulluqçular və hərbi
vəzifəlilər, habelə köçürmə zonasında
xidmət keçmiş daxili işlər orqanlarının
rəis və sıravi heyəti.
3. 1987-ci il aprelin 21-dən 1990-cı
il dekabrın 31-nə qədər olan dövrdə
Slavutiç şəhərinin tikintisində
iştirak etmiş şəxslər.
Maddə 6. Şüa xəstəliyinə tutulmuş
və bu xəstəliyi keçirmiş şəxslərə
və əlillərə kompensasiyalar və
güzəştlər
Bu Qanunun 5-ci maddəsinin 1-ci
bəndində göstərilən şəxslər aşağıdakı
hüquqlara malikdirlər:
1. Həkim reseptləri üzrə dərman
almaq və ildə bir dəfə müalicə
olunmaq üçün (nəqliyyat xərcləri
daxil olmaqla müvafiq icra hakimiyyəti
orqanları tərəfindən müəyyən olunmuş
qaydada və məbləğdə müavinət almaq.
[1]
2. Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
diş protezlərinin (qiymətli metallardan
hazırlanan protezlər istisna olmaqla)
düzəltdirmək. [2]
3. Fasiləsiz əmək stajından asılı
olmayaraq, müvəqqəti əmək: qabiliyyətini
itirməyə görə axırıncı iş ilindəki
orta əmək haqqı məbləğində müavinət
almaq.
4. Əmək qabiliyyətini müvəqqəti
itirmiş işləyən əlillərə 4 ay
dalbadal, yaxud bir təqvim ilində
5 aya qədər müavinət verilir.
5. Əkər şəxs mənzil şəraitini
yaxşılaşdırmağa ehtiyacı olan.
hesab edilərsə, ərizə verdiyi
kündən bir il müddətində növbədənkənar
mənzil sahəsi ilə təmin olunmaq.
6. (Çıxarılıb) [3]
7. Tibbi göstəricilərə əsasən
azmaaşlı işə keçirilərkən əvvəl
ki maaşla yeni maaş arasındakı
fərqi almaq. Bu fərq əmək qabiliyyəti
bərpa edilənədək, yaxud əlillik
müəyyənləşdirilənədək iş yerində
ödənilir.
8. Beş günlük iş həftəsində tam
iş gününün haqqını almaqla 6 saatlıq
iş günü müəyyən edilməsi. Onlar
üçün əlverişli vaxtda məzuniyyət
verilməsi. [4]
9. (Çıxarılıb) [5]
10. Növbədənkənar telefon çəkdirmək.
11. İşçilərin sayının və ya ştatının
ixtisarı zamanı kollektiv müqavilənin
və ya əmək müqaviləsinin (kontraktın)
şərtləri ilə müəyyən olunmuş qaydada
əmək münasibətlərini saxlamaq.
[6]
12. Mənzil-tikinti kooperativlərinə,
kollektiv qarajların və nəqliyyat
vasitələri üçün dayanacaqların
tikilməsi, istismarı və onlara
texniki xidmət üzrə kooperativlərə,
bağçılıq ortaqlıqlarına (kooperativlərinə)
ilk növbədə daxil olmaq, hazır
bağ evlərini və ya onları tikmək
üçün materialları, yüksək tələbat
olan sənaye mallarını, o cümlədən
minik avtomobillərini, motosikletləri
və mühərrikli qayıqları ilk növbədə
almaq, məişət xidməti, nəqliyyat
vasitələrinə texniki xidmət və
onların təmiri, ictimai iaşə,
mənzil-kommunal təsərrüfatı müəssisələrinin,
rabitə təşkilatlarının xidmətindən
ilk növbədə istifadə etmək.
13. Müalicə-profilaktika müəssisələrinin
və apteklərin xidmətindən ilk
növbədə istifadə etmək.
14. Pensiyaya çıxdıqda və ya iş
yerini dəyişdikdə əvvəllər təhkim
olunduğu poliklinikaların xidmətindən
istifadə etmək.
15. Təhsil alarkən hökmən yataqxana
və təqaüdlə təmin edilmək.
16. İdarə tabeliyindən asılı olmayaraq,
uşaqlarının məktəbə qədər uşaq
tərbiyə müəssisələrində, eləcə
də musiqi məktəblərində növbədənkənar
qaydada yerlə hökmən təmin edilməsi.
[7]
17. Fərdi mənzil tikintisi üçün
növbədənkənar torpaq və bağ sahələri
almaq.
18. Tibbi şəhadətnaməyə əsasən
ahıllar və əlillər üçün internet
evlərdə üstün qaydada yerlə təmin
edilmək.
19. Sahibkarlıq fəaliyyətinin
təşkili və kəndli təsərrüfatı
yaratmaq üçün qanunvericilikdə
nəzərdə tutulmuş qaydada kreditlər
almaq.
20. (Çıxarılıb) [8]
Maddə 7. Çernobıl AES-də qəzanın
nəticələrinin köçürmə zonasında
ləğv edilməsinin iştirakçıları
üçün kompensasiya və güzəştlər
1986-1990-cı illərdə bu Qanunun
5-ci maddəsinin 2-ci bəndində
göstərilən işlərdə iştirak etmiş
şəxslər 6-cı maddənin 1—3, b,
7, 12, 14—20-ci bəndlərində nəzərdə
tutulmuş kompensasiya və güzəştlər
hüququna, həmçinin aşağıdakı hüquqlara
malikdirlər:
1. Çernobıl AES-də qəzanın nəticələrinin
ləğvi üzrə işlərin yerinə yetirilməsi
ilə bağlı əmələ kələn xəstəlik
və ya xəsarət nəticəsində dəymiş
və əmək qabiliyyətinin uzun müddət
itirilməsinə gətirib çıxarmış
zərər fəhlə və qulluqçulara öz
əmək vəzifələrini yerinə yetirərkən
dəymiş zərərin ödənilməsi halları
üçün qanunvericilikdə nəzərdə
tutulmuş qaydada ödənilir.
2. (Çıxarılıb) [9]
3. Əkər şəxs mənzil şəraitini
yaxşılaşdırmağa ehtiyacı olan
hesab edilərsə, ilk növbədə mənzil
sahəsi ilə təmin edilmək.
4. İllik məzuniyyətdən onlara
əlverişli vaxtda istifadə etmək
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
ildə bir dəfə sanatoriya-kurort
müalicəsi ilə təmin olunmaq (nəqliyyat
xərcləri daxil olmaqla). [10]
Maddə 8. Çernobıl AES-də qəzanın
nəticələrinin ləğvində iştirak
etmiş şəxslərin vəsiqəsi
Bu Qanunun 5-ci maddəsinin 1-ci
bəndinin “a”, “b” və “v” yarımbəndlərində
və 2-ci bəndində göstərilən şəxslərə
Çernobıl AES-də qəzanın nəticələrinin
ləğvi iştirakçılarının vəsiqələri
verilir, Qanunun 5-ci maddəsinin
3-cü bəndində göstərilmiş şəxslərə
isə Slavutiç şəhərinin tikintisində
iştirak etmiş və şüadan müəyyən
qədər zərər çəkmiş digər şəxslərin
vəsiqəsi verilir. həmin vəsiqələr
Qanunda nəzərdə tutulmuş güzəşt
hüquqlarını təsdiq edən sənəddir.
Maddə 9. Slavutiç şəhərinin tikintisində
iştirak etmiş şəxslərə kompensasiya
və güzəştlər
Bu Qanunun 5-ci maddəsinin 3-cü
bəndində göstərilən şəxslər 6-cı
maddənin 11, 14—16, 19, 20-ci
bəndlərində nəzərdə tutulmuş kompensasiya
və güzəştlər hüququna, habelə
aşağıdakı hüquqlara malikdirlər:
1. Yeni yaşayış yerlərində müvafiq
dövlət orqanları tərəfindən peşələrinə
və ixtisas dərəcələrinə uyğun
şəkildə ilk növbədə işlə təmin
olunmaq. Bu cür işlə təminetmə
mümkün olmadıqda, həmin orqanlar
arzularını nəzərə almaqla onları
başqa işlə təmin etməli, yaxud
təhsil müddətində “Əhalinin məşğulluğu
haqqında” Qanunda nəzərdə tutulmuş
məbləğdə təqaüd verməklə yeni
peşə (ixtisas) öyrənmək imkanı
yaratmalıdırlar.
2. Fərdi ev tikmək üçün torpaq
sahələri almaq.
3. Uşaqlarının məktəbəqədər uşaq
tərbiyə müəssisələrində, idarə
tabeliyindən asılı olmayaraq müalicə
və sanatoriya tipli xüsusiləşdirilmiş
uşaq müəssisələrində, digər sağlamlaşdırma
müəssisələrində yerlə təminatında
üstünlükdən istifadə etmək.
4. Uzun müddət istifadə olunan
mallarla təminatda üstünlükdən
istifadə etmək.
Maddə 10. Çernobıl AES-də qəzanın
nəticələrinin ləğvində iştirak
etmiş şəxslərin pensiya təminatı
Bu Qanunun 5-ci maddəsinin 1-ci
və 2-ci bəndlərində göstərilən
şəxslərin pensiya təminatı məsələləri
“Vətəndaşların pensiya təminatı
haqqında” Azərbaycan Respublikası
Qanununun 12, 21, 80—85-ci maddələrində
və “Hərbi qulluqçuların pensiya
təminatı haqqında” Azərbaycan
Respublikası Qanununun 12, 13,
19 və 23-cü maddələrində nəzərdə
tutulmuş qaydada həll olunur.
Maddə 11. Çernobıl qəzası nəticəsində
zərər çəkmiş şəxslərə tibbi yardımın
və onların radiasiya mühafizəsinin
təşkili
Bu Qanunun 5-ci maddəsində göstərilən
şəxslər, habelə onların qəzadan
sonrakı dövrdə radioaktiv şüalanmanın
dolayı təsir göstərə biləcəyi
şəraitdə doğulmuş uşaqları xüsusi
tibbi müşahidə altında (dispanserləşdirmə)
olmalıdırlar.
Çernobıl qəzası nəticəsində zərər
çəkmiş şəxslərə tibbi yardım göstərilməsi
və onların dispanser müşahidəsi
yaşayış və ya iş yeri üzrə səhiyyə
müəssisələri tərəfindən, həmin
şəxslərə ixtisaslaşdırılmış tibbi
xidmət göstərilməsi isə səhiyyə
müəssisələri tərəfindən həyata
keçirilir. Belə səhiyyə müəssisələrinin
siyahısı, habelə tibbi yardım
göstərilməsi və dispanserləşdirilmə
keçirilməsi qaydaları Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən müəyyən edilir.
Bu Qanunun 5-ci maddəsinin 1-ci
bəndində göstərilən şəxslərin
əlilliyi Çernobıl qəzası nəticəsində
əmələ gəldikdə müddətsiz əlillik
kimi müəyyən edilir.
Vətəndaşların öz əmək qabiliyyətini
qismən və ya tamamilə itirməsinə
Çernobıl qəzasının səbəb olduğu
o halda etiraf edilmiş sayılır
ki, həkim-əmək ekspert komissiyası
(HƏEK.) belə bir səbəbin olduğunu
təsdiq edir.
Maddə 12. Uşaqların və yeniyetmələrin
sosial müdafiəsi, tibbi təminatı
və sağaldılması
Köçürülmə günü ana bətnində olan
uşaqlar da daxil edilməklə-uzaqlaşdırma
və köçürmə zonalarından köçürülmüş
uşaqların və ya 18 yaşınadək yeniyetmələrin,
habelə 1986-cı; il aprelin 26-dan
sonra doğulmuş və Çernobıl AES-də
qəzanın nəticələrinin ləğv edilməsinin
iştirakçısı olmuş, yaxud Çernobıl
qəzası nəticəsində zərər çəkmiş
və birbaşa radioaktiv şüalanmaya
məruz qalmaq ehtimalı olmuş valideynlərin
birindən olan uşaqların sosial
müdafiəsi, tibbi təminatı və sağaldılması
üçün aşağıdakı əlavə güzəştlər
verilir:
1. Valideynlərdən birinin, yaxud
onu əvəz edən şəxsin işlədiyi
müəssisənin, idarənin və ya təşkilatın,
yaxud sosial təminat orqanlarının
hesabına müvafiq profilli sanatoriyalarda,
o cümlədən “Ana və uşaq” sanatoriyalarında
tibbi şəhadətnamə üzrə sanatoriya-kurort
müalicəsi almaq.
2. (Çıxarılıb) [11]
3. Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
həkim reseptləri üzrə dərman almaq
və ildə bir dəfə sanatoriya-kurort
müalicəsi ilə təmin olunmaq (nəqliyyat
xərcləri daxil olmaqla). [12]
4. (Çıxarılıb) [13]
5. Uşaqlar və yeniyetmələr qan
yaradan orqanların xəstəliyi (kəskin
leykozlar), qalxanvari vəzilərin
xəstəliyi (adenomlar, xərçəng)
hallarında, yaman şişlərin əmələ
gəldiyi hallarda nəzərdə tutulan
güzəştlərdən istifadə etmək hüququna
malikdirlər.
6. Tam həcmdə təqaüd almaq və
tam dövlət təminatı şərtilə texniki-peşə
məktəblərində təhsil almaq.
7. Çernobıl qəzası nəticəsində
əlil olmuş, yaxud xəstələnmiş,
dispanser qeydiyyatında olan uşaqların
ailələrinə, habelə Çernobıl qəzası
nəticəsində I və II qrup əlil
olmuş, yaxud vəfat etmiş valideynlərin
uşaqlarına, hər uşaq üçün müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunan məbləğdə aylıq
müavinət verilir. [14]
8. 14 yaşınadək uşaqların valideynlərindən
birinə iş stajından asılı olmayaraq,
xəstə uşağa baxmağa görə orta
əmək haqqının 100 faizi həcmində
xəstəlik vərəqəsi ödənilir.
9. Bu Qanunun 5-ci maddəsinin
1-ci bəndində göstərilən şəxslərin
sırasından olan qadınlara hamiləlik
dövründə ixtisaslaşdırılmış səhiyyə
ocaqlarında sağlamlaşdırılmaq
üçün putyovka, və hamiləliyə və
doğuşa görə qanunvericiliklə müəyyən
edilmiş məzuniyyət verilir. Uşağa
qulluq üzrə qismən ödənişli məzuniyyət
qüvvədə olan qanunvericilikdə
nəzərdə tutulmuş müavinətdən iki
dəfə artıq məbləğdə ödənilir.
Hamilə qadınlar müəyyən edilmiş
normalar üzrə əlavə qida ilə təmin
edilirlər. [15]
Maddə 13. Bu Qanunda nəzərdə tutulmayan
əlavə güzəştlər haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabineti, nazirlikləri və baş
idarələri, yerli icra hakimiyyəti
orqanları, müəssisələr, idarələr
və təşkilatlar, həmkarlar ittifaqları
bu Qanunun şamil edildiyi şəxslərin
ərzaq və sənaye malları ilə təminatı,
maddi-məişət şəraitinin yaxşılaşdırılması,
onlara səhiyyə, ticarət və nəqliyyat
xidməti üzrə əz səlahiyyətləri
çərçivəsində əlavə tədbirlər görə
bilərlər.
III. ÇERNOBIL QƏZASININ
SƏHHƏTƏ VURDUĞU ZİYANA GÖRƏ
VERİLƏN KOMPENSASİYA
Maddə 14. Əlillərin səhhətinə
və başçısını itirmiş ailələrə
vurulmuş ziyana görə kompensasiya
Bu Qanunun 5-ci maddəsinin 1-ci
bəndində göstərilən əlillərin
səhhətinin pozulmasına səbəb olmuş
ziyana görə onlara aşağıdakı məbləğlərdə
birdəfəlik maddi yardım göstərilir:
I qrup əlillərə—minimum əmək haqqının
30 misli məbləğində;
II qrup əlillərə—minimum əmək
haqqının 20 misli məbləğində;
III qrup əlillərə—minimum əmək
haqqının 15 misli məbləğində.
Onlara habelə hər il müalicə ilə
əlaqədar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunan
məbləğlərdə birdəfəlik müavinətlər
verilir. [16]
Çernobıl qəzası nəticəsində başçısını
itirmiş ailələrə minimum əmək
haqqının 10 misli məbləğində,
həlak olanın valideynlərinə isə
minimum əmək haqqının 5 misli
məbləğində birdəfəlik kompensasiya
verilir.
Səhhətinə vurulmuş ziyana görə
əlillərə, və başçısını itirmiş
ailələrə birdəfəlik kompensasiya
Azərbaycan Respublikasının büdcəsi
hesabına verilir.
Maddə 15. 1986-1990-cı illərdə
Çernobıl AES-də qəzanın nəticələrinin
ləğv edilməsi iştirakçılarına
səhhətinə vurulmuş ziyana görə
kompensasiya
Bu Qanunun 5-ci maddəsinin 2-ci
bəndində göstərilən şəxslərə müalicə
üçün minimum əmək haqqının 3 misli
məbləğində birdəfəlik maddi yardım
göstərilir.
IV. ÇERNOBIL QƏZASININ
LƏĞVİNDƏ İŞTİRAK ETMİŞ
VƏ QƏZA NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKMİŞ
ŞƏXSLƏRİN İCTİMAİ BİRLİKLƏRİ
Maddə 16. (Çıxarılıb) [17]
V. QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 17. Çernobıl qəzası haqqında
Azərbaycan Respublikası qanunvericiliyinin
pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması
Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq surətdə məsuliyyətə səbəb
olur.
Azərbaycan Respublikasının
Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 6 dekabr
1993-cü il.
№ 762.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 13 iyun 1997-ci il tarixli
319-IQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci
il, № 6, maddə 451)
2. 23 aprel 1999-cu il tarixli
662-IQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu
il, № 5, maddə 293)
3. 15 noyabr 2001-ci il tarixli
214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 12, maddə 731)
4. 23 noyabr 2001-ci il tarixli
219-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 12, maddə 736)
5. 18 may 2004-cü il tarixli 652-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü
il, № 7, maddə 507)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI